İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR


Lətifələrin reytinqi

5-ci yer
Söhbət Bakının tramvay olan dönəmlərindən gedir.
Bir qadın evə mebel ustası çağırır:
- Ay usta, demək, mənim şkafım cehizlikdir, atam evindən gətirmişəm. Mənimçün çox dəyərlidir. Amma, elə ki, küçədən lənətə gəlmiş tramvay keçir, şkafın qapıları petlədən çıxıb laybalay yerə gəlir. Bir baxın, qapıların yerə çırpılmaqdan lakı da tökülüb.  Nə etmək olar? Bəlkə petləni möhkəmlətmək, yaxud dəyişmək lazımdır? Ya bəlkə, qapının özünə bir çarə qılmaq lazımdır?
Mebel ustası ayaqqabısını çıxarıb şkafın içinə girərək deyir:
- Prosesə şəxsən şahid olmasam çarə qıla bilmərəm.
Və şkafın qapısını bağlayıb başlayır tramvayın keçməsini gözləməyə.  Qadın da mətbəxə keçib biş-düşlə məşğul olur.
Bu vaxt evin kişisi öz açarı ilə qapını açıb içəri girir. Şkafın qarşısında kişi ayaqqabısı görüb təəccübdən bərəlmiş gözlərini ovxalayır, yaxınlaşıb şkafın qapısını açır, içəridə ədəb-kamalla oturmuş mebel ustasını görüb var gücü ilə çığırır:
- Ə, oğraş! Sən burda neynirsən?!
Usta kəkələyə-kəkələyə deyir:
- Qardaş, bilirəm inanılası deyil, ancaq Allah haqqı, tramvay gözləyirəm.

4-cü yer
Iki riyazıyyatçı söhbət edirlər. Birdən riyazıyyatçılardan biri cibindən təbaşir çıxarıb o birisinə verir və köynəyini çıxararaq deyir:
- Zəhmət deyilsə bir kvadrat çək.
- Nə?!
- Heç nə. Dedim, mümkünsə belimə boyaboy bir kvadrat çək.
- Yaxşı, buyur, çəkdim.
- Aha. Indi kvadratın içinə həm üfiqi, həm şaquli xətlər çək.
- Çəkdim.
- Balaca kvadratlar alındı, elə?
- Elə.
- İndi kvadratların içinə 1, 2, 3, və 4 yaz.
- Yazdım.
- İndi də böyük kvadratın kənarlarına A, B, C və D yaz.
- Yazdım
- C3 kvadratını tap.
- Tapdım.
- Sənə qurban olaram, oranı qaşı. Ölürəm!

3-cü yer
Kişi qadınına deyir:
- Əzizim, mən sənə xəyanət etmişəm.
Qadın içini çəkir:
- Mən də.
Kişi gülümsəyir:
- Bir aprel.
Qadın da gülümsəyir:
- Məndə isə on iki iyul.

2-ci yer
Retro lətifə.
Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi.
Birinci sinif şagirdlərini sinif rəhbəri Olqa Timofeyevna milis idarəsinə ekskursiyaya aparır. Uşaqların diqqətini divara vurulmuş "Onları milis axtarır" stendi cəlb edir. Vovoçka yaxınlıqda dayanan serjantdan soruşur:
- Siz, demək bu adamları axtarırsız?
Serjant deyir:
- Bəli, axtarırıq.
Vovoçka təəccüblə Olqa Timofeyevnaya baxır:
- Müəllimə, onlar doğrudan bu adamları axtarırlar?
Olqa Timofeyevna Vovoçkanın çaşqınlığından bir şey anlamayaraq deyir:
- Vovoçka, burda təəccüblü nə var ki? Bəli, məhz milislər bu şəkildəki cinayətkarları axtarırlar.
Vovoçka yenidən serjanta tərəf baxır:
- Ey, ment. Yəni bu qədər qanmazsız? Şəkillərini çəkəndə onları tutardız da?

1-ci yer
Ümumdünya arxeologiya konfransı. Alman duraraq danışır: 
- Bizim arxeoloqlar arxeoloji qazıntılar zamanı 10 metr dərinlikdən tunc qalıqları tapıblar. Bu ona subutdur ki, 100 il əvvəl Almaniyada simli telefon rabitəsi olub.
Zal əl çalır.
Amerikalı duraraq danışır:
- Bizim arxeoloqlar arxeoloji qazıntılar zamanı 50 metr dərinlikdən şüşə lifi tapıblar. Bu, ona sübutdur ki, 500 il əvvəl Amerikada lifli telefon rabitəsi olub.
Zal əl çalır.
Azərbaycanlı duraraq danışır:
- Bizim arxeoloqlar arxeoloji qazıntılar zamanı 100 metr dərinlikdən heç nə tapmayıblar.
Yer-yerdən suallar yağır:
- Hə, nə olsun ki?
Azərbaycanlı təmkinlə deyir:
- Necə nə olsun? Bu, ona sübutdur ki, 1000 il əvvəl Azərbaycanda mobil telefon rabitəsi olub.

Ibrətamiz

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil.
Bunu eşidən qocanın gözləri dolur. O, qəhərlə soruşur:
- Işləyirsə, bəs onda niyə övladlarımdan zəng gəlmir?

Lap ibrətamiz

"Kənddə bir xoruz vardı, hey qışqırıb banlayardı. Bir gün səsi kəsildi. Sahibindən soruşdum, xoruzunun niyə səsi gəlmir. Dedi, camaat şikayət etdi ki, bizi oyadır, yatmağa qoymur, mən də başını kəsdim.
O gündən mən bilirsiniz nə anladım?  Camaatı oyatmaq istəyənlərin başı kəsilir". 
(Məhəmməd Hüseyn Şəhriyar).

Sitat
"İndiki 6-cı sinif uşaqları özlərinə sevgili axtarırlar. Mən o yaşda olanda bulkanın içində kişmiş axtarırdım".  
(Dərdayıl)

Feysbuk sitatı:

"Oruc tutmayan, amma daim iftarlara gedən adamlara kriminalni iftaritet deyilir".

Etiraf

- Indi elanlarda "Bir saatlığa kişilik etmək" elanlarına gen-bol rast gəlinir. Kişilər bu elanlarla qadınlara çox yəqin ki, bir saatlıq intim xidmət təklif edirlər. Mənim nəyim əskikdir? Mən də internetdə "Bir saatlıq arvadlıq etmək" elanımı yerləşdirəcəm. Gedəcəm, evi təmizləyəcəm, qab-qacağı, pal-paltarı yuyacam, yemək bişirəcəm, söyüb-batıracam, maaşını əlindən alacam, evdən qovacam!

Poeziya çələngi

Elza Seyidcahanın ən yeni şeirini oxucularımıza təqdim edirik:
May 
Ən yaxşı ay.
Içdim çay.
Apardım rəfiqəmə pay.
Yoxdur ona tay.
Dedi, ağəz, pulunu say.
Saydım: yüz, min, milyon.
Qırmızı don.
Beş, on, on beş.
Həyətdə leş.
Iynə ilə gözünü deş.
Bığlarını eş.
Nərddə at qoşa şeş.
Uff, yenə ağrıdı diz.
Tüklərim oldu biz-biz.
Stol çönüb oldu miz.
Siz deyin, 
Amerikaya niyə getdi 
Məmmədov Elariz?!

Dodaqqaçdı

Ukrayna baxçası.
Taras müəlliməsindən soruşur:
- Müəllimə, uşağın uşağı ola bilər?
Müəllimə:
- Əlbəttə ki, yox!
Taras nəvazişlə yanındakı Daşanın telinə sığal çəkir:
- Aşkım, gördün? Sən də qorxurdun.

Dialoq

Gecə saat 2.00.
Tələbə qız müəlliminə mesaj yazır:
- Müəllim, yatırsız?
- Hə yatıram. Necə bəyəm?
- Sağ yatmayasız. Amma biz hələ də imtahana hazırlaşırıq.

Olmuş əhvalat

Marketdən "Dixlofos" adlı ağcaqanad dərmanı alan bir intilligent malın üstünə baxıb yaralılıq müddətinin keçdiyini görür və satıcı qadına gileylənir:
- Bu nədir, vaxtı keçmiş ağcaqanad dərmanı satırsınız.
Satıcı qadın tərs-tərs onu süzür:
- A kişi, sənin də işin-peşən yoxdu e! Ağcaqanaddır də, zəhərlənir, cəhənnəmə zəhərlənsin!

Başsağlığı

Azərbaycanın Tık-tık xanım, Cırtdan və digər nağıl qəhrəmanlarının vəfatı münasibəti ilə dərin hüznlə başsağlığı verir, azərbaycanlı balalara Allahdan səbir diləyirik.
Maşa və Ayı.
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Üç dayısını diri-diri yandırdı
17:2016 aprel

Üç dayısını diri-diri yandırdı

... Nigarı 1990-ci ildə  Xızının Şurabad kəndində  yaşayan Füzuli Abbasova ərə verəndə, hələ dünya indiki qədər qarışıq deyildi. Necə olsa da Füzuli balıqçı idi. Həmin illərdə kənd sakinlərinə güzəranlarını ötüşdürmək üçün   balıq tutmağa icazə verirdilər. Balıqdan qazanılan pulla da