İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Milli Məclis

Parlamentimiz ötən gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsində dəyişiklik layihəsini müzakirə etdi. Dəyişikliklərdən ən diqqət çəkəni ölkəmizə gələn əcnəbilərin ümumi yox, yaşadığı ərazi üzrə qeydiyyata alınacağı oldu. Və bu dəyişikliyə deputatlardan bəziləri, məsələn, Qüdrət Həsənquliyev sərt təpki göstərdi:
- Deyək ki, turist "Hilton" otelində qeydiyyata düşdü, amma orada qalmadı, getdi Şəkidə qaldı. Hər gün gecə yarısı otelin qapısını döyüb turistin orda olub olmadığını yoxlamaq nə deməkdir?
Doğrudan da, olduqca maraqlı bir presidentdir. Təsəvvür edin, otelin dəhlizinə hər gecə turistləri düzürlər. Miqrasiya xidmətinin əməkdaşı əlində dəftər çığırır:
- Vətəndaş Usam əl Zurufçu.
- Burdayam.
- Bir addım irəli.
- Baş üstə.
- Azad!


Uorren Battet

Dünyaşöhrətli amerikalı sahibkar, milyarder-investor Uorren Battet bu həftə növbəti rekordla gündəmə gəldi. Belə ki, onunla nahar etməyin yeni qiyməti müəyyənləşdirildi - 3,5 milyon dollar.  Halbuki, öncəki rekord  3,46 milyon dollar idi.
Milyarderlə nahar imkanının şatışa çıxarıldığı hərrac 2000-ci ildən bəri hər il keçirilir. Nahar şansı qazanan şəxs özü ilə daha yeddi nəfər gətirə bilər. Onun ödədiyi məbləğ isə San-Fransiskoda kasıblara və evsizlərə yardım edən bir təşkilatın hesabına daxil olur. Hə, onu da deyək ki, nahar Nyu-Yorkdakı məşhur "Smith & Wollensky" restoranında baş tutur.
Yeri gəlmişkən, niyə bu təşəbbüs bizdə də olmasın? Düzdür, biznesmen, alim, yazıçı və s. bu qəbildən olan məşhur şəxslərlə nahar etməyə bizim varlılarımız 3,5 milyon o yana, heç 35 manat da verməzlər. Ancaq, tutalım, rəqqasə Fatimə, Şəbnəm Tovuzlu, Röya, Damla və digər məşhur xanımlarla ünsiyyət qurmaq üçün sino gedən binəvalarımız inanın ki, çox böyük məbləğlərindən keçərlər.
Həmin məbləğlər də yönələr ehtiyacı olanlara.

Dələduz

Bu həftə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirildi.
Deməzsənmiş, işsiz Teyyub müəllim qara kostyum geyinib butalı qalstuk taxaraq özünü Şirvan şəhər icra hakimiyyətinin məsul şəxsi kimi təqdim edirmiş, Asif Gülüşov, Əsgər Əsgərov kimi yerli sakinlər də ona on min manatlarla pul verib qeyri-yaşayış sahələri tikdirmək, torpaq sahələri əldə etmək üçün minnətçi düşüblərmiş.
Qəribədir ki, heç kəs də bu şəxsin sənədlərinə-filan baxmırmış ki, görsün bu adam doğrudan məmurdurmu. Asif  Gülüşov kimilərinin bu gün gülüş obyektinə çevrilmələri məhz bu sadəlovhlükləridir.
Məşədi İbad demiş, bu gəlini gətirəndə bir baxmazlar ki, gəlin qadındır, ya kişi?


Pozner

Rusiyanın məşhur jurnalisti Vladimir Pozner İrəvanda oldu və ermənilərə  böyük rəğbət bəslədiyini, onları çox ağıllı saydığını söylədi:
- Təəssüf ki, Dağlıq Qarabağda olmadım. Amma məmnuniyyətlə ora da gedecəyəm. Gedib öz mövqeyimi ifadə etmək istəyirəm ki, hər kəs, o cümlədən də azərbaycanlılar mənim ürəyimin azərbaycanlılar tərəfə yox, ermənilər tərəfə olduğunu başa düşsün.
Ondan Qarabağa getdiyi təqdirdə Azərbaycanın "qara siyahısına" düşməkdən çəkinib-çəkinmədiyini söruşanda   isə əsla çəkinmədiyini söylədi, kinayə ilə Azərbaycan hökümətinə sayğısızlıq göstərdi.
- Bu məndə təbəssüm yaradır.
P.S. Görünür, qadınbaz kimi tanınan Poznerdə bu erməni sevgisi erməni axçilərindən qaynaqlanır.

Zamirə xanım

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir  Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevə yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə Britaniyanın "The Telegraph" nəşri Zamirə xanımın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatlarından yazdı.
Xanım Zamirənin "Harroos" univermağında bir girişə 16 milyon funt xərcləməsi, paltarlar, saat, parfümeriya alması, 1 milyon funtu təkcə oyuncaqlara verməsi, oradan çıxıb "Godiva" şokolad mağazasından 30 min funtluq şirniyyat alması ingilisləri dəhşətə gətirib. Hətta Zamirə xanımın müxtəlif illərdə təkcə donuz ətindən hazırlanmış sendviçə 332 min funt xərcləməsini də qeyd edən "The Telegraph" nəşri bunu bəşər tarixində analoqu olmayan hal kimi izah edir.
Qardaş, bu xaricilərin gözü axi bizi niyə götürmür?


Başqınçı

Bu həftə "6 xətt"ə ikinci bir kriminal qəhrəman da düşdü. Bu, quldurluqda təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə iclası başlanan 22 yaşlı Həsən Bayramovdur.
Hökməli qəsəbəsində yaşayan Bayramov başına maska taxaraq  mənzillərə daxil olur, bıçaq və digər soyuq silahlarla vətəndaşlardan pul, qızıl tələb edirmiş.
Bu şəxs bəlkə də uzun müddət soyğunçuluq fəaliyyətini davam etdirəcəkmiş, bir təsadüf olmasaydı. O, içkidən içib, narkotik maddələrdən çəkərək məsti-xumar halda öz kəndlərindəki bir gün əvvəl yardığı mənzilə yenidən soxulanda yaxalanıb.
P.S. Bəlkə də, bu şəxs daha artıq dozada içki və narkotik maddə qəbul etsəydi, oğurluq məqsədiylə öz evlərinə   də soxula bilərdi.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
10:1322 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Şuşanın işğalı günündə Şuşaya gedib nümayişkəranə şəkildə orada "Yallı" oynayan Ermənistanın rəhbəri Nikol Paşinyanın bu hərəkətinə bizim olmayan Şuşanın bizim olan icra başçısı Bayram Səfərovun reaksiyası opponentini qarğamaqdan ibarət oldu. Belə ki, Bayram müəllim fakta münasibətini mediaya bu

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
17:5608 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə