İSTİ XƏBƏRLƏR
» » Sumqayıt Dövlət Universitetinin əməkdaşları İspaniyada təlimdə iştirak ediblər

Sumqayıt Dövlət Universitetinin əməkdaşları İspaniyada təlimdə iştirak ediblər

Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Alikante Universitetində təlimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iyunun 3-dən 7-dək davam edən təlimdə Təhsil Nazirliyinin, Azərbaycanın 11 universitetinin və Avropanın 4 universitetinin nümayəndələri təmsil olunublar.

Təlim universitetlərin Avropa standartlarına uyğun SWOT təhlilinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət göstəriciləri, innovativ tədris-təlim və akkreditasiya mövzularına həsr edilib.

Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak ediblər.
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib
09:4303 may

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib

Mayın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən

Sumqayıt universitetində “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlim uğurla başa çatıb
12:1819 aprel

Sumqayıt universitetində “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlim uğurla başa çatıb

Sumqayıt Dövlət Universitetində (SDU) aprelin 1-dən 18-dək Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində müəllimlər üçün təşkil edilən təlimlər başa çatıb.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür