İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR


Lətifələrin reytinqi

5-ci yer
Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir. Başlayırlar uşağın atası üçün tədarük görməyə. Lakin növbəti gün kişiyə heç bir şey olmur. Hamı oturub hadisələrin gedişini həyacanla gözlədiyi halda birdən qonşuda vay-şivən  qopur. Xəbər çıxır ki, qonşu Mamed rəhmətə gedib.

4-cü yer
Bir kişi satıcı xanımdan soruşur:
- Deyin görüm, sizdə boks əlcəyi var?
Satıcı xanım üz-gözünü turşudur:
- Xeyr, yoxdur.
Kişi davam edir:
- Bəs üzgüçü papağı?
- O da yoxdur.
- Bəs futbol topu necə?
Satıcı xanım hikkəylə deyir:
- Ay kişi, görmürsən bura spirtli içkilər dükanıdır?
Kişi içini çəkərək deyir:
- On da mənə bir araq ver. Allah şahiddir ki, mən yazıq idmanla məşğul olmaq istəyirdim.

3-cü yer
Rusiyanın Anekdotı.ru portalında həftənin lider lətifəsi.
Krokursda düzənlənən sərgidə kişi mini yubkalı, cəlbedici xanıma yaxınlaşıb deyir:
- Restoranda şam yeməyindən də başlaya bilərik, birbaşa otel nömrəsinə də gedə bilərik.
Xanım ədayla ağzını büzür:
- Bu, nə danışıqdı? Siz məni nə hesab edirsiniz?
- Ay xanım, gəlin həqiqətin gözünün içinə dik baxaq. 25-30 yaşlı qadının karbürator  sərgisində nə iti azıb?

2-ci yer
Köçəri eşşəyə minib meşənin dərinliklərinə gedir. Birdən qarşılarına iti dişli canavar çıxır. Canavar deyir:
- Ikinizidə yeyəcəm. Amma birinci eşşəyi yeyəcəm.
Canavar eşşəyi kənara çəkib parçalayır, ədəb-ərkanla dişinə çəkib yeyir. Yarım saatlıq prosesi bitirib Köçərinin yanına qayıdır və deyir ki, hazırlaş, indi də sənin növbən çatdı.
Köçəri deyir:
- Canavar qardaş, sən öz canın, bir sual verim, cavablandır,  sonra məni yeyərsən.
Canavar deyir:
- Yaxşı. De gəlsin.
Köçəri qəmgin halda soruşur:
- Canavar qardaş, sən niyə əvvəl eşşəyi,sonra məni yeyirsən?
Canavar dişlərini itiləyə-itiləyə cavab verir:
- Burda anlaşılmaz nəsə var ki? Birinci səni yesəydim eşşək həmin müddətdə qaçıb gedəcəkdi axı.

1-ci yer
Universitet.
Tarix fənnindən imtahandır.
3 dost tələbə imtahan verir. Onlardan birincisi imkanlı balasıdır. Müəllimi qabaqcadan görüb. Ikincisi nüfuzlu balasıdır. Tapşırılıb. Üçüncüsü isə yiyəsiz birisidir. Gecə-gündüz gözünün işığını tökərək oxuyub hazırlaşıb.
Imtahan başlayır.
Müəllim birinciyə sual verir:
- Ilk atom bombası hansı ölkəyə atılıb?
- Yaponiyaya.
- Otur, əla!
Müəllim ikinciyə sual verir:
- Bu hadisə necənci ildə baş verib?
- 1945-də.
- Otur, yaxşı.
Sonra müəllim üçüncüyə sual verir:
- De görüm, atom bombası atılanda neçə insan həyatını itirib?
- 249 000.
- Bir-bir adlarını, soyadlarını söylə.
- ?!

Çox acı bir əhvalat

Səhər saat 6.
Kişi durub geyinir, evdən çıxanda arvad soruşur:
- Hara gedirsən?
- Necə hara? Dünən demədim ki, səhər balığa gedəcəm? Amma yaman soyuqdur. Külək, qar.
- Ay kişi, heç balıq havasıdır? Bu soyuqda balıq olar?
- Yox e. Dostlara söz vermişəm.  Gözləyəcəklər məni. Getməsəm olmaz.
- Yaxşı. Ancaq özünü soyuğa vermə.
Kişi evdən çıxır, biraz gedir. Görür, yox e, həddən artıq soyuqdur. Çovğundur. Qayıdır evə. Soyunub sakitcə girir yatağına. Arvadı yuxulu halda soruşur:
- Hava çox soyuqdur?
- Hə. Çovğun başlayıb.
- Bizim külbaş da bu havada balığa gedib.

Şit dodaqqaçdı

Ər evə gəlir, görür arvadının 3 qardaşı da bunlardadır, yaltaqlanmaq üçün deyir:
- Ooo. Ailənin qaymaqları burdadır ki.
Qardaşlardan biri söyləyir: 
- Hə. Bircə qatıq çatmırdı, o da gəldi.

Etiraf  №1

Qaynanama "ləçər" dedim, arvadım bir həftə məni danışdırmadı. Sonra yenə "ləçər" dedim,  yenə bir həftə danışdırmadı.
Bax budur pultun sehirli söndürmək düyməsi!

Sitat

"Kişini ağ atdan endirib cin atına mindirən varlığa qadın deyilir". (Dərdayıl)

Etiraf № 2

Uşaq vaxtı əlimdən nəyi alırdılarsa, "pişik apardı" deyirdilər. Ona görə də pişik ən nifrət elədiyim heyvan idi.

Qara yumor

"Əgər Rusiya bir gün məhv olacaqsa, bunun günahı nə Amerikanın soyuq müharibəsində, nə yalançı vətənpərvərlərdə, nə liberallarda, nə skinhed hərəkatında, nə permanent nümunələrdə olacaq.  Bunun günahı effektiv menecerlərdə olacaq". ("Vokruq Smexa")

Sual-cavab.

- Böyüklər üçün də nağıllar olur?
- Əlbəttə, olur. Onlar "Statistika Komitəsinin məlumatları" adlanır.

Olmuş hadisə

Bir neçə avia mühəndisi elmi simpoziuma getməkçün təyyarəyə mindirirlər. Təyyarə tərpəndikdə pilot söyləyir:
- Nəzərinizə çatdıraq ki, bu təyyarəni sizin tələbələr hazırlayıblar.
Mühəndislər panika içində təyyarədən çölə atılırlar. Yalnız biri yerindən tərpənmir.
Ona sual edirlər ki, bəs siz niyə dışarı atılmadınız?
Mühəndis aramla söyləyir:
- Mən öz tələbələrimi yaxşı tanıyıram. Əminəm ki, bu zibil uçan deyil.

Lap qara yumor

Anekdotı.ru -nun siyasi lətifələr bölümündə 2018-ci ilin 1 №-li lətifəsi.
Elan.
Tikirik. Prokurorluq.
Hörürük. DİN
Xəbərçılık edin. MTN.
Hökümət. Xəyal qururuq.
Peşəkar nağıllar danışırıq. TV 1-ci kanal.
Biz sizə xəbərdarlıq etmişdik! Səhiyyə Nazirliyi.

Giley-güzar

Sən 3 saata əziyyətlə dolma bişir, ərin 3 dəqiqəyə əritsin. Eh! Ədalətsiz dünyadır.
Səhifəni təqdim etdi: Sərtyel

Rəy bildir +
Oxşar xəbərlər
Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri

OXUMASANIZ DA OLAR
12:2116 may

OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.