İSTİ XƏBƏRLƏR
» » "Əgər hər iki valideyndə allergiya varsa..."

"Əgər hər iki valideyndə allergiya varsa..."



Müsahibimiz akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-allerqoloqu Vəfa Tarverdiyevadır.
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünya əhalisinin 50 faizində allergiya növlərinin əlamətləri var. Azərbaycanda da allergiya problemi geniş yayılmaqdadır. Sizcə, bunun səbəbi nədir?
- Son zamanlar bütün dünyada eləcə də Azərbaycanda allergik xəstəliklər gün-gündən artmaqdadır. Buna səbəb olaraq  iri şəhərlərin sayının artması, hava kirliliyi, süni və konservləşdirilmiş qidalar, əhalinin dar və qapalı mühitlərdə yaşaması, tibb xidmətinin vaxtında və keyfiyyətli aparılmaması, gigiyenik qaydalara ifrat şəkildə əməl etmək və digər səbəbləri göstərmək olar. Ətraf mühit amilləri arasında yer tutan hava kirliliyi bronxial astma və allergik rinit kimi xəstəliklərin rast gəlmə tezliyini və xəstəliyin proqressivliyini artirmaqdadir. Eyni zamanda, siqaretdən sui-istifadə bir başa və dolayı yolla allergik xəstəliklərin sayının artmasına şərait yaradır. Xüsusilə də erkən yaşlarda aktiv və passiv şəkildə siqaret dumanına məruz qalmağın bronxial astma riskini artırtığı sübut olunmuşdur.
- Allergiyanın yaranma səbəbləri haqqında nə deyə bilərsiniz?
Allergik xəstəliklər genetik amillərin və ətraf mühit amillərinin qarşılıqlı təsiri nəticasinda ortaya çıxır. Allergiyada bəlirləyici faktorun  genetika olduğu artıq tasdiq olunmuşdur. Bununla yanaşı, bir çox mühit amilləri orqanizmin allergiyaya meylliliyini artırmaqdadır. Əgər hər iki valideyndə allergiya varsa, uşaqlarda hər hansı bir allergik xəstəliyin olma ehtimalı 47%-dir. Valideynlərdən yalnız birində allergiya varsa, bu zaman uşaqlarda allergiyanin olma ehtimalı 29% olur.  Allergiyanın yaranmasına səbəb olan maddələr allergenlər adlanır. Orqanizmin hansısa bir allergenə qarşı reaksiya verməsi üçün ilk öncə sensibilaziya yəni həssaslaşma prosesindən keçməlidir.
- Ümumiyyətlə, allergiyanın hansı növləri var?
- Allergik xəstəliklər müxtəlif  kliniki simptomlarla özünü göstərir. Bu allergenin orqanizmə hansi yolla daxil olmasindan, orqanizmin immun sisteminin vəziyyətindən və bir sıra başqa amillərdən asılıdır. Allergenlər bədənə hava yoluyla, qida və dərman maddələrinin tərkibində, təmas yoluyla daxil ola bilər. Buna uyğun olaraq allergik rinit, bronxial astma,qida və dərman allergiyası, kəskin və xroniki allergik övrə, atopik və kontakt dermatit kimi allergik xəstəliklər müşahidə olunur.
- Sizə müraciətlər daha çox hansı allergiya növü ilə bağlı olur?
- Bizə müraciət edən xəstələr arasinda daha çox bronxial astma, dərman allergiyaları, allergik rinit və xroniki övrə üstünlük təşkil edir.
- Allergik xəstəlikləri nə dərəcədə fəsillə əlaqələndirmək olar?
- Təbii ki, allergik xəstəliklər fəsillərə uyğun olaraq dəyişkənlik göstərə bilər. Bu daha çox mövsümi allergik riniti olan xəstələrdə  özünü göstərir. Yaz aylarinda, ağacların çiçəklənmə və tozlanma dövründə allergenlərin havada artması və yayılmasıyla əlaqədar olaraq rinitli  xəstələrdə simptomların kəskinləşməsi müşahidə olunur. Eləcə də qış aylarında havaların soyuması, kəskin respirator virus infeksiyalarının,yuxarı tənəffüs yolu xəstəliklərinin yayılmasi bronxial astmalı xəstələr üçün risk amilidir. Həmçinin soyuq havalar atopik dermatitli xəstələrdə də kəskinlaşmələrə səbəb olur. Bu qış aylarında dərinin quruması və allergenlərə qarşı daha həssas hala gəlməsiylə bağlıdır.
- Əsəbilik allergiyanın yaranmasına səbəb ola bilərmi?
Stress allergik xəstəliklərin səbəbi olmaqla yanaşı,  eyni  zamanda, nəticəsi də ola bilər. Allergiyayla yaşamaq bəzən xəstələr üçün çox yorucu və stressli  olur.Bundan başqa uzun müddət hansisa stresə məruz qalmaq immunitetin zəifləməsinə və allergiyaya meylli orqanizmlərdə xəstəliklərin kəskinləşməsinə yol  açır. Hansısa səbəbdən ciddi stress keçirmək bronxial astmalı xəstələrdə boğulma tutmalarının yaranmasına ,xroniki övrəli xəstələrdə səpkilərin əmələ gəlməsinə səbəb olur.  Atopik dermatitdən əziyyət çəkən xəstələrdə kəskinləşmələrin ən başlıca səbəblərindən biri də məhz stresdir.
- Ümumiyyətlə, allergiya sağalan xəstəlikdirmi və ən əsası bir mütəxəssis olaraq allergiyası olan insanlara nə məsləhət görərdiniz?
- Allergiya daha dəqiq desək orqanizmin bir xüsusiyyətidir. Allergiyalı insanlar digər insanların reaksiya vermədiyi bir çox amillərə qarşı həssaslıq göstərə bilirlər. Günümüzdə allergik xəstəliklər çox geniş araşdırılır və yeni müalicə metodları işlənib hazırlanır.  Allergik xəstəliklərdə müalicənin ilk şərti eliminasiya yəni təcrid olunmadır. Yəni allergiyanı yaradan səbəbi tapmaq və uzaq durmaq. Bəzən tək eliminasiya olunmaq belə allergiyanı aradan qaldırmağa kifayət edir. Bir çox hallarda isə allergeni tapmaq  və ya allergendən uzaq durmaq mümkün olmur. Belə olduqda novbəti addim medikamentoz müalicə üsullarıdır. Bu zaman bizim məqsədimiz bacardığımız qədər allergiya tutmalarının sayını azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Allergik xəstəliklərdə etiologiyaya (yaradan səbəb) yönəlmiş  tək müalicə metodu ASİT (allergen spesifik immunoterapiya)-dır.Bu zaman orqanizmin həssas olduğu allergen kiçik dozalardan başlayaraq artan dozalarda bədənə yeridilir. Bu metod bir çox xəstədə uzunmüddətli remissiyaların əldə olunmasına və xəstəliyin proqressivləşməsinin qarşısının alınmasına səbəb olmuşdur. Allergiyalı xəstələr dərman müalicəsiylə yanaşı,  həyat tərzlərinə daim diqqət yetirməlidirlər. Ev şəraitləri,qida və geyim tərzləri  xəstəliklərinə uyğun şəkildə olmalıdır. Körpələrin ana südüylə qidalanması,süni qidalardan mümkün qədər uzaq durmaq,peyvəndlərin vaxtinda aparilmasi,uşaqları həddindan artıq  gigiyenik vasitələrə məruz qoymamaq  daha böyük yaşlarda allergiyanın əmələ gəlmə riskini azaldır.

Söhbətləşdi:  MƏTİN
Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

"Koroğlu"nu,  "Cavad xan"ı  yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi
15:2810 may

"Koroğlu"nu, "Cavad xan"ı yenidən dünyaya qaytardı və sonra... onlara qoşulub, getdi

Rövşən müəllimlə 35 ildən çox tanışlığımız-dostluğumuz vardı. Son zamanlar bu azman görkəmli rejissorla görüşərkən (adətən teatr məbədlərimizdə - Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.