İSTİ XƏBƏRLƏR
» » Sumqayıtda amansız qətl törətmiş şəxs istintaqa cəlb edilib

Sumqayıtda amansız qətl törətmiş şəxs istintaqa cəlb edilib

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, iyunun 5-də 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlunun bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin apardığı təxirəsalınmaz əməliyyat–axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Hadisə Sumqayıt şəhərinin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesində baş verib. Tahir Babayev mübahisə etdiyi şəxs tərəfindən qətlə yetirilib. Bədəninin müxtəlif nahiyələrindən 18 bıçaq zərbəsi alan T.Babayev hadisə yerində ölüb.
Sumqayıt Şəhər Prokurorluğu araşdırmanı davam etdirir.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtda qətl hadisəsi törədilib
16:4805 iyun

Sumqayıtda qətl hadisəsi törədilib

Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
14:5011 may

5 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə

Gecə saat 2-də,  Dəmiryol vağzalı tərəfdə....
18:5110 may

Gecə saat 2-də, Dəmiryol vağzalı tərəfdə....

Cəlal Qurbanov qızına yalvardi ki, düz yola qayıtsın, xeyri olmadı. Söydü, döydü, yenə düz yola qaytara bilmədi. Axırda cibinə bıçaq qoyub onu güddü, qısa ətək geyinmiş halda müştəri maşınına əyləşəndə başının üstünü aldı.

Tükürpədici,  qandondurucu cinayət
10:0825 aprel

Tükürpədici, qandondurucu cinayət

Əziz oxucular. Söz vaxtına çəkər. Düz 6 il öncə Sumqayıt şəhərinin 2-ci mikrorayonunda elə bir cinayət hadisəsi baş verib ki, düzü, onu ifadə etməkdə söz belə acizdir.

Sumqayıtda sələmçi qadının amansız QƏTLİ
17:3018 yanvar

Sumqayıtda sələmçi qadının amansız QƏTLİ

Sumqayıtda sələmə pul verən qadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.