İSTİ XƏBƏRLƏR
» » İş adamının ayı balası “qəhrəmanlığı”...

İş adamının ayı balası “qəhrəmanlığı”...

Son iki gündə Qubada evində adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov medianın gündəminə gəlib. İş adamı bildirib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: "Mən illər öncə Qubada "Orman” adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı”. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Moderator.az- a açıqlamasında bildirib ki, vətəndaş qanunsuz hərəkət edib və buna görə müvafiq tədbir görüləcək:

“İstənilən şəxs hətta kiçik ayı balası tapsa belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Qonur ayının bu şəkildə saxlanılması, təhvil verilməsməsi onun təbiətdən təcrid olunmasıdır və qanunsuzdur. Biz baytar həkim göndərdik. Ayı müayinə olunacaq və müayinənin nəticələrinə uyğun qərar qəbul edəcəyik. Lazım gəlsə, reablitasiya keçəcək, yox, tam sağlamdırsa, onda təbiətə buraxılacaq”. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Qeyd edilib ki, qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq.

Belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur. Eyni zamanda iş adamı açıqlamasında iddia edir ki, keçmiş ekologiya naziri Hüseynqulu Bağırov A.Zeynalovun "Orman" adlı mövsümi istirahət mərkəzini sökdürüb.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bir sıra detalları aydınlaşdıra bildik.

Məlum oldu ki, A.Zeynalov Quba rayonunda Meşə İdarəsinin ərazisində “Orman” adlı istirahət mərkəzi qurub. Ancaq fəaliyyət göstərdiyi dövr ərzində heç bir vergi və icarə haqqı ödəməyib. Ekologiya Nazirliyinin əməkdaşları ondan qanuni müqavilə bağlamasını tələb etdikdə isə nazirin qohumu olduğunu, heç bir müqavilə bağlamayacağını bildirib. Belə halda, H,Bağırov müvafiq strukturlardan qanunun tələblərinə uyğun tədbir görülməsini istəyib. Nəticədə, A.Zeynalovun obyekti qanunsuz fəaliyyət göstərdiyi üçün sökülüb.



Bununla bağlı A.Zeynalovun müraciəti müvafiq qurumlar tərəfindən araşdırılıb və onun iddiaları əsassız hesab olunaraq təmin olunmayıb. Maraqlıdır ki, iş adamı nadir heyvanı heyvanların Reablitasiya Mərkəzinə təhvil verməli olduğu halda, restoranında saxlamaq qərarına gəlib və indi öz hərəkətinə haqq qazandırır. Görünür, müştəri cəlb etmək üçün atdığı addımın qanunsuz olduğu müzakirəyə çıxarılınca A.Zeynalov “heyvan sevgisi” barədə danışmağın daha təsirli olacağını, qəhrəmanlıq kimi görünəcəyini düşünüb. Ancaq qəfəsdə heyvan saxlamaq, illah da ki, nadir heyvanı təbiətə qaytarmaq əvəzinə biznes üçün istifadə etmək heç bir halda qəhrəmanlıq filan deyil... Lazım gəlsə, buna başqa adlar tapmaq olar, amma qəhrəman yox... təbiətə bu münasibət insanın sosial mahiyyətinə, təbiət qarşısındakı məsuliyyətinə ziddir.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət
10:0513 fevral

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ? - Münasibət

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir
18:1428 yanvar

İlham Əliyev: Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ
11:2209 yanvar

Dəniz Agentliyindən təhlükəli hava ilə bağlı - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyindən bildirilib.