İSTİ XƏBƏRLƏR
» » Sevgi faciəsi

Sevgi faciəsi

20 yaşlı oğlan onu tərk etmək istəyən 17 yaşlı sevgilisini qəddarlıqla qətlə yetirdi


Bəzən sevginin gözü kor, qulaqları kar olur. Xüsusən oğlanlar sevdikləri qızın başqasına qismət olmasına əsla imkan vermirlər.

Dörd il öncə paytaxt  sarsıdıcı bir hadisəyə şahidlik etdi. "Ya mənim olmalısan, ya qara torpağın" seçimi qarşısında qalan 17 yaşlı qız qara torpağa qismət oldu.

Aytacın qırmızıya bəzənmiş tabutunun başı üzərində ağlayan anası Gözəl Babayevanın sözləri otağa yığılanların ürəyini dağlaylrdı: "Ay qızım, axı mən səni instituta yola salacaqdım, axı sənə toy edəcəkdim, axı Orxan sənə arxayın olub getmişdi... Əllərin qurusun  balamın qatili!!! Səni zəlil olasan!!! Niyə Aytacımın gözəl ömrünü yarımçıq qoydun, ay alçaq?!"

Bir aprel səhəri 17 yaşlı Aytacın ölməsinə  rəfiqələri də inanmaq istəmirdilər. Aytacın yas məclisinə gələn qızlar xısın-xısın pıçıldaşıb ağlayırdılar. Rəfiqələrindən biri bir neçə vaxt bundan əvvəl olan hadisəni xatırladı: 

--Qızlar, yadınızdadır, İzzət bir dəfə də onun telefonunu əlindən alıb sındırmışdı. Bizə danışanda, mən dedim ki, ay qız o dəlidir, uzaq dur ondan. Onun nə haqqı var ki, sənin telefonunu alıb sındırır? Sənə telefon alıb ki?... 

--Yazıq qız ayrılmışdı da ondan. Deyirdi ki, "iti görüm, qurdu görüm, İzzəti görməyim. Bir səhvdir etmişəm, bilməmişəm sevmişəm, indi sevmirəm, qorxuram ondan, ağzımı açan kimi mənim başıma vurur, üzümə sillə vurur, pis söyüşlər söyür... Sonra da barışmaq üçün gəlib dil tökür, üzr istəyib deyir ki, hirsli olmuşam, bağışla..."  Bax bu da axırı, heyif bizim ağıllı Aytacımızdan.

***

Babayevlərin ailəsində 20 yaşlı İzzət Hüseynovun Aytaca rahatlıq verməməsi dəfələrlə müzakirə olunmuşdu. Bir dəfə də Aytacın anası  İzzətin yaşadığı  evə gedib anası Çiyələm oğlu İzzətin hərəkətləri barədə xəbərdar etmiş, qızından uzaq durmalarını xahiş etmişdi. Əks halda qadını polisə şikayət edəcəyi ilə hədələmişdi. 

İzzət Hüseynov isə  məğlubiyyətlə barışmaq istəmirdi.  İki ilə yaxın idi ki, eyni məktəbdə oxuduqları Aytacla tanış olmuşdu.  Aşkarda-gizlində görüşürdülər. Günlərin birində isə Aytac onunla görüşmək istəmədiyini deyəndə  İzzətin ağlı başından getmişdi.  "Necə yəni? Bəs bizim sevgimiz? Məhəbbətimiz?"- deyə sual edəndə, Aytac, ona :"Onsuz da valideynlərim də səninlə evlənməyimə razı deyillər, dayım  oğlu Orxan əsgərlikdən gələndən sonra, onunla ailə quracağam"- deyərək  növbəti dəfə canını İzzətdən qurtarmaq istəmişdi. 

İzzət belə hesab edird ki, sevdiyi qız onun sözü ilə otutub-durmalı, bir sözünü iki etməməlidir. Bir müddət keçəndən sonra  Aytacsız darıxdığından yenə ona zəng vurdu. Aytac daha onunla görüşmək istəmədiyini söylədi. Əslində  boş vaxtı olan kimi  o, Aytacı güdürdü. Hətta Aytacın telefonunu sındırdıqdan sonra  qız özünə yeni telefon alıb nömrəsini dəyişmişdi. Buna baxmayaraq, İzzət onun rəfiqələrindən təzə  telefon nömrəsini öyrənmişdi. 

Yenə evdə otura  bilməyib, şəhərə çıxdı. Aytacın müəllim yanına gəlib-getdiyi məhəllədə gözlədi. Və onu dayısı oğlu Orxanla birlikdə görəndə çox pis oldu. Və bir daha anladı ki, Aytac onu həmişəlik tərk etmək fikrindədir.

Lakin İzzət öz sevgisində qəti idi. Belə fikirləşirdi ki, hələ Aytacı geri qaytara bilər. Bir dəqiqə belə vaxt itirmək olmazdı. O, Aytacla Orxana yaxınlaşıb,  sevgisini    bəyan edəndə elə sanırdı  ki, Orxan bu sözdən sonra, Aytacı küçədə buraxıb gedəcək.   Orxan isə gənc olsa da həyata daha açıq gözlə baxa bilirdi. Anlayırdı ki, bibisi qızı hələ balacadır, 17 yaşı var. Əsil sevginin, istəyin nə olduğunu dərk etmir. Ona görə də İzzəti kənara çəkib, Aytacdan kənar durmasını xahiş etdi. 

Bibisi oğlu ilə İzzətin dalaşacaqlarından qorxan qız  ağlaya-ağlaya çəkilib getdi. Mübahisəni asanlıqla yoluna qoyan  Orxan gəlib Aytaca yetişəndə, onun könlünü alaraq: "Aytac, sən hələ dərslərini oxumalısan, mən əsgər getməliyəm... sonrasına baxarıq. Ancaq bil ki, mən səni çox sevirəm"- dedi.

 Bu hadisədən bir neçə gün keçəndən sonra Aytacın telefonuna naməlum nömrədən zəng gəldi. Yenə İzzət idi. Onunla sonuncu dəfə görüşüb, son sözünü deyib ayrılacağını bildirdi. Əli hər yerdən üzülən gənc qız fikirləşdi ki,  bu başı bəlalı oğlandan  qurtulmaq üçün, sonuncu dəfə görüşüb, məsələyə nöqtə qoymaq lazımdır. 

...Günorta görüşə getmək üçün  evdən çıxanda  İzzət Hüseynov evdən mətbəx bıçağını da götürüb kəmərinin altında bərkitdi. Əslində belə qərara gəlmişdi ki, Aytacı inandırmaq üçün qarşısında diz çöküb özünü bıçaqlayacaq, belə edərsə, qız onun sonsuz sevgisinə görə, bəlkə də günahından keçəcək. Qərarlaşdıqları kimi günorta saat 14 radələrində Bakı şəhəri, Nizami rayonundakı Nuriyev küçəsi 81 və 82 nömrəli binaların yanındakı qarajların önündə görüşdülər. İzzət yerə çömbəlib oturmuş şəkildə Aytacla söhbətini davam etdirdi, könlünü alaraq  ona dönmək istədiyini dedi. Aytac isə "Mən dayım oğlu ilə deyikliyəm, başa düş, o əsgər gedib qayıtdıqdan sonra, evlənəcəyik, axı sənə demişəm, əl çək məndən. Mənim indi sevgiyə vaxtım yoxdur"- deyə cavab verdi.

İzzətin gözünə daha heç nə görünmədi, belində gizlətdiyi bıçağı çıxarıb Aytacın bədəninə zərbələr endirməyə başladı. Aytac  aldığı bıçaq zərbələrindən  qıvrılıb yerə yıxılanda isə, onun saçlarından tutub başını daşlara çırparaq "Sən mənə yox deyə bilməzsən, sən ancaq mənim olmalısan"-  deyə qışqırıb ağlamağa başladı.  Aytacın "Kömək edin" səsinə ətrafdan adamlar yığışanda, İzzət qorxusundan həmin ərazini tərk edib qaçdı. Bir az ətrafda gəzib dolaşandan sonra isə polisə zəng vuraraq ağır cinayət törətdiyini xəbər verdi...

***

Məhkəmə istintaqında  zərərçəkmiş tərəfin nümayəndələri və şahidlər  17 yaşlı gənc   və günahsız bir qızı xüsusi amansızlıqla qətlə yetirən İzzət Hüseynova müstəsna cəza istəyirdilər. İzzət Hüseynovun anası şahid qismində ifadə verərək, oğlunun əsəbi olduğunu,  onu müalicə etmək istədiklərini dedi. Oğlunun Aytacı sonsuz məhəbbətlə sevdiyini söylədi. Bununla bəlkə də oğluna haqq qazandırmaq istəyirdi. 

20 noyabr 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində  1995-ci ildə anadan olmuş  İzzət Nafis oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin   120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edildi.

Bir gənc oğlanın özündən hədsiz razılığı, həm gənc bir qızın həyatını yarımçıq qoydu, həm də iki ailənin ümidlərini puç etdi. 

Aida Eyvazlı

Rəy bildir +
Oxşar xəbərlər
Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda   bel ağrıları bu səbəblərdən yarana bilər"
16:3213 iyun

Ortoped-travmotoloq: "20-50 yaşlı insanlarda bel ağrıları bu səbəblərdən yarana bilər"

Müsahibimiz ortoped-travmotoloq Samir Zeynalovdur. 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2012-ci ildə Mərmərə Universiteti Xəstəxanasının Ortoped-Travmotoloq cərrahiyyə fakültəsinə qəbul olaraq orada uzman həkim olaraq fəaliyyətini davam etdirir.

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.  -  Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Ya mənim olacaqsan,  ya da qara torpağın
18:2530 aprel

Ya mənim olacaqsan, ya da qara torpağın

2015-ci ilin mart ayında, baharın ilk günlərində tanış olduğu oğlan Günelin  həyatına, ömrünə sanki bahar gətirmişdi. Dostluqları o qədər səmimi idi ki,  hər gün bir-biri ilə zəngləşir, imkan tapanda isə görüşürdülər. Lap ruh əkizləri kimi yaşayırdılar. Tanışlıqlarının 1 ayı tamam olanda isə

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO