İSTİ XƏBƏRLƏR
» » Sumqayıt 7 ildə necə dəyişib?

Sumqayıt 7 ildə necə dəyişib?


Əlbəttə, Sumqayıt sürətlə dəyişir, inkişaf edir, böyüyür, gözəlləşir. Biz, buranın sakinləri bunu elə də hiss etmirik, amma şəhərə təkrarən  qonaq gələnlər iki gəlişləri arasındakı hədsiz fərqi dərhal duyurlar.
Elə rusiyalı blogger Aleksey Jiruxin kimi. Blogger Sumqayıta 2010-cu ildəki və 7 il sonra - 2017-ci ildəki səfərlərini müqayisə edərək təəssüratlarını öz bloqunda bölüşüb. Biz həmin yazını (bepowerback.livejournal.com) qısa ixtisarlarla sizlərə təqdim edirik.
Sumqayıt 7 il sonra.
Sumqayıt Azərbaycanın əhali sayına görə ikinci şəhəridir, Bakıdan 30 kilometrlik məsafədə yerləşir. Builki Qafqaz səfərimizdə Sumqayıt Azərbaycanın getdiyimiz ilk şəhəri oldu. Həm ona görə ki, burada 7 ildir ki, görmədiyim qohumlarım yaşayır. Ikincisi isə, bu şəhər ölkənin Xəzər Dənizi sahilində plyaj istirahəti üçün ən münasib şəhəridir.

Qeyd etdiyimiz kimi, mən bu şəhərdə 7 il əvvəl olmuşdum, odur ki, mənimçün olduqca maraqlı idi, bu dövr ərzində şəhər nə qədər dəyişmişdi. Özü də, bu dəyişikliyi 7 il əvvəl çəkdiyim köhnə fotolara baxmaqla daha aydın sezəcəyim dəqiq idi.
Hazırda şəhər rəhbərliyi əsas gücü turizmə yönəldib, ona görə də sahil ətrafını, park və bağçaları abadlaşdırmaqla məşğuldur.
"Sülh göyərçini" abidəsi 1978-ci ildə yerli rəssam V.Nəzirov tərəfindən yaradılmışdır. Bu gün məhz bu abidə şəhərin vizit kartı hesab olunur. Bir baxın, "Göyərçin" 2010-cu ildə ətrafı köhnə skamyalarla əhatələnmiş halda necə görünürdü.

Indi isə görün o necə görünür. Ətrafında kiçik su səthi düzəlib, abidə işiqlandırılır. Indi isə hər iki fotonun arxasındakı sahil xəttinə baxın. Köhnədə tam boşluq, təzədə isə yeni tikilən binalar.

Bəli, 2010-cu ildə şəhərin dəniz kənarı bax bu cür görünürdü. Kilometrlərlə ərazidə vəhşi plyajlar.
Indi isə həmin ərazinin görünüşü belədir. Siz deyin, inanmaq olarmı ki, buralar eyni yerlərdir?

Həmin o sözügedən Göyərçin abidəsindən düşən yolun gözəlliyinə bir baxın.

Yeni bulvarın ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir.
Hazırda bulvarın infrastrukturunun inşası üzrə işlər hələ də davam edir, burada yeni-yeni istirahət obyektləri, atraksionlar, ticarət və uşaq əyləncə mərkəzləri, müasir hotellər, kinoklub tikiləcək, idman infrastrukturu, plyaj zonası salınacaq.

2010-cu il. Ləpədöyəndən dənizə bax bu cür bir miskin panoram açılırdı. Bura gətirilmiş gəmi yarıyacan batıb çürümüş, onun qalıqları xoş olmayan mənzərə yaratmışdı.

Indi həmin yer tamamən təmizlənib, bax bu gözəl restoran göz oxşayır.
Sahil xətti 2010-cu ildə bərbad idi. Bura kim istəyir avtomobil ilə gəlirdi.
Indi isə həmin yerdə qoruyucu beton sədd var, ayrıca avtomobil yolu çəkilib, bulvara gələnlər avtomobillərini saxlayıb sahil kənarına düşə bilirlər. Plyaj zonası da 7 il əvvəlkindən yerdən göyə qədər fərqlənir. O vaxt bu zona bax belə çirkli, baxımsız idi.

Amma həmin ərazi indi bu cürdür. Təmiz plyaj, balıqqulağılı rahat qumsallıq, zümrüd sular.

Bax 7 il ərzində Sumqayıt bu qədər dəyişib, baxımsız şəhərdən potensial turist şəhərinə çevrilib. Qalıb yalnız turistlər üçün baha olmayan yaşayış variantları təklif etmək. Bu da olsa bu sahil heç də məşhur Qaradəniz sahilindən əskik olmayacaq. Xüsusən, nəzərə alanda ki, Azərbaycanda nəqliyyat, yanacaq və qidanın adekvat qiymətləri xeyli ucuzdur, Sumqayıtın gələcəyinin necə parlaq olacağı şübhə doğurmaz.

Aleksey Jiruxin
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO