İSTİ XƏBƏRLƏR
» » Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu



Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur. Əvəzləmə zamanı meydana daxil olan futbolçuların tapşırığın öhdəsindən nə dərəcədə gəldiyini aydınlaşdırmaq üçün sonradan meydana çıxan futbolçuların qol vurması baxımından verdiyi faydaya nəzər salmağa qərar verdik.
İlk öncə onu qeyd edək ki, cari mövsümdə Topaz Premyer Liqasında yalnız 19 futbolçu əvəzetmədən meydana daxil olduqdan sonra fərqlənməyi bacarıb ki, onlardan da yalnız ikisi dubl etməyə nail olub. Digər maraqlı məqam isə ondan ibarətdir ki, hər iki halda "Zirə"nin üzvləri adını tabloya yazdıra bilib. Ölkə çempionatında mübarizə aparan klublardan yalnız "Keşlə"nin futbolçularının sonradan meydana çıxaraq fərqlənə bilməməsi diqqət çəkir. Digər elita təmsilçiləri isə ən azı bir dəfə əvəzetmədən oyuna daxil olan oyunçunun sayəsində hesabı dəyişə bilib. 
Məşqçi əvəzləməsinin ardından tablodakı rəqəmləri ən çox dəyişən kollektiv sumqayıtlı çalışdırıcı Samir Abasovun rəhbərlik etdiyi "Zirə"dir. Qısa müddət öncə yukunlaşan ölkə çempionatının altı matçında Abasovun əvəzetməsi bəhrəsini verib. Topaz Premyer Liqasının ilk turunda "Qarabağ"a səfərdə 2:3 hesabı ilə məğlub olan qəsəbə təmsilçisinin hər iki qoluna 53-cü dəqiqədə meydana daxil olan Mirsahib Abbasov imza atmışdı. Xatırladaq ki, sözügedən oyunda meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənən gənc oyunçu 82-ci dəqiqədə daha bir dəfə ağdamlıların qapısına yol tapsa da, onun dublu təsəllidən başqa bir şeyə yaramamışdı.
Növbəti dəfə 11-ci turda uğurlu əvəzetmə ilə yadda qalan Samir Abasovun komandasında Vüsal İsgəndərli "Neftçi"nin qapısına yol tapmışdı. Oyunun 60-cı dəqiqəsində komandası 1:2 hesabı ilə geridə olarkən meydana çıxan hücumçu sona 7 dəqiqə qalmış hesaba tarazlıq gətirməklə komandasının görüşdən xalla ayrılmasına yardımçı olmuşdu.
Bir daha çempionatın 16-cı turunda bu baxımdan diqqət mərkəzinə düşən "Zirə"nin sözügedən uğurunun iştirakçısı isə Sadio Tounkara olmuşdu. "Səbail"lə qarşılaşmanın 76-cı dəqiqəsində oyuna daxil olan malili yarımmüdafiəçi matçın sonuna əlavə olunmuş 5-ci dəqiqədə rəqibi məyus etməklə yekun hesabı müəyyən etmişdi - 0:2.
Bundan üç tur sonra da "Zirə"nin vurduğu qolda meydana sonradan daxil olmuş oyunçunun imzası var idi. Belə ki, Topaz Premyer Liqasının 19-cu turunda doğma publika qarşısında "Qəbələ"ni qəbul edən "qartallar"a bir xalı gətirən qolu matçın ilk hissəsindən sonra meydana çıxan İsmael Fofana görüşün 87-ci dəqiqəsində vurmuşdu. 
Zirənin eyniadlı komandasında sonradan meydana daxil olaraq adını tabloya yazdıran daha bir futbolçu isə Mfo Kqasvanedir. "Neftçi" ilə qarşılaşmanın ilk hissəsinin ardından meydana çıxan 25 yaşlı hücumçu sonuncusu penaltidən olmaqla 59 və 80-ci dəqiqələrdə fərqlənsə də, flaqmanın 4:2 hesablı qələbəsinə mane ola bilməmişdi.
"Zirə" üçün sonuncu belə hal isə elə sonuncu turda reallaşmışdı. Belə ki, səfərdə "Sabah"a üç cavabsız qolla qalib gələn "Zirə"nin hücummusu Robin Nqalande ilk hissədən sonra meydanda olduğu matçın 69-cu dəqiqəsində fərqlənmişdi.
Məşqçi əvəzləməsinin ardından tablodakı rəqəmləri ən çox dəyişən klublar sıralamasında sonrakı yerləri isə  "Qarabağ", "Qəbələ" və "Sumqayıt" tutur
Çempinatın sonuna bir tur qalmış ardıcıl 6-cı çempionluğunu bayram edən "Qarabağ"da çempionat ərzində 3 dəfə uğurlu əvəzləməyə sevinən Qurban Qurbanov üçün ilk belə hal 6-cı turda yaşanmışdı. Belə ki, cari ölkə birinciliyinin 6-cı turunda səfərdə "Sabah"la qarşılaşan və iki cavabsız qolla qələbə qazanan ağdamlıların heyətində İnnosent Emeqara 66-cı dəqiqəsində meydana daxil olduğu matçın 89-cu dəqiqəsində rəqibi məyus etmişdi.
Bir daha 14-cü turda "Zirə" ilə qarşılaşmada əvəzləmədən oyuna daxil olan futbolçunun sayəsində hesabı dəyişən "köhlən atlar"da bu dəfə oyuna 65-cı dəqiqədə daxil olan Miçel Madera fərqlənmişdi. Görüşdə 6 cavabsız qolla qalib gələn qonaqların sonuncudan əvvəlki qoluna imza atan ispaniyalı orta xətt oyunçusu sona 8 dəqiqə qalmış fərqlənmişdi.
"Qarabağ" komandasında oyuna sonradan daxil olaraq hesabı dəyişən sonuncu futbolçu isə Araz Abdullayevdir. Topaz Premyer-Liqasının 23-cü turundakı "Qəbələ" ilə qarşılaşmada oyunun 79-cu dəqiqəsində Dani Kintananı əvəzləyən yarımmüdafiəçi dörd dəqiqə sonra hesabı dəyişməklə komandasına 2:1 hesabı ilə qələbə gətirmişdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, "köhlən atlar" kimi "Qəbələ"də də sonradan oyuna qoşulmaqla qələbədə pay sahibi olan oyunçuların sayı üçdür. Bölgə klubunda bu baxımdan diqqətçəkən məqam isə hər üç halda əvəzedicilərin təsəlli qoluna imza atmasıdır. Belə ki, Topaz Premyer Liqasının ikinci turunda səfərdə "Neftçi"yə 2:1 hesabı ilə yenilən "qırmızı-qaralar"ın hücumçusu Rauf Əliyev son 25 dəqiqəsində meydanda olduğu matçda sona beş dəqiqə qalmış son nöqtəni qoymuşdusa, üç tur sonrakı "Qarabağ" matçının 76-cı dəqiqəsində meydana çıxan Rasim Ramaldanov 90-cı dəqiqədə təsəlli qoluna imza atmış və görüş 4:1 hesabı ilə yekunlaşmışdı. Elə sonuncudan əvvəlki turda da Rauf Əliyev "Neftçi"yə 3:1 hesabı ilə məğlub olduqları oyunda komandasının yeganə qoluna imza atmışdı. Məlumat üçün bildirək ki, ilk hissədən sonra meydana çıxan forvard sona 6 dəqiqə qalmış fərqlənmişdi. 
Üç dəfə əvəzetmə sonrası uğur qazanmaqla diqqət çəkən şəhərimizin komandası "Sumqayıt"la bağlı maraqlı məqam isə ondan ibarətdir ki, hər üç oyunda qələbə qazanmaq mümkün olub. İlk belə halda ikinci turda Ülvi İsgəndərovu sona 15 dəqiqə qalmış meydana buraxan Nazim Süleymanov hücumçunun "Sabah"ı 85-ci dəqiqədə cəzalandırmasına sevinmişdisə, 23-cü turda Ayxan Abbasovun son 40 dəqiqədə "Keşlə" önündə şans verdiyi Cavid Tağıyev yenə sona beş dəqiqə qalmış qələbə topunu vurmuşdu. İkinci turda Nazim Süleymanovu sevindirən Ülvi İsgəndərov sonuncu turda Ayxan Abbasovun da etimadını doğrultmuşdu. Belə ki, Topaz Premyer Liqasının 28-ci turunda "ev"də "Qəbələ"yə qalib gələn "kimyaçılar"ın yeganə qolunu vuran İsgəndərov həmin matçın 12-ci dəqiqəsində Peyman Babayini əvəzləmiş və 68-ci dəqiqədə rəqib qapısına yol tapmışdı.
Cari mövsümü 7-ci pillədə tamamlayan "Sabah"ın isə iki dəfə uğurlu oyuncu dəyişikliyindən sonra qol sevinci yaşadığını qeyd etməliyik. Amma hər iki halda xal qazanmaq mümkün olmayıb. Belə ki, 13-cü turda "Neftçi" ilə oyunun ikinci hissəsinin başlanğıcında meydana daxil olan və 76-cı dəqiqədə penaltidən fərqlənən Marko Deviç komandasının səfərdə 1:2 hesablı məğlubiyyətinə şahid olmuşdusa, bir tur sonra "Keşlə"ylə oyunun ilk hissəsinin ardından "döyüşə atılan" Elşən Abdullayev 81-ci dəqiqədə rəqibi cəzalandırmaqla komandasını ümidləndirsə də, "ev" matçında da eyni hesablı yenilgidən qaçmaq mümkün olmamışdı.
Məşqçi əvəzləməsinin ardından tablodakı dəyişən digər komandalar isə hərəyə bir dəfə olmaqla "Neftçi" və "Səbail"dir. Topaz Premyer-Liqasının 23-cü turunda "Zirə" ilə oyunun 60-cı dəqiqəsində meydana çıxan flaqmanın yarımmüdafiəçisi Namiq Ələsgərov bir dəqiqə sonra fərqlənməklə komandasının qələbəsində pay sahibi olmuşdusa, 24-cü turda "Neftçi"ni cəzalandıran "Səbail"in üzvü Ədilxan Qarəhmədov bir xalın qazanılmasında rol oynamışdı. Məlumat üçün deyək ki, qarşılaşmanın 76-cı dəqiqəsində "Neftçi"nin yetirməsi olan Fəhmin Muradbəylini əvəzləyən oyunçu beş dəqiqə sonra hesaba tarazlıq gətirmişdi. 
***

