İSTİ XƏBƏRLƏR
» » "Sumqayıt"da nə baş verir?

"Sumqayıt"da nə baş verir?



Ötən mövsüm ölkə kubokunu son anda əldən verməklə Avropa Liqasına vəsiqə qazana bilməyən "Sumqayıt"da yeni mövsümün planları hələ tam cızılmayıb. Düzdür, Azərbaycan kubokunun final qarşılaşmasından sonra komandanın baş məşqçisi postundan ayrılacağını açıqlayan Ayxan Abbasovun klubda qalması "Sumqayıt"da suların durulduğunu düşünməyə əsas verirdi. Amma heç də belə olmadı və hazırda klub daxilində xeyli problem var.


Ayxan Abbasovun niyə incikdir?


Son günlər ölkə mətbuatında "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla klubun prezidenti Riad Rəfiyev arasında anlaşmazlığın olduğu yönündə bilgilər dolaşırdı. Tərəflər arasında yeni anlaşmanın ölkə kubokunun final qarşılaşmasından xeyli sonra imzalanması söyləntiləri bir qədər də artırmışdı. Hətta Riad Rəəfiyevin ölkə xaricində, konkret Ukraynada çalışdırıcı axtardığı da bildirilirdi. Klub rəhbərinin Avroliqanın finalını izləməyə gələn Ukrayna klublarından birinin vitse-prezidenti ilə görüşdüyü, ilkin danışıqları apardığı, daha doğrusu, bu yöndə kömək istədiyi mətbuata sızmışdı. Hətta tövsiyə olunan ukraynalı mütəxəssislə ilkin danışıqlar da aparılmışdı. Sonradan büdcənin azlığı və komandaya legioner cəlb olunmaması əcnəbi çalışdırıcınınn imtinası ilə nəticələnmişdi. Məhz bu məsələnin Ayxan Abbasovla Riad Rəfiyev arasında soyuqluq yaratdığı bildirilir.


"Azərkimya"nın qərarı "Sumqayıt"ı qarışdırdı


Mövsüm başa çatan kimi "Sumqayıt"da yeniliklərin olacağı bəlli idi. Baş məşqçi məsələsinin nisbətən gec həll olunması komanda ətrafında nisbi sakitliyin hökm sürməsinə zəmin yaratsa da, sonradan "kimyaçılar"dan ayrılanların ardı-arası kəsilmədi. Elvin Məmmədov, Rəşad Əzizli, Əli Babayev, Arif   Daşdəmirov və Cavid Tağıyevə Aleksey İsayevlə Əmir Ağayevin qoşulmaq ehtimalı da az deyil. Hələlik yalnız "Zirə"dən ayrılan Vüqar Mustafayevlə anlaşan və Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Xəyal Nəcəfov kimi oyunçularla müqavilə müddətini artıran şəhərimizin komandasında maliyyə problemləri kollektivi narahat etməyə başlayıb. Deyilənə görə, may ayının maaşlarını ödəməyən klub rəhbərliyi həm gedənlərə, həm də qalan oyunçulara iyunun sonunu gözləməyi məsləhət bilib. "Azərkimya" klub infrastrukturuna diqqət ayrılacağı üçün maliyyənin bura yönələcəyini və maaşların yubancağını bildirib. Bu, klubla müqavilə müddətini artıran və yeni gələn oyunçuların ürəyincə olmayıb. Mövsüm boyu belə olcağından ehtiyatlanan belə oyunçular anlaşmaları pozmağa hazırlaşır. Futbolçuların narahatlığına əsas var. Sumqayıtda klub bazasının tikintisinə start verilməsi və stadionun yeni tribunasının tikintisi bu ilə planlaşdırılır. Deməli, belə maliyyə problemləri tez-tez yaşanacaq. Ona görə də bəzi oyunçular bağladıqları, amma hələ qeydiyyata düşməyən müqavilələrini pozmaq istəyirlər. Rəhbərlik tezliklə problemi həll etməsə, heyətdən bəzi qopmalar qaçılmaz olacaq.


Vəd olaraq qalan vədlər 

Yadınızdadırsa,"Sumqayıt"ın prezidenti ötən il mətbuata açıqlamasında klubda görəcəyi işlərlə bağlı ağızdolusu danışmış, azarkeşləri ümidləndirmişdi. Belə ki, klub üçün yeni, hər şəraiti olan müasir bazanın tikintisi, yeni tribunanın inşası və bir sıra digər həlli gözlənilən məsələlərin yoluna qoyulması vəd olunmuşdu. Amma  hələlik heç bir yenilik yoxdur. Ümumiyyətlə, prezidentin vəd etdiklərinin heç biri reallaşmayıb. Azarkeşlərin son turlarda istifadə etməli olduğu tribunaların inşasına hətta başlanmayıb da. 


Prezident, yoxsa menecer?

"Sumqayıt"ın hazırkı prezidenti futbol ictimaiyyətində menecer kimi ad çıxarsa da, "Sumqayıt" transferlər  baxımından problem yaşamaqdadır. Təsadüfi deyil ki, güclənməyə, heyətini komplektləşdirməyə ehtiyacı olan komanda yay transfer dönəminin ən passivlərindən biridir. Sanki heyətdə problemli mövqe yoxmuş kimi, Əgər klub rəhbərinin başı oyunçu milliləşdirməyə, yığmaya əcnəbi çalışdırıcı axtarmağa qarışmasaydı, "Sumqayıt"da daha yaxşı kollektiv formalaşdırıla bilərdi. Klubun menecer prezidenti Riad Rəfiyevə də "Sumqayıt" zatən bunun üçün lazımdır. Rəfiyevə məxsus, qondarma rəhbər qoyduğu menecerlik şirkətinin - "3R"-in müştərilərinin satışından əldə olunan gəlir, bağladığı müqavilədən gələn komisiyon haqqı Riada çatacaq. "Sumqayıt"ın sabahı isə heç kimin vecinə deyil.

Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?
13:3630 may

Sumqayıtlı məşqçi niyə uğur qazana bilmir?

Hələ Topaz Premyer Liqasının cari mövsümü başa çatmamış idman mediasında ölkə klublarında aparılacaq islahatlar haqda məlumatlar yayılmışdı. Bu tip xəbərlərdən biri də "Zirə"nin sumqayıtlı baş məşqçisi Samir Abasovun cari  "futbol ili" başa çatan kimi "qartallar"dan uzaqlaşdırılacağı ilə bağlı idi.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır,  ya da zor

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə -  SORĞU
12:1324 aprel

Çempionluq, avrokubok və autsayderlərin mübarizəsi idman jurnalistlərinin gözündə - SORĞU

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri