İSTİ XƏBƏRLƏR
» » Marketlərin marketinq səhvi

Marketlərin marketinq səhvi



Marketlər niyə Sumqayıtın bir küncünə yığılır? 

Marketinq vacib tələblərindən biri satış nöqtələrinin şaxələndirilməsidir. Hər bir şirkət üçün öz alıcılarına xitab etmənin optimal yollarından biri də ərazi-məsafə rahatlığının təmin olunmasıdır.
Şübhəsiz, alıcı evinə çörək almaq, xırda alış-veriş üçün uzaq məsafələri qət etməyəcək, ən yaxın marketi seçəcək. Ancaq böyük bazarlıqlar üçün böyük, geniş, çoxçeşidli marketlər, təbii ki, daha arzuolunandır. 
Marketlərin siyasəti də sadə məntiqə söykənir: daha çox alıcını necə əldə etməli?
Bu mənada onların ərazi bölgüsünə, yerləşmə arealına da diqqət etməsi olduqca vacibdir. 
Şəhərimizdə 17-ci mikrorayon "Restoranlar ərazisi" kimi populyarlaşıb. Çünki şəhərin 10-a yaxın şadlıq evi bu ərazidə qərararlaşıb. İndi isə şəhərin ən böyük marketləri bir əraziyə cəmləşir: 9 və 10-cu mikrorayonlar marketlərə qucaq açıb. Nəhəng "Hipermarket" və ondan bir qədər kiçik olan  "Qayalı"nın mövcud olduğu əraziyə yaxın yerdə - 9-cu mkr-da "Araz market" gözlənilməz gediş edərək biri iri, bir kiçik marketinin açılışını etdi. Çox keçmədi ki,  "Gold Qayalı, daha gözlənilməz addım atdı: öz ən böyük market binasını məhz 10-cu mikrorayon ərazisində açdı. 
Gözləmək olardı ki, bu cür yaxşı infrastruktura malik marketi şəhərin başqa ərazisində görək. Amma nədənsə bütün iqtisadi rentabellik prinsiplərinin əksinə olaraq, "Qayalı" öz "Gold"unu "dişli" rəqiblərinin biraddımlığında parıldatdı...
İndi isə 10-cu mikrorayon ərazisində daha bir marketin tikintisinin aparıldığı bildirilir.
Bütün bunlar marketinq baxımından riskli və olduqca riskli addımdır. Alıcı isə qazanacaq. Rəqabətin dərinləşməsi şübhəsiz ki, özünü ilk növbədə qiymətdə göstərəcək. Doğrudur, keyfiyyətli məhsul, komfort, marketin daxilindəki genişlik, xidmət səviyyəsi - bütün bu amillər alıcı kontingentinin kütləsinə və alıcılıq qabiliyyəti olan alıcının sayına təsir edəcək, ancaq ağır rəqabət qaçılmazdır və qiymət amili bütün bu faktorlardan daha öndə olacaq kimi görünür. 
Bəs şəhərin digər yerləri?
Marketlərin bir əraziyə cəmləşməsinin mənfi tərəfi isə odur ki, şəhərin digər bir başında əməllicə boşluq var. Məsələn, bazardan Kotejə doğru hərəkət etdikcə və 41, 42-ci məhəllələrə doğru getdikcə, iri market yoxluğu hiss olunur. Sakinlər daha çox məhəllədaxili orta və kiçikölçülü marketlərin alıcısıdır. 
...Əşşi, kasıb pul tapdı, almağa yer tapmadı?! Əsas odur ki, pul olsun. Sizə çoxlu pul, marketlərə isə ağıllı marketinq siyasəti arzu edirik!
Vüsal
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıt Maşın Bazarından reportaj:  qiymətlər necədir?
11:4515 may

Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?

Avtomobil bazarı həmişə maraqlı və dinamikdir. Şəhərimizdə nəqliyyat vasitələrinin sayındakı artımı da yəqin ki, aydın hiss edirsiniz.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO