İSTİ XƏBƏRLƏR
» » ”Bir könüllüdən min könüllüyə” adlı layihənin növbəti seminarı

”Bir könüllüdən min könüllüyə” adlı layihənin növbəti seminarı

Bakı Mühəndislik Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin növbəti seminarı keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.
”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət olub. Birinci hissədə layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat vermiş, daha sonra layihə spikerləri, DİA məzunu , ASAN könüllüsü olmuş və hal –hazırda ASAN Vizada fəaliyyət göstərən Yusif Əliyev və BMU tələbəsi, ASAN könüllüsü Sevinc Salehqızı könüllülüklə başlayan uğur hekayələrini universitetin tələbələri ilə bölüşdülər. 2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, növbəti seminarlar 12 mart saat 15:00-da Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri, 14 mart saat 12:00-da isə Bakı Dövlət Universitetinin ilə keçiriləcək. 
Rəy bildir +