İSTİ XƏBƏRLƏR
» » "ASAN Viza" ilə 1 milyon 222 min nəfərə viza verilib

"ASAN Viza" ilə 1 milyon 222 min nəfərə viza verilib



Azərbaycanın dünyada nümunə olaraq tanınan, artıq digər ölkələrdə tətbiqinə başlanılan "ASAN" brendinə aid edilən "ASAN Viza" xidməti get-gedə daha böyük masştabda yayılmaqdadır.
“Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında "ASAN Viza" sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir. Həmçinin "ASAN Viza" vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir".
Bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında deyib. Mərkəzin direktoru bildirib ki, hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə vaxtını alır. 
O deyib:
"Yeddi dildə fəaliyyət göstərən özünəxidmət terminalları və "ASAN Viza" əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir. 
Ümumilikdə "ASAN Viza" sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. "ASAN Viza" fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir. Hava limanlarında 376 mindən çox turistə viza verilib" . 
Rəy bildir +
Oxşar xəbərlər
Hotellərin gəliri azalıb: bir gecələmə...
12:4330 aprel

Hotellərin gəliri azalıb: bir gecələmə...

Bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır. 

Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb
20:1726 aprel

Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb

Aprelin 26-da Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə – SOCAR Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı
10:5323 aprel

Azərbaycan Qran Prisi başlayır Yarışın rəsmi səfiri "168 saat"a danışdı

"Formula-1" Azərbaycan Qran Prisininin başlanmasına cəmi 3 gün qaldı. "Formula -1" yarışları Bakıda 26-28 aprel tarixlərində keçiriləcək. Bakı Şəhər Halqasından verilən məlumata görə, Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaq üçün Azərbaycandan 90 nəfər KİV nümayəndəsi akkreditasiyadan keçib. 

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət