İSTİ XƏBƏRLƏR
» » Monenin Les Meules əsəri 110,7 milyon dollara satıldı

Monenin Les Meules əsəri 110,7 milyon dollara satıldı



Dünyaşöhrətli fransalı impressionist rəssam  Klod Monenin   bir rəsm əsəri rekord qiymətə - 110,7 milyon dollara satılmışdır. Maraqlıdır ki, rəsm əsərini bu qiymətə satmağa müvəffəq olan şəxs özü 1986-cı ildə bu rəsm əsəri üçün cəmi 2,53 milyon dollar pul saymışdı.
Bu barədə "168 saat"   "Deutsche Welle"-yə istinadən məlumat verir. 
Hərrac Nyu-Yorkda keçirilmişdir. Astronomik qiymətə satılan rəsm əsəri Les Meules (Küləş tayası) adlanır. Rəssam bu əsəri 1890-cı ildə çəkmişdir.
Qeyd edək ki, bu, tarixdə impressionist rəsm əsərinə verilən ən böyük məbləğdir.
Hərracda rəsm əsəri uğrunda 7 nəfər mübarizə aparmış, cəmi 8 dəqiqəyə proses bitmişdir. Qaydalara uyğun olaraq rəsmi əldə edən şəxsin adı açıqlanmır.

"168 saat İNFO"
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:5314 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

  Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

İdxalın həcmi rekord həddə çatıb
09:4725 aprel

İdxalın həcmi rekord həddə çatıb

Azərbaycanın xaricdən məhsul idxalında rekord qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin birinci rübündə Azərbaycana xarici ölkələrdən idxalın həcmi 3 milyard 135 milyon 576,93 min dollar təşkil edib. 

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür