İSTİ XƏBƏRLƏR
» Sumqayıt şəhər sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək

Sumqayıt şəhər sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək

13:43 11 iyun --- 86



Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində Azərbaycan vəkilliyinin 100 illiyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən şəhər sakinlərinə və Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərizə və şikayətlərin yazılması da daxil olmaqla ödənişsiz hüquqi yardım göstəriləcək.

Ödənişsiz hüquqi yardımdan bəhrələnmək üçün əvvəlcədən qeydiyyata alınmaq və təyin olunmuş vaxtda şəxsiyyəti təsdiqləyən sənədlə büroya gəlmək xahiş olunur. Qeydiyyat üçün əlaqə vasitələri: (018) 656 22 11, e-mail: region.sumgait@barassociation.az. Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 71 (Poçt şöbəsinin yanı).

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.
Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Azərbaycan prezidenti: 16 ilin 17 anı...
13:2716 aprel

Azərbaycan prezidenti: 16 ilin 17 anı...

Dövlət başçısı İlham Əliyev prezidentliyinin 16-cı ilini ilk gündəki əzimkarlıqla davam etdirir. Biz bir Azərbaycan vətəndaşı kimi sadəcə bu 16 ildə 17 məqama nəzər yetirdik. Gördüyümüz mənzərə belə oldu.