İSTİ XƏBƏRLƏR
» » "Intermountain Jewish News" Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır

"Intermountain Jewish News" Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır


Amerikada çıxan "Intermountain Jewish News" qəzetində bu nəşrin redaktoru Şana Qoldberqin Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən məqaləsi dərc olunub.
Müəllif yazır ki, bir-biri ilə rəqabət aparan regional dövlətlər arasında yerləşən, öz müstəqilliyini və zəngin neft ehtiyatları üzərində nəzarəti qoruyub saxlaya bilmiş, çoxetnoslu cəmiyyəti dəstəkləyən Azərbaycan İsrail ilə yaxşı münasibətlər qurub.
2018-ci ildən keçirilən Bakı forumu Azərbaycanda multikulturalizm siyasəti haqqında informasiyanı yaymaq üçün əsas vasitədir. 
Qoldberq yazır: "Prezident İlham Əliyevin çox dəqiq ifadə etdiyi kimi, özünü multikulturalizmin elçisi hesab edən Azərbaycan müxtəlif etnosların və konfessiyaların eyni bir dövlətdə dinc yanaşı mövcud ola bilməsinə əyani sübutdur".
Müəllif daha sonra Azərbaycan əhalisinin çoxkonfessiyalı tərkibi barədə yazır. Qoldberq qeyd edir ki, 27 il bundan əvvəl Azərbaycan Sovet İttifaqının tərkibindən çıxanda respublikada vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Qonşu Ermənistanla sərt münaqişəyə cəlb edilmiş ölkə parçalanmaq həddində idi. Müəllif vurğulayır: "Bu gün Azərbaycan Qafqazda ən varlı ölkədir".
Qoldberq qeyd edir ki, o vaxt Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. 1993-cü ildə Heydər Əliyev Prezident seçiləndən sonra ölkədə sabitlik yarandı, genişmiqyaslı sosial və iqtisadi islahatlar həyata keçirildi.
Məqalə müəllifi Azərbaycan əhalisinin etnik tərkibindən söhbət açaraq yazır ki, Avropa ilə Asiyanın qovuşuğunda, İpək Yolu üzərində yerləşən Azərbaycan həmişə etnik qrupların qaynayıb-qarışdığı məkan olub. Məsələn, İran mənşəli yəhudilər əsrlərboyu burada yaşayır.
Azərbaycan uğursuz bir postsovet dövlətinə çevrilə bilərdi. Lakin bu gün ölkənin paytaxtı Bakı regionda iqtisadi tərəqqi nümunəsidir. Müəllif hazırda dünyada məşhur olan Alov qüllələrini, habelə forumun açılış mərasiminin keçirildiyi Heydər Əliyev Mərkəzini təsvir edir. O vurğulayır ki, Bakı Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşsə də, burada Avropa ab-havası üstünlük təşkil edir. Şəhərin möhtəşəm memarlıq nümunələrinin çoxu XIX əsrin axırlarında, Bakıda ilk neft bumu dövründə tikilib.
Müəllif bu məqalədə Dağlıq Qarabağ münaqişəsi probleminə də toxunaraq yazır ki, həmin münaqişə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsdiq edilib.
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO