İSTİ XƏBƏRLƏR
» » Kolumbiya Universiteti, biz və ağaclar

Kolumbiya Universiteti, biz və ağaclar

Bəzi xəbər saytlarında ölkədə son 15-20 ildə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı yazılara rast gəlirik. Yazılanlardan belə başa düşülür ki, köhnə ekologiya və təbii sərvətlər naziri yaşıllıqlara qulluq etməyib, onları kəsib satıb. Kəsib satan adama oxşamasa da, bəzi rəylər bu ruhdadır. Belə şərhlərə həm bəzi saytlarda, həm də sosial şəbələrdə rast gəlmək mümkündür. Ancaq hər bir rəy ciddi arqumentasiyaya söykənəndə daha ciddi görünür. Bəli, sosial şəbəkə istifadəçisinin, ola bilsin ki, informasiya ilə işləməkdə səriştəsi və məsuliyyəti yoxdur, amma bəzi saytlar əvvəlcədən saxta olduğu bilinən, əsaslandırılmamış, dəqiqləşdirilməmiş məlumatların öz resurslarında yerləşdirilməsinə necə razılıq verirlər, bu, bir qədər anlaşılmazdır. Bəlkə də yaxşı düşünəndə anlaşılmaz deyil… Sifariş gəldikdən sonra, nə ciddi fakt, nə ciddi arqument?! Baltalanmalıdır, vəssalam! Baltalanmaq demişkən, xarici müşahidəçilər deyir ki, biz son 10-15 ildə təbiəti dünyada ən az baltalayan ölkələrdənik.

2000-2017-ci illərdə Azərbaycan yaşıllıqların qorunması üzrə ikinci yerdədir. Və bunu ABŞ-ın Yel və Kolumbiya Universitetlərinin tədqiqatçıları deyir. Beynəlxalq səviyyədə qəbul olunan elm mərkəzləri də təsdiq edirlər ki, Azərbaycan yaşıllıqlar sahəsinin ildən-ilə genişləndirildiyi az sayda ölkələrdən biridir. Həmin nəticələrə görə, Azərbaycan son on ildə meşə sahəsinin mühafizəsi və genişləndirilməsində irəliləyiş əldə edən ölkələr arasında beşinci yeri tutur. Bundan əlavə, ölkəmiz atmosferi çirkləndirən tullantıların azaldılması üzrə tədbirlərin keçirilməsinin səmərəliliyinə görə dünyada ikinci yerdədir.

Qiymətləndirmə nəticələrinə əsasən tədqiqatçılar son 15-20 ildə ekoloji vəziyyətin yaxşılaşdırılması tempinə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerə qoyub. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. 

(Söhbət, görülən tədbirlərin tempindən gedir. Adıçəkilən inkişaf etmiş ölkələrdə bu tədbirlər daha əvvəl həyata keçirildiyinə görə inkişaf tempi onlarda daha aşağıdır) Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə 111-ci yerdə olan qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.

Gəlin, razılaşaq ki, pis nəticələr deyil. 

Ancaq bəzi saytlar, görünür, məqsədli, kimisə qaralamaq, nəsə əldə etmək naminə ölkənin uğurlarına da kölgə salır.

Sosial şəbəkədə bir az gəzişdikdə, qəribə bir ruh hiss olunur: uğurlara, müsbət adddımlara neqativ reaksiya. Bir çox məsələlərə kəlləmayallaq yanaşma. Meşədən qonur ayı balasını götürüb, restoranında öz biznesini çiçəkləndirmək üçün istifadə edən iş adamından qəhrəman düzəldir, qanunun tələblərinə tabe olmağı tələb edən məmurdan isə xortdan obrazı! Və ya ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün var gücü ilə mübarizə aparan, təbiətə zərər vuranları, yaşıllıqları məhv edənlərə qarşı yüzlərlə dəfə məhkəməyə üz tutan və nəticədə Azərbaycanı dünya reytinqində ikinci yerə çıxaran nazirlik və nazirə indi “alma satanlar üçün yeşik düzəldib satırdılar” demək, uzun illər təmiz adam kimi tanıdığımız adamı 1-2 yazı ilə çirkaba bulaşdırmaq və üstəgəl, belə çirkli kampaniyaya qarşı susmaq cəmiyyətin ədalət mizanının pozulması, deqradasiyanın təzahürü kimi görünür. Ayrı-ayrı fərdlərin boşbağazlığı, həyasızlığı toplum üçün təhlükəli deyil, təhlükəli olan ədalətsizlik görəndə susan cəmiyyətin formalaşmasıdır. Bax, onda geri dönüş çətin olur...

İçdiyi suyun butulkasını zibil qutusuna qədər daşımağa ərinən biri facebookda klavyatura qəhrəmanına çevrilərək, “təbiəti sökənləri” axtarır, hər kəsi onlarla haqq-hesaba çağırır... Təhqir edir, söyür... bir əli ilə də pəncərədən zibili küçəyə atır... 

Və təəssüf ki, bu ruhda olanların arasında əslində, cəmiyyətə düz yol göstərməli olan, haqqı-nahaqdan, ağı-qaradan seçməkdə kömək etməli olan, lakin bunu etməyən jurnalistlər də az deyil...

Hamıya çirkab atmayın...! Bir neçə salamat adamı da qaralayıb, hansısa xislətimizə qurban verməyək. Qoyun, 50-100 il sonra tariximizə baxanlar dövrümüzü ikrah hissi ilə yad etməsin.
Səxavət Əli
Rəy bildir +
Oxşar xəbərlər
İş adamının ayı balası “qəhrəmanlığı”...
10:4728 fevral

İş adamının ayı balası “qəhrəmanlığı”...

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı
11:2009 yanvar

Dövlət Gömrük Komitəsinin dörd əməkdaşı saxlanıldı

Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.