İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda yeni massiv qazlaşdırılır

Sumqayıtda yeni massiv qazlaşdırılır



Sumqayıtda yeni massivin qazlaşdırılması işləri icra edilir.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən ölkənin yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, təbii qazın bərpası, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir. Dövlət başçısının göstərişinə uyğun olaraq, respublika üzrə qazlaşdırma səviyyəsi bu il yanvarın 1-nə 95,7 faizə çatdırılıb. Bu isə əhalinin böyük hissəsinin təbii qaza olan tələbatının ödənilməsi deməkdir.

Ötən illərdə olduğu kimi, bu ildə qazlaşma işləri rayonlarla yanaşı, Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində də davam etdirilir. Hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xətləri yeniləri ilə əvəz edilir. Eyni zamanda, şəhərin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır. Ümumilikdə 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6000 metrədək müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki, artıq işlərin 85 faizi yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin də cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.

Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq. Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi