İSTİ XƏBƏRLƏR
» Bütün dünya müsəlmanları üçün ilin ən vacib ayının tarixi necə yaranıb?

Bütün dünya müsəlmanları üçün ilin ən vacib ayının tarixi necə yaranıb?

15:41 04 iyun --- 193


Müəllif: Wesley Baines (Fortune-nin yazarı)


İslamın hicri təqvimi ilə 11-ci ayına təsadüf edən Ramazan bütün dünya müsəlmanları üçün ilin ən vacib dini zamanıdır. Məhz bu dövrdə İslamın müqəddəs kitabı "Quran" mələk Cəbrayıl tərəfindən Məhəmməd Peyğəmbərə nazil olunub.
İlk Ramazan
Məhəmməd 40 yaşında olanda, vaxtını tənhalıqda onu narahat edən sualları düşünməklə keçirməyə başladı. Bu zaman o, ayda bir dəfə bir dağın içindəki "əl-Hirə" adlı mağarada inzivaya çəkilirdi.
Təqribən eramızın 610-cu illərinin birində digər günlərdə olduğu kimi o, "əl-Hirə" mağarasına getdi, ancaq az keçmədi ki, əsas mələk Cəbrayıl ona göründü, mələk Məhəmmədi saxladı və qorxuya düşən adama "oxu" dedi. Məhəmməd o qədər qorxmuşdu ki, nəyi oxumalı olduğunu soruşanacan iki dəfə rədd etdi.
Cəbrayıl sonda ona belə dedi: "Yaradanın, Rəbbinin adıyla başla qiraətini. İnsanı qan laxtasından yaradanın adıyla. Oxu, Rəbbindir ən böyük kərəm sahibi. Yazmağı öyrətdi, bilmədiyi nə vardısa insana öyrətmişdir O".
Cəbrayıl sonra dedi ki, "Sən ulu Tanrının elçisisən, mən isə onun mələyi Cəbrayılam" və Məhəmməd şeytanla rastlaşdığını güman edərək mağaradan qaçdı. O dağ aşağı qaçırdı və qaçarkən mələk Cəbrayıl özünün həqiqi şəklində onun yuxarısındakı səmanı bütünlüklə tutmaqla göründü, onun rəngi yaşıl idi, məhz bu səbəbdən İslam özünün rəsmi rəngini yaşıldan alır.
Məhəmməd evinə qayıdanda ailəsinə başına gələnlərdən danışdı, o xüsusilə Xristian bir qohumundan məsləhət almaq istəyəndə, qohumu dedi ki, o, Tanrının peyğəmbəri kimi seçilib.
Qısa müddət sonra Məhəmməd Cəbrayıldan vəhylər almağa başladı, həmçinin öz daxilindən də ona vəhylər gəlirdi. Məhəmmədin həyatı haqqındakı hekayətlərdən ibarət olan hədislərə görə, bütün müqəddəs mətnlər ona Ramazan ayında nazil olunub, buna görə də bu 30 gün dində müqəddəsdir.
Ramazan adətləri
İslamın ibadətinin təməlində dayanan beş ən əsas şərtdən biri olan Ramazan müqəddəs adətləri ilə mühüm əhəmiyyət kəsb edir.
Ramazan ayının başlanğıcı və sonu hicri təqvimiylə nizamlanır və bu ayın başlanğıcı bir qayda olaraq yeni Aydan sonrakı günə düşür. Bu zaman bir çox müsəlmanlar evlərini lampalarla, işıqlarla, ayparalarla və ulduzlarla bəzəyirlər. Buna rəğmən, Ramazan qutlamadan daha çox (yanlış sayılmasa da) mənəvi rahatlıq kimi xarakterizə edilir.
Ramazan ayının mərkəzi fəaliyyəti əlbəttə ki, oruc tutmaqdır. Bütün ay ərzində müsəlmanlar gün işığında yemək yeməkdən imtina edirlər, yalnız xəstələr, yaşlılar və oruc tutmağa şəraiti olmayanlar istisnadır. Oruc niyyətlə bağlıdır. Niyyət konsepti Ramazan orucluğunun təməlində dayanır. Müsəlmanlar "niyyah" qazanmaq üçün könüllü olaraq öz oruclarını yalnızca Allaha həsr etməlidirlər.
Oruc hər gün əksərən Məhəmməd Peyğəmbərin məsləhət gördüyü tarixlərdə açılır. Müsəlmanlar "İftar" adı verdikləri mərasimlər zamanı ailələrini və dostlarını toplayır, əmin-amanlıq içində oruc açırlar.
Ramazanın sonuncu 10 günü ən müqəddəsləri hesab edilir. 27-ci gün xüsusilə əhəmiyyətlidir və "Gücün gecəsi" adlanır.
İnanc ayı
Müsəlmanlar üçün Ramazan insanlığın özünü yaxşılığa doğru dəyişməsi üçün əsasdır, o, insanlığın Tanrı ilə bağlarını gücləndirir və onlara Yeri daha yaxşı yerə çevirməyə imkan yaradır.
Rəy bildir +
Oxşar xəbərlər
Tüfənglər gec-tez açılır
15:4707 iyun

Tüfənglər gec-tez açılır

- Ramazan, ay Ramazan, hardasan can balam! Əsil adı Əmir olsa da,  ona yaşadıqları Rəhimoba kəndində "Ramazan" deyə çağırırdılar.  Əmir anasının  səsini eşidib otaqdan eyvana çıxdı:

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli