İSTİ XƏBƏRLƏR
» » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular




Oğrular

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağıstanlıların liderlərindən olmuş Şeyx Şamilin naibi Hacı Muradın  (Lev Tolstoyun "Hacı Murad" romanı yəqin xatirinizdədir) nəşi  bizim Qax rayonunun Tanqıt kəndinin qəbirstanlığından oğurlanaraq Dağıstanın Xunzax kəndində yenidən dəfn olundu.
Mərasimə yüzlərlə xunzaxlı qatıldı, cənazə namazı qılındı, hətta media da bu barədə yazdı.
Əcaba, necə olur ki, başqa bir ölkədən gəlmiş adamlar ədəb-kamalla tarixi şəxsiyyətin məzarını dağıdıb onun nəşini çıxarırlar, sərhədi keçirib aparıb öz ölkələrində yenidən dəfn edirlər, bizdə heç bir bəni-adəmin bundan xəbəri olmur?
Qardaş, qəflət yuxusunda yatmaq bax budur.


Çimərliklər

Bu həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq idarəsi mətbuat konfransı keçirərək hansı çimərliklərin yararlı, hansıların yararsız olmaları barədə fikir yürütdülər.
Beləliklə, çimərlik sahələrinin monitorinqi keçirilərək, dəniz suyundan nümunələr götürülərək, mikrobioloji təhlillər aparılaraq Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlı, Türkan, Hövsan, Şıx və Primorsk çimərlikləri isə zərərli maddələrin miqdarının normadan artıq olması səbəbindən yararsız elan olundular.
Bir diqqət edin, adları birinci çəkilənlər el arasında varlıların, ikinci çəkilənlər isə kasıbların plyajları kimi tanınır.
Necə deyərlər, kasıba ay da qara, gün də.



Futbolçular

Ispaniya  La Liqasının "Valyadolid" klubunun 7 futbolçusu bu həftə polisin nəzarəti altına düşdülər. Belə ki, onlar "Valyadolid" -"Valensiya" oyununda alqı-satqı faktında şübhəli bilinirlər.
7 futbolçu "Valensiya"nın hər iki hissədə qələbə qazanacağı əmsalına (2,2) hər biri 10 min avro məbləğində pul qoymaqla 22 min avro qazanmışdır. Belə ki, matç 0:2  (0:1) hesabı ilə nəticələnmişdir.
Öz aramızdır, ispanlar çox insaflıdırlar. Danışılmış oyuna adama cəmi 10 min avro qoyurlar. Bizimkilər oyun satanda yarım milyona, bir milyona vurub çıxarırlar pul qoyuluşunu. Hətta,  ehtiyat üçün, pulu Bakıdan da vurmurlar, Tiflisə, Dubaya güzar edirlər.


Qızqaçıran

Sankt-Peterburqda yaşayan 25 yaşlı Azərbaycan vətəndaşı Orxan Şakir oğlu Yusiflinin adı bütün Rusiya KİV-nin manşetinə çıxdı. Buna səbəb, həmyerlimizin 21 yaşlı bir rus qızını zorla maşınına basaraq qaçırması oldu.
Ruslar bu hadisəyə olduqca mənfi, hətta lap nifrətetmə dərəcəsində reaksiya göstərdilər. Bizim el adətimizə: oğlanın quşu qonmuş qızı zorla, qızın istəyinə zidd olaraq qaçırıb özünə arvad eləyə bilməsinə Şimal qonşularımız bu cür şərh verdilər: "Bu necə ola bilər? Başqasının qızını zorla qaçırıb gətirməyə arvadalma deyilir, amma başqasının avtomobilini qaçırmağa cinayətkarlıq?"


Ermənilər

ABŞ-ın Los-Angeles şəhərinin polisi bank fırıldağına görə 9 ermənini həbs etdi. Onlar "Bank of America"dan 1,5 milyon dollardan çox pul mənimsəyiblər, bundan ötrü 331 erməni pasportundan istifadə ediblər. Onlar başqa bank hesablarına qəbz yazmaq üçün dəyişdirilmiş pasportlarda göstərilmiş saxta adlara açılmış bank hesablarından istifadə ediblər.
48 yaşlı Ara Malhasyanın başçılıq etdiyi, qadınlı-kişili bu qohum-əqraba bandasına üst-üstə 30 il cinayət işi kəsiləcəyi gözlənilir.
Maraqlıdır, ABŞ-dakı fəal erməni diasporu bu hadisəyə necə reaksiya verəcək? Bəlkə deyəcəklər ki, bu 9 nəfər cinayətkar deyil, Robin Qudun davamçılarıdır, harın kapitalist ünsürlərin eyş-işrətə xərcləyəcəyi pulları götürüblər ki, kasıb-kusuba, xəstə və əlillərə paylasınlar?


Müxalifətçilər

Müxalifətin iclasında müxalifət cəbhəsinin iki nümayəndəsi: Azadlıq Partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri, sumqayıtlı Mətləb Mütəllimli arasında gərginlik yaşandı. Tərəflər hətta bir-biri ilə əlbəyaxa oldular. Mediaya şahidlərdən sızan məlumata görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib. Amma "fiziki müdaxilənin" məhz nə olması  açıqlanmayıb.
"6 xətt"in müxalifət iclaslarında baş verən əlbəyaxa davalar üzrə eksperti Əli Məmmədovun fikrincə, bu "fiziki müdaxilə" məsələsi  nədirsə çox qəliz məsələdir. Çünki, adətən insidentlərdə təhqir etmə, söymə, qarğış yağdırma, üzünə tüpürmə, şillələmə, yumruqlama və təpikləmədən istifadə olunur ki, bunların da hər biri öz adı ilə adlandırılır.
Bəs onda Əhməd bəy Mətləb bəyə "fiziki müdaxilə" adı altında nə edib? Bəlkə onu boğub? Yaxud qolunu burub? Ola bilsin də ki, yun çubuğu ilə yumşaq yerinə döyəcləyib.
Rəy bildir +
Oxşar xəbərlər
Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:5314 may

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

  Bu həftə Gürcüstanın Loqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində polislə yerli sakinlər arasında insident baş verdi. Belə ki, polis azərbaycanlıya məxsus avtomobili heç bir qanun pozuntusuna yol verməsə belə saxlayıb, onun xəstəxanaya tələsdiyinə də əhəmiyyət vermədi. Yaranan