İSTİ XƏBƏRLƏR
» » Cümhuriyyət parlamenti rəqəmlərdə

Cümhuriyyət parlamenti rəqəmlərdə



Cümhuriyyət parlamenti özünün 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Yetər say olmadığı  üçün  bu   iclaslardan 15-i baş tutmayıb.  
Qalan 130 iclasdan ikisi tarixi - 28 may və 15 sentyabr 1919-cu il - Azərbaycanın  İstiqlalının   və  Bakının  azad edilməsinin  birinci   ildönümləri münasibətilə; dördü təntənəli 12 mart 1919 və 12 mart 1920-ci illər - Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri; 27 iyun 1919-cu il - Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris sülh konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilib. İkisi isə fövqəladə - 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardır. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunub. Parlamentdə müzakirə olunan qanunlar bir qayda olaraq yalnız üçüncü oxunuşdan sonra qəbul olunub. Öz fəaliyyəti dövründə Azərbaycan Cumhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxına təsdiq edilib. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi.  Parlamentdə bir çox ştatlarda işçilər çalışırdı. 
(Sitatlar  Elmin Nurinin ""Cümhuriyyət: anılar və anlar" kitabından götürülüb.)
Rəy bildir +
Oxşar xəbərlər
Şərqin ilk demokratik  respublikasının 101 yaşı tamam olur
13:0430 may

Şərqin ilk demokratik respublikasının 101 yaşı tamam olur

101 il bundan əvvəl may ayında Türk dünyasında və Müsəlman Şərqində bir günəş doğdu. 1918-ci il mayın 28-də Tiflisdə axşam saat 19:00-da "Oriant" mehmanxanasında "Zaqafqaziya Seymi"nin 28 nəfərdən ibarət azərbaycanlı nümayəndəsinin iclasında  sədr doktor Həsən bəy Ağayev səsi

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür