İSTİ XƏBƏRLƏR
» » Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər



Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını zəruri edir.
 Ölkəmiz üçün yeni turizm istiqaməti Sumqayıt şəhəri ilə bağlı ola bilər. Tam infrastruktura malik olan Sumqayıtın potensialı ancaq sənaye sahəsinə yönəldiyindən buranın turizm potensialı uzun illər kölgədə qalmışdır. Bu gün Sumqayıtın müasir-tullantısız sənaye   mərkəzi kimi inkişafı çox sevindiricidir. Amma bu şəhərin çimərlik turizmi üçün böyük cəlbedici potensialı, həmçinin müalicəvi turizm imkanları da var.
Yaxın perspektivdə Sumqayıtın çimərlik turizmində əsaslı payı olan şəhərlər siyahısına daxil olma şansları çox böyükdür. Məlumdur ki, bu şəhərin dəniz sahili boyu təkrarsız relyefi var. Bu unikal sahil zolağını təmiz saxlamaq və şəhər çimərliklərini bərpa etmək lazımdır. Bu məqsədlə ilk növbədə sahilboyu çimərlik ərazilərdə suyun nisbi təmizliyi üçün Sumqayıt aerasiya stansiyasını tam gücü ilə işlətmək, kanalizasiya sularının şəhər çimərliyi zolağı boyunca dənizə axıdılmasının qarşısını tam almaq lazımdır.
Biz orta və aşağı dəyərli turist paketləri sahəsində ixtisaslaşıb xeyli yeni iş yerləri aça bilərik. Bu heç də utopiya deyil, sadəcə, bu yöndə əsaslı-planlı şəkildə işləmək lazımdır. Hər xırda detalı nəzərə alıb, bu sahədə-yeni turist məhsullarının təklifi sahəsində vətəndaş təşəbbüslərini də düzgün qiymətləndirmək vacibdir. Vaxtilə Türkiyənin Antaliya, Misirin Xurqada və Gürcüstanın Batumi şəhərləri də məhz bu yolla gedib. Sadəcə, münbit şərait yaradıb kommunikasiyaları müvafiq səviyyəyə çatdırmaq, münasib qiymətlər təklif etmək lazımdır. Sahilə yaxın ərazilərdəki 2-3 mərtəbəli şəxsi evlərin əksəriyyətini aşağı büdcəli mehmanxanalara çevirmək mümkündür. Hazırda Rusiya,Ukrayna, Gürcüstan bu təcrübədən aktiv istifadə edir.
Bu məqsədlə Sumqayıtın Brend-menecer postu yaradıla bilər. Əslində Brend-menecer turizm infrastrukturuna malik olan hər bir şəhərimiz üçün lazımdır.
Sumqayıtda "Metallurq" sanatoriyasında  vaxtilə mövcud olmuş müalicəvi yod-brom və kükürdlü su mənbələrini bərpa etmək və bu mineral mənbələr üzərində tam pansiyon olmayan kiçik vannalarla müalıcə mərkəzi və tam pansiyon olan bir-neçə sanatoriya açmaq da çox real görünür . Bu məqsədlə sovet dönəmində əsaslandırılaraq təklif edilmiş  turizm imkanlarına yenidən baxmaq zəruridir. 
Sumqayıtın dənizkənarı parkında şam ağacları çoxluq təşkil etdiyindən burada yuxarı tənəffüs orqanları üçün dəniz havası ilə qovuşmada  nadir mikro-mühit mövcuddur. Bu potensialdan da tam istifadə etmək lazımdır. Krım yarmadasının  sahil zolağı boyunca belə yaşıllıqlar sanatoriya ərazilərinə  təhkim edilib.
 Stabil inkişaf edən turizm sənayesi xidmət sahəsini inkişaf etdirməklə paralel olaraq yeni investorlar üçün münbit mühit də yaradır. Bu eyni zamanda şəhər sakinlərinin doğma məkana məhəbbət hissini daha dərindən ortaya qoyacaq  və Sumqayıtın müsbət imicini formalaşdıracaq!  Öz şəhərləri ilə fəxr edən, öz şəhərlərinə bağlılıqlarını dərk edən və nəhayət, özlərini bu şəhərin tərkib hissəsi sayan sakinlər isə hər uğura imza atmağa qadirdirlər. Eyni zamanda, turist axınının sürətləndirilməsi üçün sakinlərimiz arasında müasir düşüncə və ünsiyyət  tərzini də formalaşdırmaq vacibdir.
İlkin mərhələdə ən ehtiyatlı proqnozlarda orta hesabla bir aya ən azı 10 000 (on min) turistin Sumqayıt çimərliklərinə cəlb edilməsi mümkündür ki, bu da ancaq yay mövsümündə ümumilikdə 30 000 (otuz min) turist deməkdir. Bir həftə müddətində orta hesabla turistin ümumi xərclədiyi vəsaiti təqribən 500 dollar həcmində götürsək, bu vəsaitin mövsüm ərzində 15 milyon dollar olacağını təxmin edə bilərik.
Etiraf edək ki,bu ən ehtiyatlı proqnozdur. Müqayisə üçün qeyd edək ki, təkcə Qəbələ rayonunda  iyul ayında orta hesabla  40- 45 min   nəfər istirahət edir.Bu, sadəcə bir ayın son illər üçün stabil göstəricisidir.
2015-ci ildə qardaş Türkiyədə təkcə Rusiyadan dörd milyon yarım insan istirahət etmişdi. Biz bu yay mövsümünə aktiv hazırlaşsaq, rusiyalı turistlərin ən azı bir faizini təkcə Sumqayıt və Lənkarana cəlb edə bilərik. Bu isə 45 min turist deməkdir.
Kiçik bir haşiyə: Rusiyanın Yaroslavl vilayətində əhalisi 5 000(beş min) olan Mışkin qəsəbəsinə ildə 140 000 (yüz qırx min) turist gəzir. Əsas məqsəd şəhərdəki siçan muzeyini görməkdir. 
Adətən turizmdən gələn gəlirlər kiçik şəhərlərin ümumdaxili məhsulunun 3-5% təşkil edir. Amma yeni iş yerləri , aidiyyatı sahədə əmək məşğulluğu və yerli məhsulların, həmçinin xidmət sahəsinin çalışması baxımından % göstəricisi yüksəkdir.

Faiq Hüsiyev, 
əməkdar jurnalist


TədbirMüddətMəsul şəxslər (təşkilatlar)
I.  Yubiley münasibətilə kütləvi   tədbirlər
1.a)Yubiley günündə “Sumqayıt -70” tədbirlərinin təntənəli açılışı , şəhərin sənaye müəssisələrinin və mədəni həyatının  uğurlarını əks etdirən sərginin keçirilməsi

 b)  Yubiley  günü  bina üzərinə proeksiya vasitəsilə  işıq və lazer şou proqramının  təqdim edilməsi , qala konsert  və atəşfəşanlıq
c)  Sumqayıtda mahnı festivalının keçİrilməsi və şəhərlə bağlı yeni mahnıların təqdim olunması
 d) Dənizkənarı bulvarda yay mövsümü boyu özfəaliyyət kollektivlərinin konsertlərinin təşkili
Yubiley günü
İyun -  oktyabr

2.a) Qardaşlaşmış şəhərlərdən nümayəndə heyətlərinin  və özfəaliyyət  qruplarının  yubiley tədbirlərinə dəvət edilməsi
b) Qardaşlaşmış şəhərlərdə  Sumqayıtla bağlı sərgilərin keçirilməsi və bunun yerli KİV-də işıqlandırılması
c) Sumqayıtın dünəni,bu günü və sabahı ,həmçinin şəhərin inkişaf perspektivlərilə  bağlı  dəyirmi  masaların,elmi seminarların   təşkil olunması
oktyabr
avqust-oktyabr
sentyabr-oktyabr

3.a) Sumqayıtla bağlı turistlər arasında sosial-şəbəkələrdə ən yaxşı video-hesabat müsabiqəsinin və turist təəssüratı yazısı qalibinin həftədə bir dəfə (və yaxud 10 gündən bir) hədiyyə ilə mükafatlandırılması;
b) Sumqayıtla bağlı selfi müsabiqəsinin elan olunması və həftədə bir dəfə (və yaxud 10 gündən bir) müsabiqənin qalibi olan turistin qiymətli hədiyyə ilə mükafatlandırılması;
c) Sakinlər  arasında  “Bizim şəhər “  , “Bizim ailə” “Sumqayıt uşaqları ”  adlı  fotomüsabiqələrinin keçirilməsi
may -  oktyabrŞəhər  mədəniyyət   idarəsi
4.a) Sumqayıtda əncir və üzüm meyvələrilə bağlı 2 günlük satış festivalının keçirilməsi; 
b)  Sumqayıtda şirniyyatla bağlı 2 günlük satış festivalının keçirilməsi 
avqust
sentyabr

5.a) İyun ayının ilk günlərində çimərlik mövsümünün başlanması ilə əlaqədar Sumqayıtda “Neptun” bayramının keçirilməsi
b) Sumqayıt-Bakı katerlə dəniz gəzintisi turlarının təşkil edilməsi
iyun
iyun-sentyabr

II.Abadlıq, yaşıllaşdırma və komfortlu  şəhər atmosferinin yaradılması

Dənizkənarı bulvarda Sumqayıt botanika bağını bərpa etmək;

a)Sumqayıtın dənizkənarı bulvarında və sahil bulvarında yeni gül bağının salınması (Soçi və Kislovodskdakı “Dalina roz” vadisi kimi) və “Öz şəhərini güllərlə bəzə” aksiyası çərçivəsində məhəllələrdə  sakinlər tərəfindən güləkmə aksiyasının keçirilməsi . Böyük bir ərazidə üzərinə “70” yazılmış gül çələnginin əkilməsi. Sonda “Güllü həyət” qalibinin mükafatlandırılması
b) “Abad həyət” konsepsiyasının tətbiqi , həmçinin daxili iməciliklər hesabına təmizlik işlərinin aparılması
Aprel-avqustYaşıllaşdırma idarəsi
Sumqayıtda şəhərdaxili informasiya–məlumat nişanlarının  yenilənməsi   (küçə adları, istiqamətlər və s.) elektron tabloların qurulmasıİl ərzindəMənzil kommunal təsərrüfatı idarəsi
Partnyor layihəsi əsasında kiçik  Yapon bağının salınmasıİl ərzində
Yeni –yubiley parkının salınması və kütləvi ağacəkmə kampaniyasının keçirilməsiMart-aprelYaşıllaşdırma idarəsi



 Yeniləşən Sumqayıtın bürüncdən yeni simvolu sayılacaq monument-abidənin yaradılması;İl ərzində
a)Coratdakı qədim hamamlar, məscid və xan evinin turist marşrutuna salınması;
b)Sumqayıtda–Corat qəsəbəsində tarixi gözətçi qülləsinin tikilməsi. (Əslində bu tarix fiksiyadır. Çox ölkələr bu üsuldan istifadə edir. Bu qüllə X-XI əsrdə yaşamış xəzərlərə aid edilə bilər və qəsəbə üçün yeni tarixi obraz yaradıla bilər )
İl ərzində
Yüngül konstruksiyalı suvenir-hədiyyə köşklərinin və iaşə obyektlərinin sahilboyu qurulması; İl ərzində
Xəzər dənizinin sahil zolağında lazımı çimərlik infrastrukturunun yaradılması və yaxın məsafədə dəniz dibinin daşlardan, dəmir qalıqlarından təmizlənməsiİl ərzində

a) Sumqayıtda müxtəlif ölçülü balıqlar üçün “Akvarium” məkanının qurulması;

 b)  Sumqayıtda lövbər salmış gəmidə balıq restoranının təşkili;
İl ərzində
III.  Şəhərlə bağlı ənənələrin bərpası və yenilərinin ərsəyə  gəlməsi
1.a) Şəhərin görkəmli sakinlərinin abidə və barelyeflərinin qoyulması və onların adına küşə və meydanların verilməsi
b) Şəhərin fəxri vətəndaşları   adlarının təqdim edilməsi
İl ərzindəMədəniyyət idarəsi
2.“Made in Azərbaycan” brendli məhsulların, həmçinin şəhər sakinlərinin əl işlərindən ibarət “Sənətkarlar” adlı satış yarmarkalarının təşkili və prosesə şəhər sakinlərinin daha çox cəlb olunması;İl ərzindəMədəniyyət  idarəsi
3.a) Məhəllədaxili futbol yarışının-şəhər birinciliyinin keçirilməsi
b) Dənizkənarı parkda velosiped yollarının təşkil   edilməsi və veloyarışların təşkili
c) Dənizkənarı parkda  şahmat və dama yarışlarının təşkil edilməsi
Aprel-oktyabrİdman idarəsi
4.a)Sumqayıt haqqında təbliğat materiallarının- kitab, foto-albom, broşur, marka, açıqca, suvenir, köynək, beysbolka və s. istehsalı və satışı;

 b)Yubiley simvolikasının işlənilməsi üçün müsabiqə elan edilməsi
c) Şəhər  yazıçılarının və kənar yazarların Sumqayıta həsr olunmuş -“70 hekayə”  kitabının buraxılması
d) Sumqayıta həsr olunmuş qısametrajlı filimlərin və musiqili kliplərin  çəkilməsi 
İl ərzindəÖzəl sifariş
5.Sumqayıtlı  rəssamların şənbə və bazar günlərində rəsm qalereyası önündə satış sərgilərinin təşkil edilməsiIyun-oktyabrMədəniyyət  idarəsi
6.Əslən Sumqayıtdan olan tanınmış müğənni və aktyorların konsert  proqramlarının təşkiliIl ərzindəMədəniyyət  idarəsi
7.“Şərəf lövhəsi” adı altında  müxtəlif sahələrdə uğur qazanmış şəhər sakinlərilə görüşlərin təşkiliIyun-oktyabrTəhsil idarəsi
8.Şəhər sakinlərindən arzu və istəklərin, həmçinin kreativ  təkliflərin toplanmasıIl ərzində
9.Yubiley münasibətilə fənn olimpiadalarının keçirilməsioktyabr Təhsil idarəsi
10.Şəhər məktəbləri arasında  inşa müsabiqəsinin   keçirilməsisentyabr-oktyabrTəhsil idarəsi
11Şəhər məktəbləri arasında  KVN  yarışının  keçirilməsioktyabrTəhsil idarəsi
12Azərbaycanın digər şəhər və rayonlarından gəlmiş məktəblilərlə bir günlük dostluq turlarının təşkili

VI.Təbliğatı  sahədəki  işlər
1.
 •Xariciölkələrdə, ələlxüsus, MDBməkanındayerliKİV-lərdəvəinternetresurslarında,disputsaytlarında Sumqayıtıntəbliğatınıaparmaq.Buişdəyerlidiasporun əlaqələrindənistifadəetmək;

 •YerlivəxaricituristşirkətlərilədanışıqlarınaparılmasıvəSumqayıtınçimərlikturizmipaketinəsalınmasının təşkiledilməsi;

 •Sumqayıthaqqındaxırdabələdçi-tanıtımçarxlarınınçəkilməsi,internetvəsosialşəbəkələrdə çarxların-məlumatlarının yerləşdirilməsivəgenişpaylaşımedilməsi;

 •Ərəbölkələrinin,Rusiya,BelorusvəQazaxıstanınümum-ölkətelekanallarındaSumqayıthaqdasüjetlərin verilməsi;

 •Xaricivə ölkədaxilituristlərincəlbedilməsiüçünşəhər turistportalınınyaradılması;

 • Şəhərdəmüxtəlifdillərdəsosialplakatreklamını gücləndirmək(“Təşəbbüslərpaytaxtı”, “Gənclərşəhəri”, “Xəzərinmirvarisi” , “Xoşbəxtinsanlarməkanı”vəs).


2.


3.


Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür