İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı tələbələrə "Bələdiyyə" təqaüdü təqdim edildi

Sumqayıtlı tələbələrə "Bələdiyyə" təqaüdü təqdim edildi



Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində yeni təsis edilən "Bələdiyyə" təqaüdünün təqdimat mərasimi keçirilib. Qeyd edək ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tövsiyəsi ilə Sumqayıt Bələdiyyəsi şəhərdə qeydiyyatda olan, əla və yaxşı qiymətlərlə oxuyan 30 tələbəyə təqaüd ayırılıb.
Təqdimatda universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. 
Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov "Bələdiyyə" təqaüdünə layiq görülən tələbələri təbrik etdi. S.Əsədov 70 illik yubileyini qeyd etməyə hazırlaşan şəhərimizdə cənab Zakir Fərəcovun yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı. Qeyd etdi ki, geniş profilli Sumqayıt Dövlət Universiteti şəhərimizin müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadrlar hazırlayır.
Sonda tələbələrə "Bələdiyyə" təqaüdü verilib.
Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir 

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Bələdiyyə 30 tələbəyə təqaüd verəcək
10:0921 may

Bələdiyyə 30 tələbəyə təqaüd verəcək

Sumqayıt bir sıra yenilikləri ilə ölkənin digər şəhərlərindən fərqlənir. Bunlardan biri də şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində (SDU) oxuyan tələbələrə "Bələdiyyə" təqaüdünün verilməsidir.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli