İSTİ XƏBƏRLƏR
» » SDU-da saqqal qadağası?!

SDU-da saqqal qadağası?!

Tələbələrə qoyulan tabu yaxşıdır, yoxsa pis?

Təhsil ilinin sona çatmasına az qalmış Sumqayıtın təhsil həyatı ilə bağlı bir məsələ ölkə gündəmində müzakirə predmetinə çevrildi. Daha doğrusu, məsələ növbəti dəfə gündəmə gəldi - söhbət Sumqayıt Dövlət Universitetində tələbələrə qoyulan saqqal qadağasından gedir.
İctimaiyyət bu qadağaya ötən dəfələrdə olduğu kimi bu dəfə də birmənalı reaksiya vermədi. Kimisi, saqqal qadağasının insan hüquqlarına zidd olduğunu, bu qərarın ölkə qanunvericiliyi ilə uzlaşmadığını, kimisə isə qərarın gənclərin dini ekstremizmdən qorunması, nizam-intizamlı tərbiyəsi baxımından əhəmiyyətini qeyd etdi.

Mövzunu "168 saat"a şərh edən tanınmış hüquqşunas Ramil Süleymanov qeyd edib ki, bu tip qadağalar əvvəllər hansısa universitetlərdə olub, ancaq məsələnin ictimailəşməsi və tələbələrin etirazından sonra bu qadağa aradan qaldırılmışdı: "Bu məsələnin hüquqi aspektləri ilə bağlı onu qeyd edə bilərəm ki, Azərbaycan Respublikasının qanunvericiliyə görə, universitetlər öz daxili nizamnamələrinə əsasən daxili davranış qaydalarını müəyyən edə bilərlər. O cümlədən hər bir təhsil müəssisəsi öz daxili geyim kodeksini, geyim formasını müəyyən edə bilər. Bu, bir sıra xarici universitetlərdə də tətbiq olunur. Tələbələrin üz quruluşları, üz şəkilləri ilə bağlı qadağa və ya məhdudiyyətlərlə, deməliyəm ki, heç zaman rastlaşmamışam. Amma bununla da bağlı rektorluq tərəfindən tənzimləyici normalar qəbul oluna bilər. Bu barədə qərar qanuni əsaslarla olmalıdır, bütün tələbələrə bu məlumat çatmalıdır, tələbələr bu aktla tanış olmalıdırlar, o cümlədən bu sənədin qəbul olunma səbəbləri ictimaiyyətə, eləcə də tələbələrə bildirilməlidir. Dünya hüquq praktikasında belədir ki, hər hansı bir akt, sənəd qəbul olunarkən onun qəbul olunma səbəbləri müəyyənləşdirilir və elan edilir.
Universitetin qəbul etdiyi akt, təbii ki, universitetdə, əgər varsa, Appelyasiya Şuraları və ya Təhsil Nazirliyi qarşısında tələbələr tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda bu iddia məhkəmə qarşısında da mübahisələndirilə bilər. Bu qərar tələbələrin dünya görüşlərinə, yanaşmalarına, həyat tərzlərinə müdaxilə edən sənəd kimi qiymətləndirilə bilər. Təbii ki, bu, Azərbaycan Respublikasının qanunvericiliyi, eyni zamanda ratifikasiya etdiyimiz Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinin təsir dairəsinə düşə bilər. Və odur ki, tələbələr bu qərarla bağlı məhkəməyə müraciət edə bilərlər.
Bu qərar bildiyim qədəri ilə ölkəmizdə yalnız  Sumqayıt Dövlət Universitetində tətbiq olunur və yalnız şifahi formada təqdim olunur. Buna görə tələbənin dərsə buraxılmaması hüquqi cəhətdən, hesab edirəm ki, doğru deyil.   Təklif edərdim ki, SDU təhsilin keyfiyyətinin artırılması ilə bağlı qərarlar versin, nəinki tələbələrin şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək qərarlar".
Tanınmış təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar: "Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqal saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir".
K.Əsədov bildirir ki, ola bilsin, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər: "Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır. Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.
Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır".

Əməkdar jurnalist Rəhman Orxan isə qeyd edir ki, əndazəni keçməmək şərti ilə saqqalı arzuolunmaz hesab etmir: "Həddini aşmasa, saqqal heç də pis şey deyil. Amma təbii ki, səliqəli, həddində. Hətta istəyərdim ki, oğlanlarımızın qısa saqqalı, qızlarımızın isə uzun donları geri qayıtsın".

Vahid Sakit
Rəy bildir +
Oxşar xəbərlər
Məşqçinin 6 uğurlu həmləsi,  cəzalanmayan "Sumqayıt"  və əvəzedicilərin 19 qolu
10:4724 may

Məşqçinin 6 uğurlu həmləsi, cəzalanmayan "Sumqayıt" və əvəzedicilərin 19 qolu

Məlum olduğu kimi, 11 nəfərdən ibarət olan futbol komandasının çalışdırıcısı oyunun gedişində hər hansı yetirməsini əvəzləmək imkanı qazanır. Matçboyu oyunun axarını öz ssenarisinə uyğunlaşdırmaq üçün üç dəfə dəyişiklik etmək imkanı olan mütəxəssislərin nə dərəcədə buna nail olması maraq doğurur.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Məşhurların şəxsi həyatına  müdaxilə nədən qaynaqlanır?
12:3509 may

Məşhurların şəxsi həyatına müdaxilə nədən qaynaqlanır?

Əksər teleaparıcılarımızın reytinq xatirinə son vaxtlar məşhurların həyatlarındakı müəyyən məqamları efirdə açıb-tökmələri haqda çox danışılır. Bu dəfə   bu məqamlara elə tanınmışların fikrini öyrənmək üçün bir neçəsi ilə həmsöhbət olduq.

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib
09:4303 may

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib

Mayın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO