İSTİ XƏBƏRLƏR
» » Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın

Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın


Yəqin ki, bundan əvvəl də az və ya çox müxtəlif psixoloji testlərlə tanış olmusunuz. Ancaq aşağıda sizə təqdim etdiyimiz bu testin yeganə fərqi böyüklər üçün yox, uşaqlar üçün olmasıdır. Ancaq buna baxmayaraq, inanırıq ki, bu test həm sizin üçün, həm də uşaqlarınız üçün çox maraqlı olacaq.

1. Biri ilə danışanda sözünü kəsirsinizmi?
a) Heç vaxt.
b) Bəzən.
c) Bəli.

2. Biri ilə danışanda üzünə baxırsınızmı?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

8. Biri ilə danışanda təbəssüm edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Xeyr.

9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Xeyr.

10. "Sabahınız xeyir", "Axşamınız xeyir", "Salam", "Sağ ol" və s… kimi sözlərdən istifadə edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

Və nəticə…

"a" bəndi çoxluq təşkil edənlər:
Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də "keyfiyyətli" ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.

"b" bəndi çoxluq təşkil edənlər:
İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu "çətinliyi" aradan qaldıra bilərsiniz.

"c" bəndi çoxluq təşkil edənlər:
İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s. bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən "çətinliyə" düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO