İSTİ XƏBƏRLƏR
» » Duyğulu qəlbin 50 illik sızıltıları

Duyğulu qəlbin 50 illik sızıltıları

Səsini Sumqayıt şəhər radio verilişlərindən eşitsəm də özü ilə ilk tanışlığım “Sintezkauçuk” zavodundan başlamışdır. 18 yaşımız vardır, istəklərimiz çox, arzularımızsa böyük idi. Bir gün işə gələndə xoş xəbər aldım. İş yoldaşımız Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdu. Gənc qızın yeni həyat səhifələrinin maraqlı olacağına çox sevindim. 1987-ci ildə yazdığı mənsur şeirlərindən, hekayələrindən mənə oxuyanda mənalı baxışlarından qeyri-adiliyini, haqsızlıqla barışmayan duyğulu qəlbinin böyüklüyünü sezmişdim. Bu istedadlı qələm sahibi  ilə illər sonra yenidən görüşəndə sevincimin həddi-hüdudu yox idio artıq İlhamə Məhəmməd qızı imzasını tanıtmışdı. Hələ məktəb illərindən xüsusi dərnəklərdə məşğul olması, “Savalan” jurnalında, “Pioner” qəzetində dərc olunan yazıları,  ilk müəllimi Ələsgər Qurbanovun məsləhət və tövsiyələrindən faydalanması İlhamə xanıma sonralar yaradıcılıq yollarında uğur gətirmiş, jurnalist kimi yetişməsinə cığır açmışdır.

     Orta təhsilini Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə başa vurduqdan sonar ilk əmək fəaliyyətinə yerli radioda diktor kimi başlayan İlhamə xanım qarşıda hansı sınaqların onu gözlədiyindən xəbərsiz idi. Özünə olan böyük inam onu jurnalist olmaq istəyinə çatdırmışdır. Həyatının ən maraqlı və yaddaqalan günlərini bu sənətə həsr etməklə müxtəlif illərdə “Sintez”, “Kauçuk”, “168 saat”, “Hər şey sizin üçün”, “Borçalı”, “Azad Azərbaycan”. “Əsrin sədası” qəzetlərində, “Azərbaycan dünyası”, “İT Mağazine”, “Formula Uspexa” jurnallarında fəaliyyət göstərmişdi. Onun həmsöhbətləri ilə müsahibələri, məqalələri, oçerkləri və esse yazıları lakonikliyi, aydın və dolğunluğu ilə seçilir. “İdeal Market” qəzetinin təsisçisi və baş redaktorudur. İndiyədək müxtəlif media mükafatları ilə təltif edilən İlhamə Məhəmməd qızı Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvüdür.

     İlhamə Məhəmməd qızı Məmmədovanın ədəbi mühitdə özünəməxsusluğu 50 illik ömründə yaşadıqlarını - taleyin zərbələrini, küskünlüyü, qaranlıq zülmətidən nura can atmasını, mübarizliyi, vətənpərvərliyi, mərdliyi, cəsarəti, sonsuz sevgini, yanğını poetik fikirlərlə ağ varaqlara misra-misra düzməsindədir. Bu misralarda Anaya, Vətənə, Torpağa olan məhəbbətin tərənnümü, Vətən yolunda can qoyan şəhidlərimizin qəhrəmanlığı kövrək hisslərlə təsvir olunur. Böyük təsir gücünə malik olan şeirləri indiyədək müəllifi olduğu “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru”   kitablarından geniş oxucu kütləsinə tanışdır. Bu tanışlıq bulud kimi dolub boşalan xanımın iç dünyasına daxil olmağa yol açmaqla yurdsevərliyindən, əməksevərliyindən, nəcibliyindən, tənhalığından, əyilməzliyindən xəbər verir. 

     Oxucusunu duyğulu qəlbinin sızıltıları ilə özünə məftun etməyi bacaran istedadlı qələm sahibi İlhamə Məhəmməd qızının üzləşdiyi çətinliklər. haqsızlıqlar, əzab-əziyyətlər çox olsa da bədbinlikdən nikbinliyə işıq ucu gördükcə irəliyə addımlayır. Ayaqları altındakı daşlardan inildəsə də inamla yeni səhərlərin açılmasını gözləyir. Hər səhərdə arzularının çiçək açacağına ümüdləri artdıqca yaşamağa və yazmağa həvəsi də artır. Əminəm ki, bu həvəs indiyədək çəkdiyi acılıqları arxada qoyaraq qət edəcəyi yollarda ömür karvanını yeni sabahlara aparacaqdır.  Sabahın işığı həyatın artıq hər üzünü görmüş, bərkimiş təcrübəli jurnalist, şairə xanım İlhamə Məhəmməd qızının yaradıcılıq yollarına daha da şəfəq saçacaqdır. 

     Dərin ümmanlardan gələn bir səs deyir ki, 50 yaşadək nə yaşadınsa, onları keçmişin izində axtar, amma keçmişini unutma, özünlə gələcəyə apar. Çünki gələcək elə keçmişdən başlayır. Gələcək günlərini sevinclə, vüqarla yaşa İlhamə Məhəmməd qızı! 


 RƏNA   TƏBƏSSÜM 

AJB-nin üzvü

Rəy bildir +
Oxşar xəbərlər
Hamımız ona can atırıq. Nədir axı "uğur"?
15:3006 iyun

Hamımız ona can atırıq. Nədir axı "uğur"?

"Uğur" anlamı yaşamımızın ən vacib tərkib hissəsidir, hansı sahəyə üz tutsaq, hara əl qoysaq orada uğur qazanmaq ehtiyacı duyuruq, əlbəttə ki. Hansı işə əl atırıqsa, biz azərbaycanlıların da, digər əksər xalqların da belə  dədə-baba deyimi var, onu söyləyirik: "Uğurlar olsun!" Qarşımıza qoyduğumuz

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO