İSTİ XƏBƏRLƏR
» » Göy Tanrı inancı nədir?

Göy Tanrı inancı nədir?




ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Dünyanın ən qədim dini olan Tanrıçılıq   inancı bütün  türk xalqlarının ruhunda, təfəkküründə və təhtəlşüurunda  yaşayır. Günəş və Göy Səma anlayışı ilə yaranan  Tanrıçılıq  dini insanların həyatına tarixi intibahın yenilənməsi ilə gələrək məişət və həyat tərzinə çevrilib. 
Tanrıçılıq  Yaradana inanc kimi  eramızdan əvvəl II-I minillikdə yaranıb.  Fransız alim Jan Pol Ru tanrıçılıq dinini öyrəndikdən sonra demişdi: "İnsan-Günəş-Tanrı. Bunlar bir-birindən ayrılmaz məhfumlardır.  Tanrı obrazı   lap qədim dövrlərdən bütün Avropa xalqlarının  mənliyi və varlığı olub". Burada qeyd etmək yerinə düşərdi ki, avropalılar  Tanrıçılıq dini ilə IV əsrdən etibarən tanış olublar. 
Tarix İnstitutunun aparıcı elmi işçisi Rəşad Mustafa qeyd edir ki,  universal   din sistemi olan tanrıçılıq  dininin mərkəzində Tanrı durur. Tək Tanrı, hər şeyə qadir olan Tanrı. Bu Tanrı dünyanı yaradıb,  bu Tanrı   həm də insanlara nəzarət etməkdədir. İnsanlar  hər şeyi Göy Tanrıdan istəyir. Göy Tanrı Göy səmanın sahibi və ruhudur. Göy Tanrı  haqqında  Göy Türk abidələrində runik yazılarla yazılıb.   Oron-Yenisey abidələri olan  daş məktubların hamısı "Tanrı" sözü ilə başlayır. Məsələn "Kultegin" yazısındakı bu cümləyə baxaq: 
"Tanrı gibi gökte olmuş Türk Bilge Kağanı, bu zamanda oturdum. Sözümü tamamiyle işit. Bilhassa küçük kardeş yeğenim, oğlum, bütün soyum, milletim, güneydeki şadpıt beyleri, kuzeydeki tarkat, buyruk beyleri, Otuz Tatar…"-bu cümlədə Bilgə Xaqanı da Yer üzünə hökmdar olaraq Tanrının göndərdiyi bildirilir.  Mətni sona qədər oxuyanda isə xaqanlara qismətin Tanrıdan yazıldığını anlayırrsan. Yəni ki, Tanrı istəməsə, Xaqan xaqan olmaz.
Bilgə xaqanın məktubunda da Tanrıya müraciət olunur: "Türk Tanrısı, mukaddes yeri, suyu öyle tanzim etmiştir. Türk milleti yok olmasın diye, millet olsun diye, babam İltiriş kağanı, annem İlbilge Hatunu göğün tepesinden tutup yukarı kaldırmıştır. Babam kağan on yedi erle dışarı çıkmış. Dışarı yürüyor diye ses işitip şehirdeki dağa çıkmış, dağdaki  inmiş. Toplanıp yetmiş er olmuş. Tanrı kuvvet verdiği için, babam kağanın askeri kurt gibi imiş, düşmanı koyun gibi imiş. Doğuya batıya asker sevk edip toplamış, yığmış. Hepsi yedi yüz er olmuş. Yedi yüz er olup ilsizleşmiş, kağansızlaşmış milleti, cariye olmuş, kul olmuş milleti, Türk töresini bırakmış   milleti, ecdadımın töresince yaratmış, yetiştirmiş."
Türkün Tanrı inancı digərlərindən daha mükəmməl idi.  Məsələn, türk 70 dənə Tanrıya inanmağı qəbul etməyib. Tanrının övladı olmasına inanmayıb. Eyni şəkildə insanların həyatında da bu təzahür edirdi. Sərkərdə Fateh Teymur deyirdi ki, "GöydəTanrı tək olduğu kimi, Yerdə hökmdar da tək olmalıdır.".
Bilgə Xaqan məktubundan gətirilmiş sitatda "Tanrı kuvvet verdiği için, babam kağanın askeri kurt gibi imiş..."- sözü işlədilir.
Tanrıçılıq dinində insan təbiəti və Yaradanın yaratdığı hər şeyi , hər canlını sevməyə borcludur. Türkün təbiətə hörməti dini inancında da öz əksini tapırdı. Qədim  türklər hər bir daşın, ağacın ruhu olduğunu bilirdi.  Yandırdığı ocağın da  ruhu olduğuna inanırdı. Ocaq-od türk üçün, Tanrı dininə arınmaq, təmizlənmək rəmzi idi. Çingiz xanın  çadırına girən adam  iki od arasından keçib, alaçığa daxil olardı. Belə ehtmal edilirdi ki, insan üzərindəki ağırlığı odda yandırıb, hökmdarın hüzuruna keçməlidir. Bu günə qədər də Tanrı inancında qalan türkdilli xalqlar özlərinə lazım olduğu qədər ov ovlayırlar. Meşədən artıq ağac qırmırlar. Hətta meşədə gəzəndə bərkdən danışmırlar ki, ağacların ruhunu narahat edərlər. Tanrı inancında təbiətə, insana ziyan vurmaq qəbul olunmur, günah sayılır. Tanrıçılıqda isə baş verən bütün hadisələr Göy Tanrısı ilə əlaqədar idi. Tanrının qəzəbinə gələn insanlar və ya nəsillər, dövlətlər 60 il müddətində fəlakətlə üz-üzə qalırdı.   Bu cəzadan  qaçmaq mümkünsüz sayılıdı. 
Tanrıçılıqda maraqlı  inanclardan biri də insanın heyvanların hakimiyyətinə və gücünə inanc kultudur.  Ən böyük innanc isə bu günümüzə qədər gəlib çatan Boz qurd, Qurd, Maral inanclarıdır. "Kitabi Dədə Qorqud" dastanında  "Xeyir üzlü, mübarək üzlü Qurd" deyirlər. 
Tanrı və türk mifoloji  inanclarına görə onların İnandıqları Göy Tanrısı   yerə qurdu göndərib . Bununla da qurd türkün nəslini artırıb.  Qurd - Anadır, nəslin başlanğıcıdır! Qurd - liderdir, Qurd- himayədardır!. Buna görə də qədim türk bayraqlarının əksəriyyətində qurd başının  rəsmi olurdu.   Qurdu həm də ona görə sevirdilər ki, qurd azadlıq simvolu idi. Tanrının yaratdığı türk də öz azadlığını kimsəyə qurban verməyib, hər zaman Göy tanrısının köməyi ilə bu azadlığını qorumaq üçün mabarizə aparmışdı.   Bəlkə elə buna görədir ki, qədim türklər qurdun ulamasına uğur əlaməti kimi baxardılar.
Daş kitabələrdə məktubları qalan Bilgə xaqanın yazmışdı:  "Türk, Oğuz bəyləri, qövmü, eşidin!!!  Yuxarıda göy basmasa, Yerdə yer yarılmasa Türk millətinin  törənini  kim pozar?". Tanrı istəməsə, türk türk olmaz. Tanrı hamımızın  yarı, yardımçısı olsun!
Aida Eyvazlı
Rəy bildir +
Oxşar xəbərlər
Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?
12:3914 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi. Turukkular kimlər idi?

Qədim Azərbaycan tarixini vərəqləyəndə, daş kitabələrdə qarşımıza "Trukkular" adlı bir xalq çıxır. Kim idi trukkular? Eramızdan 23 min əvvəl mövcud olmuş Şamtamhari mətnlərində trukkular barədə məlumat verilir. Şamtamhari mətnlərində türklərdən danışılarkən, onlardan şəhəri və hökmdarı olan etnos

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi
13:3310 may

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi

Türklərin dünyaya hansı arealdan yayıldıqları bütün zamanların sualıdır.  Alimlər türklərin  dünyaya Asiyadan və  Azərbaycandan yayıldığı barədə mübahisəli müzakirələr aparırlar. AMEA Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə  deyir ki, türklər  dünyaya   Şərqi Anadolu və Urmiya

ASAN Radio və  AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib
18:1730 aprel

ASAN Radio və AMEA Tarix İnstitutunun layihəsi Türk adı b.e. əvvəl 23-cü əsrdə çəkilib

Azərbaycanın ən qədim əhalisi olan türklərin adları ilk mənbələrdə e.ə. 23-cü əsrdə çəkilir. Onların haqqında Akkad hökmdarı Naram Suenin dövrünə aid kitabələrdə bəhs edilir. Bu daş kitabələrin   Babil, Boğazköy və Tel Amarna arxivlərində  üzü köçürülmüş surətləri saxlanılır.  Elm  dünyasına  isə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO