İSTİ XƏBƏRLƏR
» » Yazıçımızın kitabı Qızıl meydanda təqdim olunub

Yazıçımızın kitabı Qızıl meydanda təqdim olunub



Moskva şəhərində, məşhur Qızıl meydanda 5-ci kitab festivalı keçirilib. 6 gün, 74 saat, 327 nəşriyyat, 1560 metr uzunluğunda kitab rəfləri, 100 000 kitab satışı, 12 meydança, 12 səyyar muzey, 748 hadisə, 134 sevimli müəlliflə görüş – bütün bunlar festivalın çox nəhəng əhatə dairəsindən xəbər verirdi.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan yazıçısı Varis Yolçiyevin Moskvada “Qızıl LiFFt” seriyasından nəşr edilən “Metamorfoz. Bir gecənin əhvalatı” kitabı da oxuculara təqdim olunub. 15-ci pavilyonda təşkil edilən təqdimatda yazıçımız romanından, yaradıcılığından danışıb, oxucuların suallarını cavablandırıb. Sonra oxucular satışdan əldə etdikləri kitabları yazarımıza imzaladıblar.

Xatırladaq ki, Varisə 2018-ci ildə Avrasiya materikinin ədəbiyyatı üzrə LiFFt festivallar festivalında qalibiyyət gətirən, 2019-cu ildə London Mükafatı qısa siyahısına namizəd olan "Metamorfoz” romanı indiyədək Azərbaycandan savayı Rusiya və ABŞ-da nəşriyyat hesabına çap olunub. Hazırda roman Böyük Britaniyada nəşrə hazırlanır.

Rəy bildir +
Oxşar xəbərlər
74 min 905 oxucu
15:2007 iyun

74 min 905 oxucu

Yazını böyük Nizami Gəncəvinin misraları ilə başlamağı özümə borc bildim. İnsan gərək özünü inkişaf etdirib düşüncəsini təkmilləşdirmək, ətraf aləmi, dünyanı, bəşəriyyəti anlamaq üçün kitabları özünə dost bilsin. Çünki onlar bizə ən doğru yolu göstərəcək, işıqlı gələcəyə aparacaqlar. Əgər biz

Yazıçımız Rusiyada təltif olunacaq
13:1730 may

Yazıçımız Rusiyada təltif olunacaq

İyunun 2-də Moskvada - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir neçə yazar "Puşkin medalı" ilə təltif ediləcək. Onlardan biri də Azərbaycan yazıçısı Varis Yolçuyevdir.  

Oman Sultanlığında musiqimizi  təmsil edən sumqayıtlı xanım
12:0816 may

Oman Sultanlığında musiqimizi təmsil edən sumqayıtlı xanım

Onun yaşayıb çalışdığı Oman Sultanlığında Azərbaycandan adam çox azdır, necə deyərlər, həmin ölkədə vətənimizi təmsil edən üç-beş soydaşımızdan biri də odur...

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"
12:0930 aprel

Dünyaşöhrətli yazar, BMT-nin himayəsi ilə çıxan World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo: "Ən böyük arzum məşhur Sumqayıt bulvarını görməkdir"

Sentryabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festifallar festifalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFt Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festifalda 50 ölkənin 150

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür