İSTİ XƏBƏRLƏR
» » Bakı Avroliqanın finalı üçün niyə düzgün seçimdir?

Bakı Avroliqanın finalı üçün niyə düzgün seçimdir?



Sabah Avropa Liqasının final matçı keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq və İngiltərə derbisinə səhnə olacaq qarşılaşmada "Çelsi" ilə "Arsenal" qarşılaşacaq.  Amma final görüşü ərəfəsində ölkəmizin adı ətrafında yaşananlar həlledici qarşılaşmadan daha çox əks-səda doğurdu. Məhz bu səbəbdən   Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, ölkəmizə təzyiq göstərməyə hesablanan iddiaların üzərində dayanmağa qərar verdik. 
İlk öncə son günlər ikinci dərəcəli klub turnirinin paytaxtımızda keçirilməsi ilə əlaqədar xarici mediadakı siyasi müzakirələrdə qabardılan təhlükəsizlik məsələsi haqqında düzgün olmayan məlumatlara toxunaq. 
UEFA-nın keçirdiyi bütün yarışlarda komandaların, azarkeşlərin təhlükəsizliyi bir nömrəli tələb kimi qoyulması bu mənada önə çəkilə biləcək məqamdır. Əgər təhlükəsizlik baxımından problem olarsa, nəinki final, pley-off, qrup, hətta təsnifat mərhələsinin oyunlarının belə hər hansı ölkədə keçirilməsinə icazə verilmir, verilə bilməz. Başqa sözlə, hələ iki il öncə Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə bağlı qərar ən əsas paytaxtımızın təhlükəsiz şəhər olmasından dolayı verilmişdi. Dünyanın aparıcı maliyyə və analitik jurnallarından biri olan "Global Finance" "2019-cu il dünyanın ən təhlükəsiz ölkələrinin" reytinqi də Azərbaycanın regionda ən təhlükəsiz ölkə olduğunu təsdiqləyir. İndiyə qədər dünyanın ən mötəbər idman turnirlərinə ev sahibliyi etməyimizin başlıca səbəbi də məhz təhlükəsizlikdir. Sadalanan faktlar onu deməyə tam əsas verir ki, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Heç "Arsenal" rəsmilərinin erməni futbolçu Henrix Mixitaryanın həyatına dair əndişələrinin olmasını açıqlaması və futbolçunun sabahkı oyun üçün Bakıya gətirilməməsi də təhlükəsizlik problemi olduğunu düşünməyə əsas vermirdi. Ən azı ona görə ki, Azərbaycan tərəfi belə yarışlarda siyasi problemləri kənara qoyur. Bu məsələyə həssas yanaşmanın həmişə müşahidə olunduğunu demək belə artıqdır. Hər halda, 2015-ci ildə I Avropa Oyunları zamanı gümüş medal qazanan erməni əsilli boksçu Qevorq Manukyanın Prezident İlham Əliyev tərəfindən mehribanlıqla qarşılanması və mükafatlandırılması, yarışdan sonra Manukyanın "Kimsə mənə erməni olduğuma görə aqressiv yanaşma nümayiş etdirmədi. Bakını unutmayacağam" sözləri bunu təsdiq edir. İndiyə qədər onlarla erməni əsilli idmançını qonaq edən və digər idmançılarla eyni münasibəti göstərən Azərbaycan Mixitaryana niyə fərqli münasibət sərgiləməliydi ki?!  Bu məsələnin gündəmə gətirilməsi Azərbaycanın sülhsevər imicini zədələmək üçündür və təcrübə təsdiqləyir ki, Azərbaycana qarşı belə kampaniyaların arxasında adətən erməni lobbisi dayanır. Hansı ki, hər vəchlə bu məsələni gündəmdə saxlamağa, siyasi şou düzəltməyə çalışırdılar. Sonda isə buna qədər iki dəfə ölkəmizə gətirilməyən Mixitaryan bu dəfə də paytaxtımıza gələsi olmadı.
Beynəlxalq idman turnirlərinin keçirilməsi üçün mühüm faktorlardan biri də təcrübə məsələsidir ki, ölkəmizin belə tədbirləri keçirmək üçün təcrübəsiz olduğu iddiasının əsassız olduğunu deməyə ciddi əsaslar var. Hər halda, indiyə qədər Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, idmanın müxtəlif növləri üzrə - gimnastika, güləş, voleybol və s. - dünya çempionatları və digər beynəlxalq idman turnirlərinə ev sahibliyi etmişik və həmin beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunması bu dəfə də təşkilatçılıqla bağlı problemin olmayacağını düşünməyə əsas verir. Ölkəmizdə keçirilən hər yarış zamanı təcrübəsini artıran ölkəmizin adı ətrafında təcrübəsiz imicini formalaşdırmağa çalışanlar  Azərbaycanın idman ölkəsi kimi imicinin möhkəmlənməsinə mane olmaq istəyən qüvvələrdir ki, onların da nə qədər qərəzli olduğu gün kimi aydındır.
Azərbaycanda idmanın bütün növlərinin keçirilməsi üçün infrastruktur mövcuddur, hətta təkcə Bakıda yox, regionlarda da beynəlxalq idman yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb. Artıq beynəlxalq turnirlərin regionlarda keçirilməsi təcrübəsinə də sahibik. Dünyanın ən bahalı idman növü olan Formula 1 yarışlarının Bakı küçələrində marafona çıxması isə Azərbaycanın idman sahəsi üzrə dünyada seçmə ölkələr arasında olduğunu təsdiqləyir. O cümlədən, Avropa Liqasının final matçı olan "Arsenal"-"Çelsi" qarşılaşmasına ev sahibliyi edəcək dünya standartlarına uyğun inşa edilmiş Bakı Olimpiya Stadionunda indiyə qədər müxtəlif   xarici klublar qonaq olub və oyunlar ən yüksək səviyyədə baş tutub. Ümumiyyətlə, Ali futbol təşkilatı bu tip matçlar üçün qərar verilərkən digər məqamlar da nəzərə alınır ki, bunlardan biri olmasa, belə oyun qətiyyən bir şəhərə həvalə edilməz. Bunlar stadionun nəzəərdə tutulan tamaşaçı tutumuna malik olması, bütün beynəlxalq tələblərə cavab verməsi və sairdir ki, ölkəmizdə də bütün bunlar qaydasındadır. Məsələn, Avropa Liqasının final matçının Bakıda keçirilməsindən narahat olanların önə çəkdiyi məsələlərdən biri də paytaxtımızdakı otellərdə qonaqları qəbul etmək üçün tələb olunan sayda yerin olmaması məsələsidir. Amma reallıq budur ki, paytaxt şəhərimizdə 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər on minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır.   Ümumiyyətlə, bu tip beynəlxalq tədbirlərin keçirildiyi şəhərlərin otellərində qonaqları qəbul etmək üçün tələb olunan sayda yerin olması UEFA-nın ən həssaslıqla yanaşdığı məsələlər sırasındadır.
Bundan başqa, anti-Azərbaycan qüvvələr uçuş biletlərinin qiymətinin baha olmasını da növbəti "fakt" kimi gündəmə gətirir, ictimailəşdirirlər. Bu zaman da onlar yanılırlar. Çünki AZAL hazırda Böyük Britaniyaya və geri olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayan qiymətlər tətbiq edir. Digər bir düzgün olmayan məlumat isə guya Azərbaycana viza almağın problemli məsələ olmasındadır. Halbuki, Azərbaycan hazırda ən liberal viza rejimi tətbiq edən ölkələrdən biridir. Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycan neçə ildir sadələşdirilmiş viza rejimi tətbiq edir, üstəlik xarici vətəndaşları vizanı elektron yolla, o cümlədən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında bir neçə dəqiqəyə əldə edib ölkəyə daxil ola bilərlər.
Daha bir maraqlı məqam isə həlledici oyunun iştirakçılarından olan "Arsenal"ın  UEFA-nı final oyunu üçün Bakını seçməkdə günahlandırması, azarkeşlər üçün az bilet ayrılmasından narazılığını ifadə etməsi idi ki, bu məsələyə də UEFA rəsmi cavab verməklə iddialara nöqtə qoymuşdu. Qeyd edək ki, qitə futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanmışdı: " "UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, qurum klub yarışlarının final oyunlarına ev sahibliyi etmək üçün sifarişlərin qəbulu prosesinə bir neçə il öncə başlayır. Bu isə o deməkdir ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz azarkeş sayının komandalara görə dəyişə biləcəyindən xəbər verir. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildir. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı çox da təxmin edilə bilməzdi. UEFA üçün fanatlar prioritet məsələdir: Futbol azarkeşlər üçündür və bütün Avropa futbolun ali imkanlarından zövq almalıdır. Belə matçlar adətən klubları rəqabətədavamlı olan məhdud sayda ölkələr üçündür. Amma müvafiq infrastruktur mövcuddursa və bu istiqamətdə işlər görülürsə, digər azarkeşlərə də unikal canlı izləmə təcrübəsi ilə yanaşı, bütün regionlarda futbolun inkişafına əhəmiyyətli dərəcədə dəstək olan tədbirlər keçirmək imkanı vermək ədalətli olardı. Buna görə də UEFA-nın müəyyən stadionları yalnız mərkəzdən kənardakı coğrafi vəziyyətinə görə istisna etməsi tam haqsızlıq sayılardı".

Tural Məmmədov
Rəy bildir +
Oxşar xəbərlər
ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?
13:0130 may

ABŞ-Aİ-Rusiya "üçbucağı"nda İran necə görünür?

Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni

“Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub
09:3030 may

“Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

Anti-Azərbaycan qüvvələrin siyasi uğursuzluğu
10:3222 may

Anti-Azərbaycan qüvvələrin siyasi uğursuzluğu

Bakı növbəti mühüm beynəlxalq idman yarışına evsahibliyi etməyə hazırlaşır.   Belə ki, mayın 29-da ölkəmizin paytaxtında UEFA Avropa Liqasının final qarşılaşması baş tutacaq. Qarşılaşmanın ən yüksək səviyyədə təşkil olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bununla belə, bu ərəfədə bir

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionlar Liqası  adlı gözəlin 4 "adaxlısı"
18:2930 aprel

Çempionlar Liqası adlı gözəlin 4 "adaxlısı"

Məlum olduğu kimi, bu gün və sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyun günündə "Tottenhem" - "Ayaks" görüşü baş tutacaq. Ertəsi gün isə "Barselona" "Liverpul"u qəbul edəcək. Oyunlar ərəfəsində komandaların düşərgəsinə boylanmaqla son vəziyyətin necə