Əvəzetmələrlə bağlı daha bir maraqlı məqam isə əvəzetmədən meydana daxil olan futbolçuların ən çox hansı komandanı cəzalandırmasıdır ki, burda beş dəfə ilə "Neftçi" adına rast gəlirik. Həmin dörd matçın birində sonradan oyuna qoşulan futbolçunun dubl müəllifi olması isə Roberto Bordinin komandasını altı qolla məyus etdiyini ortaya qoyur. Əvəzləyicilərin flaqmandan sonra ən çox cəzalandırdığı klub isə "Sabah"dır. Paytaxt klubun passivində dörd belə hal var. Sonrakı yerdə isə hərəyə iki dəfə ilə "Zirə", "Keşlə", "Qəbələ" və  "Qarabağ" gəlir ki, sonuncuları bir halda meydana sonradan daxil olan rəqib dublla cəzalandırıb. Bu isə iki komanda ilə oyunda üç topun buraxılması anlamına gəlir. Oyunçu əvəzetmələri baxımından rəqib məşqçilərin həmlələrinin ardından cəzalandırıla bilməyən elita təmsilçiləri isə "Səbail" və şəhərimizin komandası "Sumqayıt"dır.
Tural Məmmədov

Rəy bildir +
Oxşar xəbərlər
Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə

Adı oyun alqı-satqıısında hallanan  klubun sumqayıtlı futbolçusu:  "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"
18:2830 aprel

Adı oyun alqı-satqıısında hallanan klubun sumqayıtlı futbolçusu: "Region Liqasında belə bir şeyin olacağına inanmazdım"

Ötən həftə Region Liqasında baş tutmalı olan "FC Baku" - "Şahdağ" qarşılaşmasının birincilərin adının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınması az maraq doğurmadı. İddialara görə,  Region Liqasının ikinci pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli" - "FC Baku" oyununun

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?
17:2516 aprel

Sumqayıtlılar cari "futbol ili"ni necə keçirir?

Bu gün Azərbaycan futbol arenasını ölkəmizin əsas və keyfiyyətli futbol  "bazası" sayılan Sumqayıtsız təsəvvür etmək çətindir. Baxmayaraq ki, müxtəlif vaxtlarda yerli futbol təsərrüfatına Nazim Süleymanov,  Arif Əsədov, Mübariz Orucov,  Mehman Yunusov, Kamal Quluyev, İsmayıl Məmmədov,  Mahir