İSTİ XƏBƏRLƏR
» » Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Rauf Qaraişıq: Uşaqlığımın şəkli.

Rauf Qaraişıq


Sən - 

kontuziyalı zabitin

öz-özünə çaldığı

Çəpik kimisən,


Sən

sükutun o tayında 

partlayan 

Mərmi kimisən


Sən -

üçrəngli sükuta bürünmüş

Şəhid zabit  kimisən

Vətən!..


***


Barmaqlarım söz tutmur,

Yaza bilmirəm sənə,

Necəsən?..

Bu key barmaqlarımı

Bağışla mənə,

Sən Allah,

de görüm 

Necəsən?..


***


Padşah dostlar

Paşa dostlar

Bəy dostlar,

Gurşad dostlar

Qoşa dostlar

Mey dostlar...

Heeeyyy..


***


"Coğrafiya" dərsi.


- Bizim an yekə dağımız

          hansıdı, baba?

- Şuşa dağıdı, bala !

   Şuşa dağı...


***


İmamoğlunun təbəssümünə 

yazılmış şeir


Kirli təbəssümlər işə keçmir daha,   

Kirli və yorğun səslər də...

Nə qısılmış yoğun boyunlar,

Nə də qaydasız oyunlar

İşləmir daha, İstanbul!

Gözlərin aydın!.. 


***


Uşaqlığımın şəkli. 


 Ağ dizlərim 

           dağım-dağım… 

 Asfaltın ortasında

"Podnojka" meşəliyi… 


Rəngi getmiş rezin topum. 

Böyük uşaqların 

hapı-gopu, 

Balacaların məftil arabacıqları

Şütüyürlər - 

             dığın-dığın… 

Ağ dizlərim

             dağım-dağım! 

Bir də… 

Qana batmış rezin topum!.. 


***


Buz kimi -

Viskilərin əritdiyi buz kimi -

Çıxıb gedərəm ,

İtərəm !...


Duz kimi -

Düz kişilərin çörəyinin duzu kimi -

Çıxıb gedərəm ,

İtərəm !.. 

Mənə elə baxma !!! 


***

Əldən düşmüş nəhəng

Qoca it kimi

Ləhləyə - ləhləyə

Duman gəlir məhləyə. 

Gəmilərin fitinə də 

qoymur məhəl

Yavaş-yavaş, asta-asta, birtəhər

Duman gəlir məhləyə… 

Əldən düşüb axtarmaqdan 

Nəhəng, qoca iti azıb dumanın

Gəlib bizim məhləyə


***


Vaqiflərə  (Səmədoğlu və Bayatlı) yazılmış şeir. 


Yarpaq kimi

Budaq kimi şeirlər var, 

Bir də var… 

Ağac kimi şeir!


Pivə kimi

Çaxır kimi şeirlər var, 

Bir də var

Araq kimi şeir!


Buğda kimi

Sünbül kimi şeirlər var, 

Bir də var

Çörək kimi şeir! 


It kimi

Pişik kimi şeirlər var

Bir də var

Kişi kimi şeir! 


Nə olaydı… 

Bir altı çamurlu Cəbrayıl çinarı, 

Bir ağzı xamırlı -Qazaxdangəlmə, 

Bir dənə zavod çörəyi, Sumqayıtdan… 

Bir də bir Adam! 

Oturub Vaqifin şeirlərini oxuyaydıq… 


***


Heykəl işinə baxan məmura


Hadiyə bir heykəl qoyun, noolar?! 

Hə, Məhəmmədi deyirəm. 

Qoyun 28-dəki vağzalın perronuna-

Apreldi, Maydı-bilmirəm, 

28-i deyirəm. 

Elə qatara mindiyi yerdə qoyun! 

Əlində-sata bilmədiyi şeirləri… 


Bəhlulzadəyə bir heykəl qoyun, noolar?! 

Həri, Səttarı deyirəm. 

Qoyun çölün düzündə

Ceyrançöldə-zadda

Damı daman daxmada

Yağışın-suyun içində-

Elə ora-bura qaçdığı yerdə qoyun! 

Əlində sulu boyaları axmış şəkillər… 


Mirzəcanızadəyə, 

Azad müəllimi deyirəm, 

bir heykəl qoyun, noolar?! 

AMEA-nın önünə

Oturduğu yerdə olsun, noolar?!. 

Ayaqları ağrımasın!.. 

Bir əlində kitab olsun, 

O birində "Zaparojets" açarları… 


Vəssalam!.. 

Siz sağ, mən də salamat. 


P. S. Hə, yadımdan çıxmışdı, 

         O kolxoz bazarının qabağında-

          Sumqayıtı, deyirəm, 

          Şeyx Nizaminin heykəli var, 

          Hə, Gəncəvini, deyirəm, 

          Götürün onu ordan, 

           Noolar?!!

Rəy bildir +
Oxşar xəbərlər
OXUMASANIZ DA OLAR
16:3930 may

OXUMASANIZ DA OLAR

Təzə doğulmuş körpə dil açır. Ilk dediyi söz "baba" olur. Bir gün sonra babası dünyasını dəyişir. Uşağın növbəti işlətdiyi söz "nənə" olur. Səhərisi gün nənəsidə dünyasını dəyişir. Sonra uşaq "bibi" və "dayı" deyib bibisini və dayısını da o dünyaya yola salır. Növbəti gündə uşaq "ata" deyir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

Alfred, İbrahim Xan, Arlekin...
18:0330 aprel

Alfred, İbrahim Xan, Arlekin...

Gənc bir tələbəydi onu tanıyanda. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  oxuyurdu,   o  zamanlar  mən Azərbaycan Televiziyasının"Səhər" proqramında çalışırdım  və " Etiket qaydaları " adlı rublikamıza gənc aktyorlar çəkməliydik.  Getdik universitetə ki,  tələbələr arasından seçim edək.

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür
11:3106 mart

Mərkəzin uşaq və gənclərin inkişafında rolu böyükdür