İSTİ XƏBƏRLƏR
» » Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Sumqayıtlı turizm mütəxəssisi: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır



Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.
Turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda da bu sahə üzrə göstəricilər getdikcə artır. Burada təbiətin verdiyi tükənməz imkanlarla yanaşı, bu sahədə dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığının, sahəyə məsul qurumların fəaliyyətinin, ən yüksək standartlara malik infrastrukturun qurulmasının, turizmin, demək olar ki, bütün növlərinin inkişafına önəm verilməsinin və sadalamadığımız digər amillərin rolu vardır.
Bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.
"İlk növbədə onu qeyd edim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir. Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı və "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" ilə bağlı Fərmanı respublikada turizm sektorunun inkişafının yeni və mühüm mərhələsi kimi dəyərləndirilir. Bu sənədlərdəki vəzifələr milli iqtisadiyyatin əsas sektorları kimi turizm sənayesinin də yaxın 10 il ərzində çoxşaxəli və fundamental inkişafının ana xəttini təşkil edəcəkdir. Xüsusən beynəlxalq təcrübəyə əsaslanan turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazların tətbiqi, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, müxtəlif təyinatlı və çeşidli turizm festivallarının təşkili turizm sektoru təmsilçiləri tərəfindən minnətdarlıqla qarşılanır",- deyə R.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, son illər ölkəmizin böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır. Artıq Azərbaycanın adı digər sahələrlə yanaşı, turizm istiqamətində də regionun lider dövləti kimi təqdim edilir. Təkcə bu ilin ötən müddətində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, artıq 4-cü dəfə "Bakı Avropa Qran-Prisi" adı altında baş tutan "Formula 1" yarışlarına və sair bu kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilir, müxtəlif turpaketlər təqdim edilir. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.
Milenium Konqres Turizm şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir. 2016-cı ilin iyun ayında dövlət başçısı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərman imzalayıb. 2017-ci ilin yanvarından isə sənədə uyğun olaraq "ASAN Viza" portalı fəaliyyət göstərir. Bu portalın yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə bilir.
Artıq "Turizm haqqında" Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə görə elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətində müraciətə baxılır.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri vurğulayıb ki, ötən il yanvarın 31-də aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir müvafiq fərman imzalanıb.
Sənədə əsasən 2018-ci il mayın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza" sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.
Bundan başqa, 2017-ci ildə Milli Məclisdə "Turizm haqqında" yeni Qanunun müzakirələri aparılıb. Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərəcək və bir çox istiqamətlərdə müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.
Ruslan Quliyev deyib ki, qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq. Bütün bunların hamısı təbii ki, yeni turist sayı deməkdir.
Aparılan hər bir təbliğatın, həyata keçirilən layihələrin son nəticəsinin ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olduğunu söyləyən Ruslan Quliyev bildirib ki, bunu statistikaya nəzər saldıqda daha aydın görə bilirik. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti deyib: "Təbii ki, ölkəyə gələn turistlərin sayına müvafiq olaraq yerləşdirmə yerlərinin sayı da artır. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq. Bu sahəyə həm dövlət tərəfindən göstərilən yüksək diqqət, həm də özəl sektorun marağı bunu deməyə əsas verir".
Rəy bildir +
Oxşar xəbərlər
Trampın Azərbaycan  prezidentinə məktubunda hansı mesajlar var idi?
15:1304 iyun

Trampın Azərbaycan prezidentinə məktubunda hansı mesajlar var idi?

Hazırda qlobal geosiyasi mənzərədə mürəkkəbliklər və qeyri-müəyyənliklər artır. Müxtəlif dövlətlər arasında münasibətlər gərginləşir, meydana yeni risk və ziddiyyətlər çıxır. Belə bir situasiyada dünyanın böyük dövlətlərinin müstəqilliyini əldə etmiş ölkələrlə münasibətləri hansı prinsiplər

Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?
18:0408 may

Nəqliyyat dəhlizi kimi nə qazanacağıq?

Təşəbbüskarı olduğu və qoşulduğu nəqliyyat layihələri sayəsində Azərbaycan nəinki regionun, beynəlxalq tranzit marşrutunun mühüm iştirakçısı, vacib həlqəsinə çevrilib. Ötən həftə Pekində keçirilən "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ölkəmizin bu sahədəki beynəlxalq nüfuzunu,

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO