İSTİ XƏBƏRLƏR
» » Üç çılpaq “gözəl” və Molla Nəsrəddin

Üç çılpaq “gözəl” və Molla Nəsrəddin



Daimi oxucumuz, ixtisasca stomatoloq olan Elvin Salmanovunelektron poçtumuza ünvünladığı yazını təqdim edirik.
Bir neçə gündür ki, 3 çılpaq “gözəlin” “şan-şöhrəti” məmləkətimizi ağuşuna alıb. Dillər əzbəri olan “gözəllərin” dastanı çox saytlara baxış və reytinq,  qeyrət həsrətində olanlara da qeyrətli kimi moizə etmək ləzzəti daddırıb. Yatmış qeyrətimizə elektroşok effekti verən bu hadisə hamını heyrət və təəccübə salıb. Güya ki, hamı dəhşətə gələrək barmaqlarını çeynəməyə başlayıb. Mən də təəccübə boğuldum. Amma mənim təəccübüm eyş-işrət məclislərinin bül-bülləri olan artist və məmur qırıntılarının qeyrətə gəlməsi oldu. Axı bu hadisənin olmasından ötrü   Azərbaycan teleradio məkanı 20 ildir ki, külüng çalıb zəhmət çəkir. Öpüşməli seriallardan tut , azad seksə çağıran şairələrə, arvadının xəyanətini efirdə elan edən müğənnilərdən tut , camaata əxlaq öyrədən homoseksualistlərə qədər get. Bəs bu yazıqlar neçə illərdir nə üçün əziyyət çəkirlər? Xoşqədəmlər və Zaurlar bu ölkənin ən əxlaqsız ailələrini niyə görə saatlarla xalqa qızıl məcməyidə təqdim edirlər? Azərbaycanda örnək olası kübar ailələr yoxdur məgər?  Əlbəttə, var və onlar ekranın önündə qəzəbdən özlərini didməklə məşğuldurlar. Bu rüsvayçı təbliğata dinməyən alimlər, şairlər, millət vəkilləri və məmur qırıntıları niyə 3 “gözələ” görə haray-həşir qopardılar? Bu işin sonu belə olmamalıydı ki?  Artıq bu ölkədə pullu məmur bir neçə villada gözəllər bəsləmirsə, ona fərasətsiz kimi baxılır. Baş həkimin xüsusi təyinatlı gözəl tibb bacıları olmursa, o həkimə avam gözü ilə baxılır. “Kişi içər də , çəkər də” , “cavan qızdır, qoy həyatın yaşasın” kimi romantik deyimlər dillər əzbəridir bu diyarda. Belə olan halda , istədiyiniz 3 gözəl idi, yetirdi şeytan! Bəs bu haray-həşir nə üçündür?
Ona görə də başladım araşdırmağa ki, görüm 3 gözələ görə göylərə qalxan  bu fəryadın və ahu-fəğanın səbəbi nədir. Axırda tapdım!!! “Nə imiş Əfəndim?”
- Kişi elədiyi eşq-bazlığı çəkib yaymaz və camaatın qızın rüsvay etməzmiş!
Əsl səbəb bu imiş. Yəni içki də içmək olar, sütül qızları soyundurmaq da olar, lap onları bül-bül kimi oxutdurmaq da olar. Amma çəkib yaymaq olmaz.  Bu dərin fəlsəfi izahdan sonra Molla Nəsrəddinin məşhur lətifəsi yadıma düşdü: Mollanın evinə oğurluğa girənlər görürlər ki, mollanın arvadı elə  gözəlliyin sahibidir ki, keçməli deyil. Qərara alırlar ki, təcavüz etmədən getməsinlər. Yerdə bir dairə cızıb mollanı salırlar dairənin içərisinə və deyirlər ki, oradan çıxsan öldürüləcəksən. Oğrular gedəndən sonra arvad mollanı təhqir etməyə başlayır ki, bəs sən nə kişisən ki, hali-qəziyyə belə oldu. Molla özünü darta-darta deyir: “Sən bilmədin e, mən necə şücaət göstərdim! Onlar işlərini bitirənə qədər neçə dəfə ayağımı dairədən kənara çıxardım.”
Indi bizim də qeyrət yuxusundan oyananlarımız, xalqın əxlaqı bombardman olandan sonra çıxan səsə etiraz bildirirlər. Nə qədər ki, Azərbaycan ziyalısı əxlaq və tərbiyə cəhətdən başıboş buraxılmış  xalq üçün ayağa qalxmayacaq, lütlənən qızlarımızın videosunu sildirmək də kişilik sayılacaq. Daha qızın spirtli içki içməsinin, zinanın, xəyanətin, narkomaniyanın  qabağını almaq yox! Bu gün pozğunluğun gətirdiyi onlarla xəstəliklərə görə Azərbaycanın ağsaqqal həkimləri , professor və akademikləri dəridən qabıqdan çıxıb camaatı maarifləndirməlidirlər. Onlar isə yığdıqları pulları itirməkdən qorxaraq sükuta üstünlük verirlər. Dillənəndə isə günah keçiləri hazırdır! “Yəqin diş həkimində yoluxub.” Bəli! Biz stomatoloqlar bu cəmiyyətin “günah keçiləriyik”. Kim nə oyundan çıxıb xəstəlik tutubsa, onun səbəbkarı həmişə biz oluruq.
Xalqı elmi gerçəklərdən uzaq tutmaq və əxlaqi cəhətdən sahibsiz buraxmaq düşünülmüş hiylənin bir parçasıdır. Elə isə ağlımızı başımıza almalı və Bizansın taleyini yaşamamaq üçün “öz”ümüzə qayıtmalıyıq. Dövlətlə xalq birləşib milli-mənəvi dəyərlərinə sahib çıxmalıdır. Ziyalı və qalıbsa əgər, ağsaqqallar ortaya çıxmalıdırlar.  Xalqın tərbiyəsi və əxlaqı ilə sistemli məşğul olmaq lazımdır. Əyyaş atanın küçəyə buraxdığı uşaq kimi camaatın başın buraxmaq olmaz.

Elvin Salmanov



Rəy bildir +
Oxşar xəbərlər
Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə
12:2008 fevral

Fransada yanacağın qiymətinə etiraz, sadəcə bəhanə idi - Müsahibə

Salah Afrikanın ən yaxşı futbolçusu oldu
11:4109 yanvar

Salah Afrikanın ən yaxşı futbolçusu oldu

“Liverpul” futbol klubunun şərəfini qoruyan misirli hücumçu Məhəmməd Salah 2018-ci il üzrə Afrikanın ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bu, Seneqalın paytaxtı Dakarda keçirilən təntənəli mərasimdə elan olunub. Qeyd edək ki, Salah ardıcıl

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil
11:1809 yanvar

Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil

Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.