İSTİ XƏBƏRLƏR
» » Sumqayıt gəncləri Respublika Gününü qeyd ediblər

Sumqayıt gəncləri Respublika Gününü qeyd ediblər

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, fəal gənclər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Baş İdarənin rəisi Elgün Hümbətov, Regional Mədəniyyət İdarəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməd Rəcəbli, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Respublika Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay çətin ictimai-siyasi şəraitdə mövcudluğundan danışıblar. Həmçinin qeyd olunub ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa edib, onun qorunub saxlanmasında və möhkəmləndirilməsində ulu Öndər Heydər Əliyev müstəsna xidmətlər göstərib. Hazırda Ümummilli Liderin əsasını qoyduğu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Natiqlər diqqətə çatdırıblar ki, qısa müddət ərzində respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa nail olunub.

Bayram tədbiri konsert proqramı ilə davam edib.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür