İSTİ XƏBƏRLƏR
» » Sumqayıt kimyaçılarının uşaqlara bayram töhfəsi

Sumqayıt kimyaçılarının uşaqlara bayram töhfəsi



SOCAR “Azərikimya” İstehsalat Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində yerləşən 46 nömrəli uşaq bağçasında bayram tədbiri təşkil edib.

“Kimyaçı” Mədəniyyət Sarayının uşaq mahnı və rəqs ansamblı bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə balacaların sevincinə bayram ovqatı qatıb, şən klounların, sehrbazların, müxtəlif animasiya personajlarının çıxışı tədbiri daha da rövnəqləndirib.

Bağçada tərbiyə alan uşaqların ifa etdikləri mahnı və rəqslər maraqla qarşılanıb.

Sonda 46 nömrəli uşaq bağçasının rəhbəri uşaqlara bayram sevinci bəxş etdiklərinə görə “Azərikimya” İstehsalat Birliyinin kollektivinə minnətdarlığını bildirib.
Rəy bildir +
Oxşar xəbərlər
SOCAR-la “Tekfen” yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar
16:3031 may

SOCAR-la “Tekfen” yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Tekfen” şirkətlər qrupunun idarə heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür