İSTİ XƏBƏRLƏR
» » Xoşbəxt Yusifzadə: "Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir"

Xoşbəxt Yusifzadə: "Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir"



Bu gün Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Necə deyərlər, 10-15 il Azərbaycanda olmayan adam gəlib görsə tanımaz. Təkcə Bakı deyil, bütün rayonlar müasirləşib.
Bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
X.Yusifzadə bildirib: "Hamınız bilirsiniz ki, Ulu Öndər yenidən hakimiyyətə gələndə respublikada iqtisadi vəziyyət çox ağır idi və onu tez bir zamanda düzəltmək mümkün deyildi. Ancaq cənab Heydər Əliyev bilirdi ki, Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün neft sənayesini inkişaf etdirmək lazımdır. Odur ki, bütün gücünü neft sənayesinə yönəltdi. Prezident İlham Əliyev burada "Əsrin müqaviləsi"ndən danışdı. Bu il "Əsrin müqaviləsi"nin 25 ili tamam olacaq. Bu müqavilə heç də asan başa gəlməyib, 1994-cü ildə biz ay yarım Hyustonda olduq, müqaviləyə istəyimizə uyğun qol çəkdirmək üçün çox əzablar çəkdik. Bu müqavilə həqiqətən Heydər Əliyevin şah əsəridir. Bu müqavilə ilə bağlı üç məqamı qeyd etmək istəyirəm. Birincisi odur ki, bu müqavilə imzalanandan sonra bütün dövlətlər, bütün şirkətlər başa düşdülər ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar. Heç də təsadüfi deyil ki, bundan sonra 34 müqavilə də imzalandı. İkincisi, "Əsrin müqavilə"sinin ən böyük əhəmiyyəti o oldu ki, 1997-ci ildə Azərbaycanda neft hasilatının səviyyəsi 9 milyon tona, 2010-cu ildə isə 51 milyon tona çatdı. Mən onu demək istəyirəm ki, bütün bunların hamısı Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Bu günə qədər "Azəri-Çıraq-Günəşli" yatağından 481 milyon ton neft hasil olunub ki, bunun da 279 milyon tonu mənfəət neftidir. Həmin o mənfəət neftidir ki, Azərbaycanın bugünkü inkişafını təmin edib.
Ulu Öndərin ikinci şah əsəri Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Mən rəqəmlər söyləmək istəyirəm, Azərbaycandan xaricə nəql olunan 503 milyon ton neftin 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb. Əgər bu kəmər olmasaydı, bu neft xaricə necə çıxarıla bilərdi?
"Şahdəniz" Heydər Əliyevin üçüncü böyük əsəridir. "Şahdəniz"ə də mane olanlar var idi. Amma cənab Heydər Əliyevin rəhbərliyi ilə bu layihə də həyata keçdi. İndi onun bəhrəsini biz hər yerdə görürük".
Akademik vurğulayıb ki, dahi Heydər Əliyevin yolunu indi Prezident İlham Əliyev davam etdirir:
"Heydər Əliyev cənablarının əsasını qoyduğu strategiyanı cənab İlham Əliyev çox uğurla davam etdirir. Bu gün Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaq olmaz. Necə deyərlər, 10-15 il Azərbaycanda olmayan adam gəlib görsə tanımaz. Təkcə Bakı deyil, bütün rayonlar müasirləşib. Nə qədər yollar çəkilib, nə qədər məktəblər, nə qədər tibb müəssisələri tikilib. Qısa bir vaxtda bu qədər işin görülməsi doğrudan da böyük nailiyyətdir. Elə neft sənayesinin özü də çox inkişaf edib. Cənub Qaz Dəhlizi, TANAP, STAR neft emalı zavodu, Sumqayıtda yeni zavodlar neft sənayesində əldə olunan nailiyyətlərdir. Bunların hamısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Cənab İlham Əliyev neft sənayesinin çətinliklərini çox yaxşı bilir, çünki 10 il bizimlə çiyin-çiyinə çalışıb. Buna görə də o, neftçilərə həmişə diqqət və qayğı ilə yanaşır. Allah onun ömrünü uzun, canını sağ eləsin, elə eləsin ki, Azərbaycan daha da irəli getsin".
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Heydər Əliyev "Neftçi"ni,  Banişevski və Kramarenkonu necə xilas etdi?
18:5710 may

Heydər Əliyev "Neftçi"ni, Banişevski və Kramarenkonu necə xilas etdi?

Üç gün sonra müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin doğum günüdür. Təbii ki, belə bir əlamətdar gün ərəfəsində Ulu Öndərin ölkəmiz üçün etdikləri, bütün sahələrdə göstərdiyi xidmətlərdən bəhs olunur. Heç şübhəsiz ki, Heydər Əliyevin ölkənin idman sahəsində də xidmətləri az olmayıb.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür