İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın 70 illiyinə həsr olunmuş kross üzrə şəhər birinciliyinə yekun vuruldu

Sumqayıtın 70 illiyinə həsr olunmuş kross üzrə şəhər birinciliyinə yekun vuruldu


SUMQAYIT ŞƏHƏRİNİN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ  KROSS ÜZRƏ SUMQAYIT MƏKTƏBLİLƏRİ ARASINDA ŞƏHƏR BİRİNCİLİYİNƏ YEKUN VURULDU.


24 may 2019-cu il tarixində “Sumqayıt Bulvarı”nda şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında kross üzrə şəhər birinciliyi keçirilmişdir. Müəyyən olunmuş marşurut üzrə 3000 metr məsafəyə kross yarışında 48  ümumtəhsil məktəbinin 150-yə yaxın şagirdi iştirak etmişdir.

Tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və Təhsil şöbəsinin metodisti İlham Mirzəliyev Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda isə prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində bütün sahələrə olduğu kimi idmana da xüsusi diqqət və qayğı göstərildiyi, gənc nəslin fiziki və mənəvi inkişafına həmişə prioritet məsələ kimi yanaşıldığı qeyd olundu. Daha sonra ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Bayraq Muzeyi son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermiş, birinciliyi açıq elan etmişlər.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Qurban Allahverdiyev (39 nömrəli məktəb), Elnur Qasımov (22 nömrəli məktəb), Eldar Babayev (34 nömrəli məktəb), Səid Axundzadə (43 nömrəli məktəb), Emil İlyasov (31 nömrəli məktəb), Nihad Ağayev (22 nömrəli məktəb), Həsən Həsənzadə (Texniki və Təbiət Elmləri Liseyi), Fuad Qədirov (9 nömrəli məktəb), Elnur Nəsirov (26 nömrəli məktəb) və Fəqan Həsənzadə   (31 nömrəli məktəb) müvafiq olaraq 1-10 cu yerləri tutmuşdur.

Yarışda I-X yerləri tutan idmançılar Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılmışdır.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Velosiped üzrə Sumqayıt birinciliyində 200-ə yaxın məktəbli mübarizəyə qoşulub
13:1008 may

Velosiped üzrə Sumqayıt birinciliyində 200-ə yaxın məktəbli mübarizəyə qoşulub

Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinə həsr olunan velosiped üzrə şəhər birinciliyinə yekun vurulub. Yarış Sumqayıt şəhər gənclər və idman baş idarəsinin, şəhər təhsil şöbəsinin və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür