İSTİ XƏBƏRLƏR
» » Bolqarıstanın iki əczaçılıq şirkəti Sumqayıtda dərman istehsal edə bilər

Bolqarıstanın iki əczaçılıq şirkəti Sumqayıtda dərman istehsal edə bilər


Bolqarıstanın "Sopharma" və "Biopharm" şirkətlərinin nümayəndələri mayın 22-də Sumqayıt Kimya Sənaye Parkında olublar. Bu barədə  Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. 
Məlumatda bildirilir ki, qonaqlara Sumqayıt Kimya, Qaradağ, Pirallahı və Mingəçevir sənaye parkları barədə, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Sənaye parklarının təqdimatı keçirilib.
"Sopharma" və "Biopharm" şirkətlərinin nümayəndələri Azərbaycanda baytarlıq sahəsində dərman məhsullarının istehsalı sahəsində investisiya imkanlarına dair tədqiqat apardıqlarını və ölkədə fəaliyyət göstərən yerli şirkətlə birlikdə sözügedən sahə üzrə istehsalat müəssisəsi yaratmaq niyyətində olduqlarını bildiriblər.
Görüş çərçivəsində sənaye parkına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəy bildir +
Oxşar xəbərlər
Şəhərimiz necə dəyişir?
15:3606 iyun

Şəhərimiz necə dəyişir?

İstər Sovet rejiminin hökm sürdüyü illərdə, istərsə də müstəqillik dövründə Sumqayıt dostluğun ünvanı kimi tanınmışdır. Bu ünvanı ilk tanıyan Gürcüstanın metallurqlar şəhəri Rustavi oldu. Sonralar bu qapını Rumıniyanın Piteşti (1971), Ukraynanın Çerkassı (1972) şəhərləri döymüşlər. Hal-hazırda

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş
16:0622 aprel

Sumqayıt Kimya Sənaye Parkında Avstryalı iş adamları ilə görüş

Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastian Badisc, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georg Karabaczek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar
17:0617 aprel

Almaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar

Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.