İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı balacaların bayram tədbirindən

Sumqayıtlı balacaların bayram tədbirindən



Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Dövlət Dram Teatrın tamaşa zalında təşkil etdiyi bayramda şən ab-hava hökm sürürdü.

AZƏRTAC xəbər verir ki, tədbirə qatılanlar teatrın foyesində şəhərin istedadlı uşaqlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Bayram tədbiri uşaq bağçası–körpələr evlərinin fidanlarının ifasında bir–birindən maraqlı, rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam edib.

Tədbirdə çıxış edənlər Sumqayıtın balaca sakinlərini bayram münasibətilə təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, cansağlığı arzulayıblar.

Qeyd olunub ki, Sumqayıt şəhərində son illər uşaqların sağlam və xoşbəxt böyümələri üçün hər cür şərait yaradılıb. Uşaq bağçası–körpələr evlərinin bir çoxu təmir edilib, yeni avadanlıqla və mebellə təchiz olunub.

Sonda səmərəli və ictimai fəaliyyətinə görə fərqlənən müəllimlərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və uşaqlara hədiyyələr təqdim olunub.
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Ulu öndərin tanımadan  təşəkkür etdiyi sumqayıtlı
13:0323 aprel

Ulu öndərin tanımadan təşəkkür etdiyi sumqayıtlı

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Əli Kərim adına Poeziya Klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində istedadlı yazıçı-dramaturq, Azərbaycanın Əməkdar mühəndisi, Osman Mirzəyev adına Respublika mükafatı laureatı, Sumqayıta həsr edilmiş "Mənim ağ şəhərim" filminin ssenari

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür