İSTİ XƏBƏRLƏR
» » Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?

Sumqayıt yarmarkasından reportaj: Qiymətlər necə dəyişir?



Əhalinin daha sərfəli və daha sağlam sayılan kənd təsərrüfatı məhsulları   ilə təmin edilməsi üçün artıq uzun illərdir şəhərimizdə kənd təsərrüfatı yarmarkaları keçirilir. 
"168 saat" qəzeti olaraq istehlak mallarının  qiymətindəki artım və azalma ilə, alıcı marağı və qabiliiyəti ilə yerində tanış olmaq üçün yarmarkaya üz tutduq.  
İlk müşahidə etdiyimiz o idi ki, sumqayıtlılar yarmarkaya böyük maraq göstərirlər. Daha doğrusu, qiymət fərqi, çeşid genişliyi, məhsulların marketlərin bir çoxundan fərqli olaraq təzəliyi alıcı üçün yarmarkanı cəlbedici edir. 
Söhbət etdiyimiz əksər alıcı və satıcılar kənd təsərrüfatı məhsulların qiymətinin düşməyə başladığını qeyd edirdilər. Təbii ki, satıcı baha satmaqda, alıcı isə ucuz almaqda maraqlıdır. Ancaq bazarı istəklər tənzimləmir, tələb-təklif qanunu qiymətləri tənzimləyən başlıca amildir... Ancaq bizdə başqa qanunlar da var: məsələn, süni qiymət artımı! Gəlin, ümid edək ki, Sumqayıtdakı yarmarkada bu, heç vaxt müşahidə edilməyəcək.
Fürsət tapıb, bəzi satıcıları və alıcıları işindən ayırıb, söhbətə tutduq.   
Satıcı: Pomidorun kilosu keçən həftə 1 manat idi, ancaq görürsüz ki, indi qiyməti 2.50-dir. Xiyarın kilosu keçən həftə 50 qəpiyə idi, indi isə 70-80 arası dəyişir. Alıcı da yaxşıdır. Min şükür. Elə məhsullardır ki, tələbat mövsümlə bağlı var. Mövsümi tərəvəzlərdir yəni. Hansı qiymət qoysan alınacaq. Ancaq çalışırıq ki, qiymətlər hamının cibinə uyğun olsun. Qiymətin gələn həftələrdə necə olacağını deyə bilmərəm. Qalxa da bilər, düşə də. 
Satıcı: Keçən həftə badımcanın kilosunu satırdım 50 qəpiyə, indi isə 1.50-yədir. Lobyanın qiyməti isə 5 manat idi, indi düşüb olub 3 manat. Vallah, məndə nə günah var?! Mənə rayondan elə qiymətə gətirib verirlər ki, mən də bunun üstünə 20-30 qəpik qoymalıyam ya yox ?! Alıcı isə pis deyil. Alırlar. 
Satıcı: Kökün 3 kilosunu 1 manata satıram. Keçən həftə də bu qiymətə olub. Sarımsağı keçən həftə kilosunu 1.30- a satırdıq, indi 1 manatadır. Kələm 1.20 idi, indi kilosunu 70 qəpiyə satıram. Qiymətlər gördüyünüz kimi ucuzlaşıb. Ancaq gələn həftələrdə necə olacaq onu deyə bilmərəm. Ümumiyyətlə, yarmarkada bütün piştaxtalarda qiymətlər bax, belədir. Hamının da, şükür ki, ruzisini Allah yetirir. 
Alıcı:  Ucuz olan mal da var, bahası da. Nə deyim, ay oğul ? Mən hər həftə gəlirəm bura. Bəzi məhsulların qiymətində azalma hiss edirəm, bəzilərinkində isə necə var elədir. 
Alıcı: Yarmarkadan, qiymətlərdən narazıyam, desəm düz çıxmaz. Ancaq tam da razı deyiləm. Qiymətlər bir az da ucuz olsa yaxşı olar. 
Yarmarkadakı digər məhsulların indiki və keçən həftədəki qiymətləri ilə sizi tanış edirik:

Alma - 1.20-1.30. Keçən həftə də bu qiymətə idi;
Kartof - 1 manat. Keçən həftə 90 qəpik olub;
Soğan - 70 qəpik. Keçən həftə 50 qəpik olub;
Paxla - 50 qəpik. Keçən həftə də eyni qiymətə olub;
Qatıq (3 kq) - 3 manat. Dəyişməz qiymətdir, uzun müddətdən bəri;
Şor-qatıq - 2-4 manat arası. Həftələrdir ki, bu qiymətədir;
Göbələk - 1.50 qəpik. Keçən həftə 2.50 qəpik olub;
Tumsuz gavalı - 4 manat. Qiymət dəyişməyib;
Qoz - 6 manat. Qiymət dəyişməyib;
Armud qurusu - 3 manat. Qiymət dəyişməyib;
Zoğal qurusu - 5 manat. Qiymət dəyişməyib;
Alça qurusu - 3 manat. Qiymət dəyişməyib. 
Banan - 2.50 manat. Qiymət dəyişməyib;
Bibər - 4.50 manat. Keçən həftə 3.50 manat olub;
Boranı - 2 manat. Qiymət dəyişməyib;
Çiyələk - 1.50 manat. Keçən həftə 1 kiloqramı 2 manat olub;
Çuğundur - 80 qəpik. Qiyməti dəyişməyib;
Armud - 1.50 manat. Qiyməti dəyişməyib;
Alça - 2-3 manat. Qiyməti dəyişməyib;
Kabak - 1.20. Qiyməti dəyişməyib;
Yumurta (30 ədəd) - 3.60 manat. Qiyməti dəyişməz qalıb;
Kənd toyuğu 3-5 manat arası. Qiymət dəyişməyib;
Noxud - 1 manat. Qiymət dəyişməyib;
Göyərti dəstəsi - 7 qəpik. Qiyməti keçən həftə ilə müqayisədə 3 qəpik düşüb;
Tərxunun dəstəsi - 50 qəpik. Qiymət dəyişməyib;
Limon şitili - 7 manat. Qiymət dəyişməyib.
                                                                                              Səbuhi Allahverdizadə
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt Maşın Bazarından reportaj:  qiymətlər necədir?
11:4515 may

Sumqayıt Maşın Bazarından reportaj: qiymətlər necədir?

Avtomobil bazarı həmişə maraqlı və dinamikdir. Şəhərimizdə nəqliyyat vasitələrinin sayındakı artımı da yəqin ki, aydın hiss edirsiniz.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Necə qidalanmalıyıq ki,  sağlam qalaq?
18:2230 aprel

Necə qidalanmalıyıq ki, sağlam qalaq?

Sağlamlıq və uzun ömürlülüyə nail olmaq insanı düşndürən başlıca problem olaraq qalmaqdadır. Sağlamlığımız baxımından ən ciddi narahatlıq yaradan məsələlərdən biri isə şübhəsiz ki, piylənmə, artıq çəkidir. Diyetoloq Leyla Zülfüqarla bu mövzuda bir sıra suallara cavab tapmağa çalışmışıq.

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə