İSTİ XƏBƏRLƏR
» » Sumqayıt bulvarında konsert proqramları təşkil ediləcək

Sumqayıt bulvarında konsert proqramları təşkil ediləcək



Sumqayıt mədəniyyət müəssisələrinin kollektivləri şəhər bulvarında konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yay-istirahət mövsümünün başlanması ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsi əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə şəhər özfəaliyyət kollektivlərinin konsert çıxışlarına start verib.

Sumqayıt şəhər bulvarının konsert meydançasında təşkil olunan açılış konsertində Sumqayıtın klub müəssisələrinin özfəaliyyət kollektivləri maraqlı və rəngarəng musiqi nömrələri təqdim edib.

C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs ansambllarının ifasında rəqs nömrələri izlənilib, “28 may” Diyarşünaslıq evinin, Şəhər Mədəniyyət Evinin, “Gənclik” və 6 saylı şəhər klublarının və digərlərinin gənc solistlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri, xalq və bəstəkar mahnıları dinlənilib.

Konsert proqramları hər həftənin şənbə və bazar günləri keçiriləcək.
Rəy bildir +
Oxşar xəbərlər
Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?
13:0930 may

Stalin Sumqayıt İstilik Elektrik Stansiyasına niyə təşəkkür məktubu göndərdi?

Sumqayıtın ilk müəssisəsi - İstilik Elektrik Stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdir. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk cərəyan vermişdir. Müharibə illərində də İES tam gücü ilə işləmişdir. Müəssisənin 1943-cü il

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür