İSTİ XƏBƏRLƏR
» » 9 zəruri qayda

9 zəruri qayda




1 iyunda uşaqları hədiyyələrlə sevindirdik. Bəs müdafiə harda qaldı?

Iyun ayının 1-i növbəti dəfə bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olundu. Təbii ki, bizim ölkəmizdə də Uşaq günü kimi tanınan həmin bu gün geniş bayram edildi. Küçələrə, parklara al-əlvan geyinmiş, əlləri şarlı, oyuncaqlı uşaqlar gözəllik qatdılar.
Mental olaraq biz bu günü uşaqları xoşbəxt etmək üçün onları gəzdirməyə, əylənməyə, bahalı oyuncaq və hədiyyələrlə sevindirməyə həsr edirik. Amma heç vaxt mahiyyətə varmırıq - bu gün axı adi uşaq günü deyil, Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
Uşaqların tək əylənməyə, sevinməyə yox, həm də müdafiə ehtiyacları var, özü də necə. Qəfil bədbəxt hadisədən, cinayətkar basqınından, gözlənilməz situasiyaya, çətinliyə düşməkdən və s. və i. uşaqları sığortalamaq böyüklərin borcudur.

Dünyada maraqlı fəaliyyət sahəsi ilə seçilən bir qurum var: "Liza Alert" adlanan uşaq axtarış-xilas dəstəsi. Bu dəstənin nizamnəməsində uşaqlara lap kiçik yaşlarından öyrədilməsi vacib olan qaydalar vardır.
Qərara gəldik ki, əziz oxucularımız, sizləri məlumatlandırmaq üçün və bu qaydalara riayət edəcəyiniz düşüncəsi ilə onları qəzetimizdə dərc edək.

Qayda 1
Evdə tək olan azyaşlı uşaq təkbaşına məktəbə yaxud mağazaya - harasa gedirsə, ümumiyyətlə hansısa məqsədçün evdən çıxırsa, mütləq hansı dəqiqə evdən çıxanda və hansı dəqiqə evə qayıdanda zəng edib valideynini məlumatlandırmalıdır.

Qayda 2
Uşaqlara qışqırmağı öyrətmək lazımdı
r. Biz həmişə uşaqlara sakit durmağı, özünü nümunəvi aparmağı, səsini qaldırmamağı öyrədirik. Ona görə də, hətta təhlükəli şəraitdə belə onlar qışqıra  bilmirlər. Təbiətdə uşaqlarla məşq edin ki, onlar qışqırmağı öyrənsinlər ki, sonradan, iraq olsun, lazım gəldikdə istənilən yerdə bunu tətbiq edə bilsinlər.

Qayda 3
Uşaqlarda özlərinə və öz hisslərinə güvənmək hissləri aşılayın. Uşaq tanımadığı bir şəxsin davranışından şübhələnərsə, o, bunu boş verməsin, dərhal özünü müdafiə etsin: həmin o insandan kənarlaşsın, qaçsın, kömək istəsin.

Qayda 4
Valideynlərinin telefon nömrələrini və ev ünvanlarını uşaqlar əzbər bilməlidirlər.

Qayda 5
Uşaqlara öyrədin, əgər itsələr, yerlərində qalsınlar. Yəni, başlarını götürüb hara gəldi getməsinlər. Ardınca "yaxşı insanlardan" kömək istəsinlər. "Liza Alert" ekspertlərinin təbirincə, bu halda "yaxşı insanlar" kateqoriyasına polis işçiləri, uşaqlar itən obyektin (adətən böyük əyləncə, ticarət mərkəzlərində uşaqlar tez-tez  itirlər) mühafizə əməkdaşı, heç bir şübhəyə əsas verməyən yanında uşaq olan hər hansı şəxs.
Uşaqlar qəti şəkildə hansısa tanımadıqları şəxsə qoşulub getməməlidirlər bu halda.

Qayda 6.
Əgər uşağı məktəbdən həmişə götürdüyü şəxs götürmürsə və siz onu bu gün başqa şəxsin götürəcəyi barədə məlumatlandırmamısınızsa,onda hətta hər hansı qohum, qonşu,  tanış ardınca gəlsə belə uşaq zəng edib sizə məlumat verməlidir.  Iş ondadır ki, bəzən uşaq oğurluğunda cinayətkarlar ailənin ən yaxın ətrafından istifadə edirlər.

Qayda 7
Tanımadıqları adamların istənilən təkliflərinə uşaqlar "yox" deməlidirlər, naməlum şəxslərlə heç yerə getməməlidirlər.

Qayda 8
Əgər nisbətən böyük uşaqlardan yaşlı babalar və nənələr kömək istəyirlərsə onlara avtobusa qalxmaqda, zənbillərini götürməkdə, yolu keşməkdə köməklik göstərmək lazımdır. Ancaq heç bir halda onlarla birgə yad bloka girmək olmaz.

Qayda 9
Hər kəs zahirən "yaxşı" və "pis" adamı seçə bilməz. Buna görə də, balaca uşaq üçün "yaxşı" və "pis" yox, "tanış" və "naməlum" insanlar kateqoriyası mövcud olmalıdır. Onlar etibar etdikləri tanışlarla ünsiyyət qurmalı, naməlumlarla hər hansı kontakdan isə mütləq qaçmalıdırlar.
Bax belə, əziz oxucular. Biz sizə "Liza Alert" ekspertlərinin uşaqların müdafiəsi naminə tövsiyə etdikləri 9 qayda barədə danışdıq. Uşaq küçədə, yaxud nəqliyyatda itərkən neynəsin? O, evdə təkdirsə qapını nəməlum adam döyərsə nə etsin? Onu məktəb yolunda tanımadığı biri qarşılayarkən buna necə reaksiya versin? Bütün bunlarla geniş tanış olmaq üçün internetdən Demu Mailru-"Liza Alert" layihəsini tapıb tam oxuyun.
Tanrı uşaqları qorusun!

"168 saat"ın
Sosial mövzular şöbəsi
Rəy bildir +
Oxşar xəbərlər
Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO