İSTİ XƏBƏRLƏR
» » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR



Lətifələrin reytinqi

5-ci yer
Bakı avtovağzalında bir qadın əlində də kisə yaxınlaşır Şəki avtobusuna ki, gedirəm Şəkiyə.  Buna sürücü yer ver, kisəsini də qoyur baqaja. Qadın deyir ki, ehtiyatlı ol ha, kisədə pişik var. Yola çıxırlar, yol boyu qadın danışır, hər şeyə irad bildirir. Gəlib çatırlar Kürdəmirə. Hamı düşür restoranda çay içməyə. Sürücü  deyir, bir baxım, görüm yüklər nə yerdədi. Birinci elə həmin şüvən qadının kisəsinə baxır ki, görsün pişik nə haldadır. Görür ki, baho, pişik ölüb. Fikirləşir ki, mən bu qadına nə cavab verəcəm? Onsuz da yol boyu zəhləmi töküb. Buna desəm ki, pişiyin ölüb, bu da məni öldürəcək. 
Ağlına batır ki, restoran dolu pişikdi, bu ölünü atım, burdan bir pişik tutum salım kisəyə. Hardan xəbəri olacaq.
Necə fikirləşir, elə də edir. Restorandan bir ona oxşayan pişik tutub salır kisəyə. Gəlib çatırlar Şəkiyə. Sürücü hamının yükünü paylayır, həmçinin bu qadının da. Qadın dərhal açır kisəni, qışqırır ki, bu axı mənim pişiyim deyil. Sürücü irəli durub deyir, nətəri sənin pişiyin deyil, həmin rəng, həmin ölçü. Nəyi fərqlidir ki?
Arvad qayıdır ki, mənim pişiyim ölmüşdü. Gətirirdim Şəkiyə basdırmağa.

4-cü yer
Anekdotı.ru portalında həftənin lətifəsi.
Müəllim:
- Deyin görüm, su pərisi balıqdır, yoxsa qadındır?
Tələbə: 
- Bu baxır, siz hansı sarıdan acsız.

3-cü yer
Bir dəfə bərkgedən bir deputatımızı Londona bir forumda iştiraka yollayırlar. Biznes klasda uçuş, beş ulduzlu oteldə yaşamaq, bahalı restoranlar, filan-bəsməkan. Bir sözlə, hər cür şərait qururlar ki, bu şəxs vətənini layiqincə təmsil etsin.
Əlqərəz, kişi gedir, missiyasını başa vurur, geri qayıdanda aeroportda media başının üstünü alır.
Qənirə Ataşova soruşur:
- İngiltərə barədə ilk təəssüratınız.
Deputat söyləyir:
- Çox savadlıdır oranın əhalisi. Təsəvvür edin ki, hamisi ingiliscə danışır.

2-ci yer
Qadın həyat yoldaşını qadın həkimin yanına aparır. Qadın həkim qadının həyat yoldaşını müayinə edib onun qulağına pıçıldayır:
- Xanım, xəstə heç xoşuma gəlmədi.
Qadın da ah çəkib deyir:
- Vallah, heç mənim də xoşum gəlmir. Uşaqlara görə birtəhər dözürəm.

1-ci yer
Facebook qruplarından birində sual verilib ki, yazın görüm, yaşadığınız yerdən hansı dahi, tanınmış məşhur simalar çıxıb.
Qaraçuxurdan biri yazıb, Namiq Qaraçuxurlu.
Tovuzdan biri yazıb, Şəbnəm Tovuzlu.
Kürdəxanıdan biri yazıb, Bayram Kürdəxanı.
Xırdalandan biri Aydın Xırdalanlı yazıb.
Binədən də bir nəfər yazıb ki, Binəli Yıldırım.

Ariflik
Bir dəfə bir dəstə gənc məşhur rus şairi Mayakovskini dolamaq qərarına gəlirlər və ona deyirlər:
- Baxın, siz deyirsiniz ki, gürcülər arasında gürcüsüz, ruslar arasında russuz. Maraqlıdır, bəs axmaqlar arasında siz kimsiniz?
Mayakovski azacıq düşünüb cavab verir:
- Axmaqlar arasında ilk dəfəyəm.

Təklif
Toyda videoçəkən gəlib kamerasını hansı stola tuşlayırsa orda dərhal hamı yeməyini dayandırır. Səmərələşdirici bir təklifimiz var.  Yemək-içməyə qənaət etmək üçün toyda ortaya 30 kameraman buraxmaq lazımdır ki, heç kəs yemək yeməsin.

Kəlam
"Siz pulla bahalı çarpayı ala bilərsiniz, ancaq yaxşı yuxu yox. Mülk ala bilərsiniz, ancaq yuva yox. Bir tanış qazana bilərsiniz, ancaq dost yox".

Müəmma
Dünya alimləri hələ də metroda yatan, amma düşəcəyi dayanacaqdan 1 dayanacaq əvvəl avtomatik ayılan azərbaycanlıların sirrini tapa bilmirlər.

Telefonda dialoq
Qız: - Canım, hardasan?
Oğlan: - Qardaşım təzə "Bentli" alıb, şəhəri gəzirik. Bəs sən hardasan? 
Qız: - Mən də avtobusdayam, səndən 2 sıra arxada oturmuşam.

Olmuş əhvalat
Qadın Parisdə metroda gedir. Gediş haqqı vermək lazımdır. Yanında başqa bir qadın var. Gediş haqqını həmin qadın vasitəsilə nəzarətçiyə ötürmək istəyir. Amma bilmir qadına necə müraciət etsin.
Düşünür: "Bu, ekspress qatardır. Qadın əvvəlki dayanacaqda düşməyib. Demək, bizim rayona gedir. Əlində çaxır şüşəsi var. Demək, kişiylə görüşə gedir. Çaxır bahalıdır, demək, yaraşıqlı  kişiylə görüşür. Bizim rayonda cəmi iki gözəl kişi var. Mənim ərim və mənim aşnam. Mənim aşnamın yanına gedə bilməz, çünki onun yanına mən gedirəm. Demək, mənim ərimlə görüşə gedir. Ərimin iki sevgilisi var. Mirey  və Yuliya. Mirey hazırda Nitsadadır.
Qadının qoluna toxunur:
- Yuliya,  zəhmət olmasa mənim də əvəzimdən gediş haqqını ödəyin də.
- Aaa. Siz məni hardan tanıyırsız?"

Dodaqqaçdı
Dərdayıl əsgərlikdən nənəsinə qumbara göndərir və məktub yazır: "Əziz nənəm. Əgər sən bu halqanı çəksən, mənə 3 gün məzuniyyət verəcəklər. Gör neynirsən!"

Istək
Kaş uşaq olaydım, altıncıda oxuyaydım, ikinci smen olaydıq, qış ayları olaydı, axırıncı saat əmək təlimi keçəydik, əmək müəllimi deyəydi ki, sizi evə buraxıram, səs-küy salmadan gedin...

Tapmacalar
Sual: 
- Şeir yazmağı eləyib su kimi asan. O kimdir?
Cavab:
- Elza Seyidcahan.
Sual:
- Ona alqış ediblər ki, dünya durduqca səndə kresloda dur. O kimdir?
Cavab:
- Rəsizadə Artur.
Sual:
- Yumor ulduzlarımız nə balıqdır, nə ət. Məsələn?
Cavab:
- Məsələn, Fəlakət.

Sitat
"Öz tay-tuşlarının arasında analizlərinin müsbət nəticəsi ilə öyünməyə başlayırsansa, demək, qocalmısan".

Dodaqqaçdı
- Əgər nəsə bir problemin olsa, səndə mənim nömrəm var da, elədir?
- Bəli, elədir.
- Onu pozarsan.
Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

OXUMASANIZ DA OLAR
11:1724 may

OXUMASANIZ DA OLAR

Telefon mağazasına gələn qoca bir kişi usta güşəsinə yaxınlaşıb telefonunun işləmədiyindən şikayət edir və ustadan xahiş eləyir ki, telefonunu düzəltsin. Usta telefona baxdıqdan sonra onu qocaya qaytarır, deyir, ağsaqqal, bu telefon işlək vəziyyətdədir, xarab-zad deyil. Bunu eşidən qocanın gözləri

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

OXUMASANIZ DA OLAR
19:0210 may

OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR