İSTİ XƏBƏRLƏR
» » Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?

Sumqayıt çimərliyi yay mövsümünə hazırdırmı?



Sumqayıtın bütün göstəriciləri öncədən düşünülmüş layihələrə uyğunlaşdırılıb. Burada inkişaf təkcə bir istiqamət üzrə köklənmir, sənaye, müxtəlif profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə bir-birini tamamlayır. Elə buna görə də Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci sənaye mərkəzinə çevrilib.
Xəzərin sahilində - ləpədöyəndə yerləşən Sumqayıt çimərliyi ilə də fərqlənir. Bura təkcə ölkə vətəndaşlarının deyil, turistlərin də istirahət yeridir.
Çoxumuz yayın başlamasını səbirsizliklə gözləyirik. Çünki yayda dənizə getməmək, Xəzərin duzlu sularında çimməmək heç ağlabatan deyil, özü də sahil boyu uzanıb gedən Sumqayıtda...
Əvvəllər Sumqayıt çimərliyi baxımsız vəziyyətdə idi. Buranı hətta ev heyvanları da özlərinə "istirahət" yeri seçmişdi. Sahilin çirkli olması hamını Bakı çimərliklərinə aparırdı.
Son bir neçə ildə ölkə başçısının imzaladığı sərəncamla çimərlik turizminin inkişafına dair tədbirlər planının təsdiq edilməsi yenicə başlayan yay mövsümündə aktuallığı ilə fərqlənir. Burada çadır və kənd turizminə də geniş yer ayrılıb. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar Sumqayıtda artıq öz bəhrəsini verməkdədir. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Belə bir bulvarın salınması ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Əslində Sumqayıtın çimərlik turizminin əvvəlini elə bulvardan başlamaq lazımdır. Bulvarı fərqləndirən cəhətlərdən biri onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, dövlət vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu cür layihələrin icrası bir daha sübut edir ki, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir. Şəhərə gələn turistlər bulvarda Bayraq meydanı və Bayraq muzeyi ilə tanış olurlar. Burada fəaliyyət göstərən kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri qarşıdan gələn yay mövsümünə tam hazırdır.
Sumqayıtda turizmin inkişafına təkan verən cəhətlərdən biri də şəhərin sənaye potensialının yenilənməsidir. Bu gün Sumqayıt tullantısız sənaye mərkəzi kimi fəaliyyət göstərir. Bütün bunlar çimərlik turizminin inkişafına imkan verən amillərdir. Sumqayıtda dənizin sahilində səhər gün çıxanda ətrafa yayılan yod qoxusunun müalicəvi əhəmiyyətini də əlavə etmək lazımdır. Bu mövsümdən belə bir müalicə forması fəaliyyət göstərən istirahət mərkəzlərinin girəcəklərində olan reklam tablolarında qeyd ediləcəkdir.
İkinci bir cəhət isə şəhərin dəniz səviyyəsindən yuxarıda yerləşməsidir. Bunun nəticəsi olaraq Sumqayıtda daim külək əsir. İsti yay günlərində belə əsən külək insanlara sərinlik gətirir.
Sumqayıtda çimərlik turizminin inkişafını şərtləndirən cəhətlərdən biri də onun təbii mövqeyi ilə bağlıdır. Azərbaycana böyük turist axını Rusiya, Belarus və Türkiyə respublikalarındandır. Sumqayıt bu ölkələrin tranzit yolunun üstündədir. Sərhədi keçən turist bir neçə saatdan sonra Sumqayıta çatır. Yeni infrastruktur və müasir yaşayış binaları ilə əhatələnən bu şəhərin Corat kəndi var. Turistlərin diqqətini bu kənddə cəlb edən çox şey var. Yaşı yüzillərlə ölçülən məsçid, tarixi qala divarları, qədim hamamlar, xan evi və digər tikililər hamının marağına səbəb olur. Təkcə ölkəmizdə deyil, keçmiş sovetlər məkanında məşhur olan Corat qutabı, neçə-neçə dadlı yeməyi ilə tanınan bu kənddə turistlərin istirahəti üçün bütün şərait yaradılmışdır.
Yay mövsümündə Corat kəndi ətrafında və dənizə yaxın ərazilərdə çadır turizmini formalaşdırmaq nəzərdə tutulub. İsti qum üzərində dincəldikdən sonra orada qurulan çadırda səhərin al şəfəqlərini izləməyin özgə ləzzəti var.
Sumqayıt çimərliyinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin ətrafı təmizlənib, təmir işləri başa çatıb. Sarıqaya istiqamətində bağlararası yol lazımi hala gətirilib.
Yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin yüksək səviyyədə qurulması və tibbi yardımın göstərilməsi üçün müvafiq qaydada aidiyyəti təşkilatlara tapşırıqlar verilib. Dəniz sahilində günvurmadan əziyyət çəkən vətəndaşa elə yerindəcə xidmət göstəriləcəkdir.
Sumqayıt çimərliyinin üstün cəhətlərindən biri onun kənd turizmi ilə birləşməsidir. Xaricilər çox vaxt hoteldənsə şəxsi evlərdə qalmağa üstünlük verirlər. Bir addımlıqda yerləşən Novxanı və Corat kəndlərində evlərini turistlərə verən yüzlərlə insan var.
Əhalinin çimərliyə gediş-gəlişini təşkil etmək üçün bu ərazilərə xüsusi marşrutların ayrılması da nəzərdə tutulub. Çimərlikdə yerləşən bütün iaşə obyektləri mövsümə nümunəvi hazırlaşır. Yay aylarında fəaliyyətini gücləndirən mərkəzlərdə çalışanların da sayı artır. Personal xüsusi xidmət geyimləri ilə təmin edilir.
Bu yay mövsümündə Sumqayıtın turist potensialının ötən ilə nisbətdə artacağı gözlənilir.

Akif ƏLİYEV
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Sumqayıt 7 ildə necə dəyişib?
10:2722 may

Sumqayıt 7 ildə necə dəyişib?

Əlbəttə, Sumqayıt sürətlə dəyişir, inkişaf edir, böyüyür, gözəlləşir. Biz, buranın sakinləri bunu elə də hiss etmirik, amma şəhərə təkrarən  qonaq gələnlər iki gəlişləri arasındakı hədsiz fərqi dərhal duyurlar.

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Sumqayıt bulvarından reportaj
18:1030 aprel

Sumqayıt bulvarından reportaj

Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur.

Turizm zonasına  çevrilən şəhər
16:5216 aprel

Turizm zonasına çevrilən şəhər

Sumqayıtda bir "Şəhər bağı" vardı. İndiki Dövlət Dram Teatrının arxasında. Yadımdadır ki, 1-ci sinifdə oxuyarkən ilk dəfə həmin bağa ekskursiyaya getmişdik. Bitki aləmi çox zəngin idi. Biz orada xeyli oynadıq, ağacların çətiri altında nahar etdik. Sanki yaşıl bir adaya səyahətə çıxmışdıq. Ertəsi