İSTİ XƏBƏRLƏR
» » Sumqayıtın alternativ dördüncü çıxış yolu təmir edilib

Sumqayıtın alternativ dördüncü çıxış yolu təmir edilib



Ötən 3 ildə Sumqayıtda 40 küçədə 75 kilometr yola yeni asfalt örtüyü döşənib. Hazırlanmış xüsusi proqram çərçivəsində şəhərin prospekt və küçələri, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb.

Şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin rəis müavini Səməd Əhmədov AZƏRTAC–a bildirib ki, Sumqayıtın alternativ yolu və sənaye girişi kimi tanınan keçmiş Metallurq, indiki Yəhya Məmmədov küçəsi tam yenidən qurulub. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.

S.Əhmədov onu da qeyd edib ki, Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomaqistralına çıxır. Bununla da, şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Sumqayıtda harda piyada keçidinə ehtiyac var?
13:0923 aprel

Sumqayıtda harda piyada keçidinə ehtiyac var?

Sumqayıt böyüdükcə şəhərin bütün infrastrukturunun da bu böyüməyə uyğunlaşdırılması tələb olunur. Əhalinin çoxalması, şəhər iqtisadiyyatının şaxələnməsi, şəhərə gələn qonaqların sayının artması şəhərin bütün sosial infrastrukturunun da təkmilləşdirilməsi zərurət kimi görünür.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi