İSTİ XƏBƏRLƏR
» » 74 min 905 oxucu

74 min 905 oxucu



Müsahibimiz Sumqayıt Mərkəzi Kitabxanasının müdiri Yeganə Əhmədovadır

Qüvvət elmdədədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)


Yazını böyük Nizami Gəncəvinin misraları ilə başlamağı özümə borc bildim. İnsan gərək özünü inkişaf etdirib düşüncəsini təkmilləşdirmək, ətraf aləmi, dünyanı, bəşəriyyəti anlamaq üçün kitabları özünə dost bilsin. Çünki onlar bizə ən doğru yolu göstərəcək, işıqlı gələcəyə aparacaqlar. Əgər biz kitabları həqiqətən də dərk edib, ruhlarını duyub qoxusunu sevsək... Elə bu nədənlə şəhərimizdə kitaba olan marağı nəzərə alıb, bu marağı daha da artırmaq, onun şəhər sakinləri arasında dəb yox, həqiqi yoldaş kimi yayılmasını daha da sürətləndirmək, şəhərimizdə insanların kitab və kitabxana əlaqələrinin hansı səviyyədə olmağını öyrənib araşdırmaq üçün Sumqayıt Mərkəzi Kitabxanasına yollanıb kitabxana müdiri Yeganə Əhmədovanın bu məsələlərdə düşüncələrini öyrəndik.
- Sumqayıt Şəhər Mərkəzi Kitabxanası həmişə şəhər sakinlərinin, təhsil işçilərinin hansısa materialı tapmaq üçün pənah gətirdiyi ilk ocaq, məkan olub. Bəs bu gün Mərkəzi Kitabxananın faktiki olaraq nə qədər oxucusu var ?
-İlk öncə əməkdaşı olduğunuz qəzetin yenidən fəaliyyətini bərpa etməsi münasibətilə başda hörmətli əməkdar jurnalist, yazıçı Varis Yolçuyev və baş redaktorunuz Vüsal Məmmədov olmaqla bütün kollektivinizi təbrik edirəm. Qayıdışınızın şəhər və ölkə mətbuatı üçün düşərli olmağını diləyirəm. Bəli, düz vurğuladınız ki, Səməd Vurğun adına Sumqayıt Şəhər Mərkəzi Kitabxanası hər zaman, oxucuların ümid yeri, ümid qapısı olub. Biz bununla qürur duyuruq. 2018-ci ilin yekunlarına görə kitabxanamızın 74 min 905 oxucusu var. Bildiyiniz kimi mərkəzi kitabxananın internet saytı da uzun illərdən bəridir ki, fəaliyyət göstərir. Belədə virtual oxucularımızın sayı da 22 min 632 nəfər təşkil edir. Təbii ki, bu say durmadan artır. Bəlkə də siz müsahibə aldığınız məqamda əməkdaşlarımız abonomentdə neçə yeni oxucunu qeydiyyata alıblar.
- Bəs Fond necə, zəngindirmi?
- Kitabxanamızın fondunda 574 min 498 kitab toplanıb ki, bu kitablarla oxucularımızı istənilən səviyyədə maarifləndirə, onların kitaba olan tələbatlarını ödəyə bilirik. Qeyd edim ki, 2018-ci ilin göstəricisinə görə kitabxananın fondu 7410 yeni kitabla zənginləşib.
- Oxucu hər zaman axtardığı kitabı burada tapa bilirmi ?
- Çox vaxt tapır. Ancaq tapmadığı məqamlar da olur. Məncə, bu da təbii haldır. Bilirsiz bu nəyə bənzəyir? Şagird müəllimdən nəsə soruşur və axı müəllim də insandır, komputer deyil ki hər şeyi bilsin. Olur ki, sualın qarşısında aciz qalır. Ancaq onun cavabını aydınlaşdırıb öyrənərək növbəti dərs şagirdin sualını cavablayır. Bu da ona bənzəyir. Bizdə hansısa kitablar, materiallar olmayanda Kitab Kollektoruna müraciət edirik. Və onlar da müəyyən müddətdən sonra istənilən kitabların bir qismini göndərirlər.
- Bunu öyrəndik ki, kitabxana öz fondunu kollektor  vasitəsilə zənginləşdirir. Bəs bundan başqa hansı vasitələrlə kitabları fonda qəbul edirsiz?
- Kitab Kollektorundan başqa biz təhsil ocaqlarından - məktəb, texnikum və universitetlərdən kitab qəbul edirik. Elə bu günlərdə Sumqayıt Dövlət Universiteti bizə böyük bir kitab kolleksiyası, xəzinəsi bağışladı deyə bilərik. Bundan başqa Milli Elmlər Akademiyası bizə tez-tez kitablar bağışlayır. Bəli, bunu da əlavə edim ki, sakinlər, fərdi şəxslər də sahib olduqları kitabları bizə bağışlaya, fondumuzun daha da zənginləşməsində rol oynaya bilərlər. Bu yaxınlarda şəhər sakini öz fərdi kitabxanasından bir çox kitabı başqaları da oxusun, maariflənsin deyə fondumuza bağışladı. Fürsətdən istifadə edib bu müsahibəni oxuyanlara səslənirəm ki, oxuyub bitirdikləri kitab evdə heç vaxt boş yeri tutmur, əksinə, evi gözəlləşdirir. Yəni, insanlar evlərində yer tutduğunu sayqdıqları kitabları küçələrə tullantı kimi, dəyərsiz əşya kimi atmasınlar. Onları bizə bağışlasınlar. Düşünsünlər ki, həmin kitabları kitabxanalara bağışlamaqla nə qədər insanın savadlanmasına kömək edəcəklər. Qabaqlar küçələrdə qalaqlanmış "kitab dağlarını" daha çox görürdüm. Şükürlər olsun ki, bu hal bu gün xeyli azalıb.
- Müraciət edən oxucular daha çox hansı kitabları istəyirlər ? Hansı kitablara daha çox tələbat var ?
- Milli ədəbiyyatdan daha çox  Varis Yolçuyevi oxuyurlar. Eləcə də Elxan Elatlı, Çingiz Abdullayev, Seymur Baycanın əsərlərinə tələbat böyükdür. Xarici ədəbiyyatdan daha çox Aqata Kristi, Herman Hesse, Viktor Hüqo soruşulur.
- Oxucu kütləsinin əsasını ən çox gənc yoxsa yaşlı nəsil təşkil edir ?
- Belə deyim ki, bizdə istər gənc, istərsə də yaşlı nəsli təmsil edən oxucular həqiqətən çoxdur. Təhsil ili ərzində oxucularımız arasında şagird və tələbələr kəskin dərəcədə fərqlənir. Bax elə indicə əgər oxu zalına girib baxsanız, oradakı oxucuların təxminən eyni sayda gənc nəsli və bir o qədər də yaşlı nəsli təmsil etdiyini görərsiz. Bizim elə oxucularımız var ki, təqaüdçüdürlər. Gəlirlər burada oturub mütailiə edir, fondumuzdakı yeni qəzetlərlə tanış olurlar. Onu da deyim ki, "168 saat" qəzetini bizdən tələb edib soruşanlar həddindən artıq çoxdur. Artıq qəzetiniz yenidən fəaliyyətə başladığına görə istəyərdim bu istəyimi dilə gətirim ki, hər həftə yeni çıxan nüsxələrdən kitabxanaya da bağışlayasız. İnanın, oxucularımız arasında "168 saat" üçün darıxan və bu qəzeti oxumaq istəyən şəxslər düşündüyünüzdən də çoxdur.
- Şəhər sakinlərinin oxuya, kitaba marağından razısınızmı ?
- Mən bu suala xeyr deyə cavab verə bilərəm. Nəyə görə razı deyiləm? Çünki biz əgər oxucu sayı ilə, kitaba maraqla razı olsaq, onda gərək əldə etdiklərimizlə razılaşıb kifayətlənək.
- Bəs sizcə bu marağı daha da artırmaq üçün kitabxana şəhər miqyasında hansı işləri görməlidir və hansı işləri görür ?
- Biz bu qisimdə, kitabı təbliğ edib yaymaq yönündə çox işlər görürük. Və bir çox layihələri də həyata keçiririk. Belə ki, artıq havalar isinir, yay ayları gəlir kitabxanamız ənənəvi olaraq kitaba marağı artırmaq məqsədilə hərbi hissələrdə, parklarda açıq səma altında, təhsil ocaqlarında kitab sərgiləri keçirir. Bildiyiniz kimi, respublikamızda bu il cənab prezidentin sərəncamı ilə "Nəsimi ili" elan  edildiyindən  böyük şairimiz İmadəddin Nəsiminin mədəni irsini daha da yaymaq, təbliğ etmək üçün şəhər təhsil ocaqlarında bir çox silsilə tədbirlər keçiririk. Bununla yanaşı, bu il şəhərimizin 70 illik yubileyi ilə bağlı kitabxana səviyyəsində bu ili Sumqayıtın 70 illiyinə həsr etmişik. Belə ki, şəhərimizi təbliğ edən kitablar, məlumat vəsaitləri müxtəlif tədbirlər vasitəsilə oxucuların diqqətinə çatdırılır. Yeri gəlmişkən, biz mərkəzi kitabxana olaraq hər ili hansısa bir mövzuya həsr edirik. Belə ki, ötən illərdə elan etdiyimiz "biblioqrafiya ili" və "informasiya ili" çərçivəsində xeyli tədbirlər keçirmişik. Bundan əlavə bu il dahi dramaturqumuz Cəfər Cabbarlı və yazıçımız İsmayıl Şıxlının yubileyləri münasibətilə təhsil ocaqlarında, kitabxanamızda və Sumqayıt Gənclər Evində silsilə tədbirlərimiz keçirilib və il boyu keçiriləcək. Uşaq kitabxanaları yetişməkdə olan körpələrimiz ədəbi irsimizlə yaxından tanış olsunlar deyə istər bağça yaşlı, istərsə də məktəb yaşlı balalarımızı ədiblərimizin ev muzeylərinə ekskursiya təşkil edir, onların dünya görüşünün formalaşmasında rol oynayırlar.
Səbuhi AllahverdizadƏ
Rəy bildir +
Oxşar xəbərlər
28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Abituriyentin uğur formulu
13:3110 may

Abituriyentin uğur formulu

Qeyd edək ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Əruzun rəqəmsal modelləşməsi  Sumqayıtda kəşf edilib
13:1423 aprel

Əruzun rəqəmsal modelləşməsi Sumqayıtda kəşf edilib

Onu  illərdi tanıyıram, şəxsinə həddən ziyadə  hörmət və rəğbətim var.  Olduqca maraqlı, eyni zamanda yaradıcı bir  insandır. Daim axtarışdadır.  "Öyrənmək heç vaxt gec deyil" prinsipi həyatından, hətta, yaradıcılığından qızıl bir xətt kimi keçir. İllərdir müəllim deyə, müraciət etdiyim bu

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO