İSTİ XƏBƏRLƏR
» » “myGov" portalı nə vaxt fəaliyyətə başlayacaq?

“myGov" portalı nə vaxt fəaliyyətə başlayacaq?



"myGov" portalı EHİM tərəfindən yaradılıb. Portal vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. 
Vətəndaşlar "myGov" portalında  (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.
Portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir. Portalın əsas funksiyası şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunmasından ibarətdir. "myGov" şəxsi kabineti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. "myGov" şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.
Vətəndaşlara məlumatlandırma və xatırlatma xarakterli bildirişlər təqdim olunacaq. Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib
15:0814 may

Sumqayıtda narkotik tərkibli bitkilər becərən şəxs tutularaq istintaqa təhvil verilib

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə Sumqayıtçay ərazisində çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Sumqayıtda iş yerində qətl hadisəsi
14:4608 may

Sumqayıtda iş yerində qətl hadisəsi

Sumqayıtda 35 yaşlı şəxs iş yerində qətlə yetirilib.

Oxumasanız da olar
17:3216 aprel

Oxumasanız da olar

Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi: Bizdə, Rusiyada özünüz bilirsiniz də, necə demokratiya var. İnsanlar, özünüz bilirsiniz, hansı şəxs haqqında, özünüz bilirsiniz, hansı sözləri söyləməkdən əsla qorxmurlar.