İSTİ XƏBƏRLƏR
» » Ən asan peşələr hansılardır?

Ən asan peşələr hansılardır?


Reddit əyləncə portalı 40 000 respondent arasında rəy sorğusu keçirərək tənbəl adamlar üçün ən ideal peşələri müəyyənləşdirmişdir.
 Bu barədə "168 saat"  XXL dərgisinə istinadən məlumat verir.
Rəyi soruşulanlardan ən çoxu "mühafizəçi" peşəsinin adını çəkmişlər. Bütün günü oturub DVD-pleyerdə filmlərə baxmaq, mürgü döymək və çay içmək. Əvəzində də ayda 1000 dollardan başlayan əməkhaqqı almaq. Bundan gözəl hansı işi tapmaq olar ki?
Növbəti ən asan peşə muzey mühafizəçisidir. Sakit bir güşədə əyləş, ayda ildə bir dəfə hansısa eksponata kimsə yaxınlaşanda öskür ki, eksponata yaxınlaşmaq olmaz.
Tənbəllər üçün 3-cü ən uyğun peşə tam avtomatlaşdırılmış müəssisələrdə maşinist peşəsi hesab olunur. Bütün günü oturub avtomatlaşdırılmış dəzgahların detal hazırlamalarına tamaşa eləmək yəni çoxmu ağır işdir?
Və ən nəhayət, ən çox səs toplayan 4-cü peşə qocalar evindəki su hövzəsində xilasedici işləmək hesab edilmişdir. Belə ki, qocalar yalnız gündə qaralmağa üstünlük verdiklərindən suya nadir  hallarda girirlər. Girəndə də ən yaxşı halda su topuqlarına çıxana qədər irəliləyirlər. 
"168 saat İNFO"
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO