İSTİ XƏBƏRLƏR
» » Şərqin ilk demokratik respublikasının 101 yaşı tamam olur

Şərqin ilk demokratik respublikasının 101 yaşı tamam olur

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

101 il bundan əvvəl may ayında Türk dünyasında və Müsəlman Şərqində bir günəş doğdu. 1918-ci il mayın 28-də Tiflisdə axşam saat 19:00-da "Oriant" mehmanxanasında "Zaqafqaziya Seymi"nin 28 nəfərdən ibarət azərbaycanlı nümayəndəsinin iclasında  sədr doktor Həsən bəy Ağayev səsi titrəyə-titrəyə  həyəcanla Azərbaycanın müstəqilliyini elan edərək deyir: "...Biz bu gün Qafqazın qiymətli bir diyarının-Azərbaycanın müstəqilliyini və istiqlalını elan edəcəyik.   Hər kəs bunun əleyhinədirsə, rica edirəm, zalı tərk etsin!".  İclasın katibi  adbaad iclasda iştirak edənlərin ad və soyadlarını oxuyur. 26 nəfər Azərbaycanın “İstiqlal aktı"-nın  elan edilməsinin lehinə səs verir.
Tarix İnstitutunun şöbə müdiri  Natiq Məmmədzadə  deyir ki iclasda iştirak edənlər Məmməd Əmin Rəsulzadəni  sədr seçsələr də, özü bu  fövqəladə iclasda iştirak etmirdi.  İclas keçirilən vaxt Məmməd Əmin Rəsulzadə Osmanlı İmperiyası ilə diplomatik danışıqlar aparırdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt Bakıda deyil, Tiflisdə elan olunmasının səbəbi isə  Bakıda Sovet Qoşunlarının lövbər salması və ermənilərlə birlikdə soyqırımlar törətməsi idi. Azərbaycan Xalq Cümhuriyyəti elan olunan kimi, ilk növbədə Bakını işğalçılardan azad etmək barədə plan hazırladı. Bu planın tərkib hissəsi isə Osmanlı Türkiyəsindən hərbi yardım istəmək idi. 
Osmanlı Türükiyəsi ilə danışıqlar nəticəsində  Azərbaycanda    Qafqaz İslan Ordusu formalaşdı. Ordu Komandanı isə Nuru Paşa təyin edildi. Çünki  darda olan azərbaycanlılar,  Nuru Paşanı Gəncədə xalq böyük  sevgi ilə, xilaskar kimi qarşılamışdılar.  Nağı bəy Şeyxzamanlı öz xatirələrində bu haqda yazırdı: "... Gəncədə mənə xəbər verdilər ki, Nuru Paşa Qarabağa çatmış, bir gün sonra da Gəncədə olacaq. Mən dərhal ertəsi gün Yevlax stansiyasına hərəkət etdim.  İzdihamlı bir süvari dəstəsi arasında Nuru Paşa Yevlax stansiyasına gəlib çatdı...  Görüşməmiz zamanı Nuru Paşa "Görüşdüklərimdən hey səni sordum"- dedi. Xalqımız Nuru Paşanı təmtəraqla qarşıladı.".  Nuru Paşanın hərbi birləşməsində türk əsgərləri ilə yanaşı azərbaycanlı  hərbi mütəxəssislər və əsgərlər də döyüşürdülər. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdı.  1918-ci il sentyabrın 15-də Bakı ermənilərdən azad edildi. Bununla da ermənilərin soyqırımlarının da qarşısı alınmış oldu.
Lakin 1918-ci il oktyabrın 30-da Osmanlı İmperiyası öz məğlubiyyətini elan etdi. Bundan sonra  Azərbaycandan öz qoşunlarını çıxardı. İngilis  hərbi qoşunları ilə təmsil olunan Antanta qoşunları Bakıya daxil oldu.   Vəziyyət artıq Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətindən çıxdığı üçün, Nuru Paşa da Türkiyəyə döndü. Azərbaycan Xalq Cümhuriyyətini quranlar artıq Bolşeviklər tərəfindən təqib olunurdular. Belə bir zamanda Nuru Paşa yenə azərbaycanlılara kömək etmək üçün Azərbaycana qayıtdı. Lakin ingilislə onu həbs edib, batum türməsinə göndərdilər. Burada isə  Azərbaycanın xüsusi xidmət orqanları və igid çekistləri Nuru Paşanı türmədən qaçıra bildilər. Bundan sonra NuruPaşa Türkiyəyə qayıdıb, türk xalqının Milli İstiqlal  hərərkatında vuruşmağa başladı. 
Çox qısa müddət ərzində, cəmi 23 ay ərzində fəaliyyət göstərən,  tam bir dövlətçilik institutu yaradan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət kimi maddi resursları çox deyildi.  Lakin Cümhuriyyətin hökümətində və parlamentində təmsil olunan  əməkdaşlar, ziyalılar, maarfpərvər  insanlarımız, özlərinin maddi rifahlarını düşünmədən xalq üçün, millət üçün hətta pulsuz, parasız   çalışırdılar.  Azərbaycanın yeni qurulmuş dövlətinə həm də bu vətəndə və vətəndən kənarda pul qazanan bəylər, bəyzadələr maddi yardımlar edirdilər.  Hökümət rəhbərlərinin qarşısında duran əsas məsələ  ordunu, müəllimlərin, həkimlərin aylıq əmək haqlarını artırmaqdan ibarət idi. General  Səməd  bəy  Mehmandarov   Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərkibində Hərbi Nazir vəzifəsini icra edərək, müstəqil Azərbaycanın 40 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu il fevral ayında  Cümhuriyyət Ordusunun  ağır durumu barədə çıxış edərkən deyir: "... Qızdırma, yatalaq və sairə kimi azar olan yerlərə, əsgərlərə su içməmək üçün 9 misqal qənd verilir. Libas məsələsi daha da fəna idi. Gürcüstan hərbiyyə nazirinə kağız yazdım ki, libas məsələsində mənə kömək etsin, müttəəsifanə bir şey çıxmadı. İndi Gürcüstan höküməti nəzdində   siyasi nümayəndəmiz Cəfərovun yanında pulumuz və adamlarımız var ki, parça alsınlar. Bundan əlavə Şuşadan fabrikada yaxşı əsgəri  libasa yarar parça toxunur. Əlbəttə, möcüzə göstərmək olmaz. Amma nə ki, mümkündür  edəcəyəm..."
Tarix İnstitutunun elmi işçisi Natiq Məmmədzadə cümhuriyyət fədailərinin ömür yolundan danışarkən onların  məramlarının ancaq xalqa xidmət olduğunu qeyd edir. Azərbaycan dövlətinin ən ali mərtəblərində oturan görkəmli şəxsiyyətlərimiz  heç bir mənafe, şəxsi məqsəd güdmədən, millətə qulluq edirdilər. Belə təmənnasız və işıqlı bir xidmət nəticəsində aparılan mübarizə Azərbaycan adlı bir dövlət yarandı. Azərbaycan adlı bir dövlət öz yerini dünyanın siyasi xəritəsində tapdı. 
Azərbaycan Xalq cümhuriyyətinin Maliyyə və Xalq Maarifi naziri Nəsib bəy Yusifbəylinin atası Yusif bəyin ona yazdığı bir   məktub, o dahi şəxsiyyətlərin ömür yolunun necə keşməkeşli olduğunu göstərir. Yusif bəy oğlu Nəsib bəyə yazır:
"Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsil alıb Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Amma sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedib Seymin maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin burada da maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə də məndən pul istədin. Həmişə də göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. Sənə o pullardan göndərdim. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni, ölkənin padişahı olmusunuz. Yenə də bağının qamışını mən alım?!"".

Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Cümhuriyyət parlamenti rəqəmlərdə
13:0630 may

Cümhuriyyət parlamenti rəqəmlərdə

Cümhuriyyət parlamenti özünün 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Yetər say olmadığı  üçün  bu   iclaslardan 15-i baş tutmayıb.  

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?
12:3914 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?

Qədim Azərbaycan tarixini vərəqləyəndə, daş kitabələrdə qarşımıza "Trukkular" adlı bir xalq çıxır. Kim idi trukkular? Eramızdan 23 min əvvəl mövcud olmuş Şamtamhari mətnlərində trukkular barədə məlumat verilir. Şamtamhari mətnlərində türklərdən danışılarkən, onlardan şəhəri və hökmdarı olan etnos

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Sənəti ilə Sumqayıtda ucalan həkim
11:0119 mart

Sənəti ilə Sumqayıtda ucalan həkim