İSTİ XƏBƏRLƏR
» » "Gənclərbirliyi" ölkənin futbol elitasına qayıdacaqmı?

"Gənclərbirliyi" ölkənin futbol elitasına qayıdacaqmı?

Son günlər vaxtilə ölkənin futbol arenasında yer alan Sumqayıtın "Gənclərbirliyi" komandasının gələn "futbol ili"ndən yenidən fəaliyyətə başlayacağı yönündə məlumatlar dolaşmaqdadır. Hətta "Gənclik şəhəri"nin komandasının sponsorlarının da adı hallanmaqdadır.  Belə ki, Türkiyənin "Gazetekazan.com" saytı qardaş ölkənin "Sancaklı" və " Vısıon Sport Management" şirkətlərinin yeni mövsümdə bərpa olunması gözlənilən "Gənclərbirliyi"ni himayəyə götürəcəyi haqda yazı dərc edib. Hətta həmin yazıda sözügedən şirkətlərin komandaya sponsorluq etmək üçün bəzi şərtlər irəli sürdüyü də bildirilir. Türkiyəli həmkarlarımızın iddiasına görə, qardaş ölkənin şirkət rəhbərlərinin əsas şərtləri komandanı türkiyəli məşqçinin çalışdırması, idman direktoru postunu türkiyəli idman adamının tutması, həmçinin klubun nəzdində yaradılması planlaşdırılan Futbol Akademiyasına qardaş ölkə nümayəndəsi başçılıq etməsi yönündədir. 

Təbii ki, birvaxtlar ardıcıl dörd mövsüm ölkənin elitasında mübarizə aparan Sumqayıt klubunun yenidən fəaliyyətə başlamaq ehtimalının olması bu məsələni araşdırmaq zərurəti yaratdı. Məsələnin nə qədər real olmasını müəyyənləşdirmək üçün komandanı himayə etmək istəyən şirkətlər və klubda çalışması gündəmə gələn futbol adamları ilə əlaqə saxladıq.

 Komandanı himayəyə götürəcəyi söylənilən "Sancaklı" şirkətinin mövqeyini öyrənmək cəhdlərimiz nəticə verməsə də, "Vısıon Sport Management" menecerlik şirkətinin rəhbəri Süleyman Mərcan Azərbaycanla yaxşı əlaqələrə malik olduqlarını, ancaq hər hansı sponsorluq məsələsinin müzakirə olunmadığını dedi. Real təklif olmadığından bu haqda danışmaq istəməyən şirkət rəsmisi gələcəkdə hər hansı layihənin həyata keçməsinə yardımçı ola biləcəklərini də qeyd etməklə fikirlərini tamamladı.

Komandanın baş məşqçi postunu tutacağı deyilən Naci Şensoy menecerlərin yeni mövsüm üçün Azərbaycan variantını istisna etmədiyini desə də, klub adı açıqlamadı: "İndiyə kimi müxtəlif  vaxtlarda üç dəfə "Turan"da çalışmışam. Hər üç gəlişimdə bölgə komandası ilə uğur qazanmışam. Bu səbəbdən Azərbaycandan təklif almağım normaldır. Amma bütün variantları sizə açıqlaya bilmərəm. "Gənclərbirliyi" mənim "Turan"da işlədiyim dövrdə simpatiya duyduğum komandalardan idi. Yenidən bərpa olunsa, buna ancaq sevinmək olar" Komandanın idman direktoru postuna əsas namizəd olduğu bildirilən Türkiyənin "Qaziantepspor" klubunun sabiq idman direktoru Ali Güneş isə vaxtaşırı menecerlər vasitəsi ilə ölkəmizdən təklif aldığını təsdiqləsə də, idman direktoru kimi bu dönəmdə Azərbaycandan hər hansı real təklif almadığını bildirdi. Ali Günəş həmçinin ölkəmizdə çalışmaq istəyini də gizlətmədi: "Düzü, mənim əsas peşəm məşqçilik olsa da, Türkiyədə idman direktoru kimi də çalışmışam. Azərbaycanda da hər hansı postu tutmaq istərdim.Yetər ki, yaxşı şərait qurulsun". Sumqayıt "Gənclərbirliyi"nin Futbol Akademiyasının rəhbəri təyin olunacağı söylənilən Ağdamın "Qarabağ" komandasının aşağı yaş qrupları üzrə keçmiş koordinatoru Sebaheddin Təkin də ortada hələlik konkret nəsə olmadığından sözügedən məsələ haqda çox danışmaq istəməsə də, ölkəmizdə çalışmağın əleyhinə olmadığını qeyd etdi: "Təbii ki, Azərbaycanda işləmək istəyərəm. "Qarabağ"ın Futbol Akademiyasında işlədiyim vaxtdan ölkə futboluna yaxından bələdəm və Azərbaycanda yaxşı mənada iz qoyduğumu düşünürəm. Bir müddət öncə Bakıda mənim adımı daşıyan futbol məktəbi də açmışdıq. Bu baxımdan yuxarıda dediyim kimi, ölkə futbolu mənə yad deyil və bu ölkənizdə uğur qazanmağımı şərtləndirə bilər". 

Xatırladaq ki, iki il öncə Sumqayıt klubunun bərpa olunacağı qeyd olunsa da, sonda mümkün olmamışdı.

P.S. Klubun sahibi İlqar Nuriyev “168 saat”a bildirdi ki, komandanın bərpa olunması ilə bağlı heç bir iş aparılmır.


Tural Məmmədov 
Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt şəhərinin 70 illik yubilyeyi  münasibətilə tədbirlər planına təkliflər
10:2324 may

Sumqayıt şəhərinin 70 illik yubilyeyi münasibətilə tədbirlər planına təkliflər

Məlum olduğu kimi  Turizmin inkişafı ilə bağlı son illər Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və onların icrası istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?
18:4814 may

Kubok kimin olacaq: "Sumqayıt"ın yoxsa "Qəbələ"nin?

Həftəsonu Azərbaycanda cari futbol ilinə yekun vurulacaq. İki gün öncə yekunlaşan Topaz Premyer Liqasının ardınca bazar günü ölkə kuboku da sahibini tapacaq. Həlledici oyunda isə bu mövsüm çempionat yolu ilə avrokoboklara vəsiqə qazana bilməyən iki komanda - "Sumqayıt" və "Qəbələ" üz-üzə gələcək.

Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?
12:4130 aprel

Sığorta şirkətləri Sumqayıt avtobuslarını niyə sığortalamır?

Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətlərinin sığortalamaqda maraqlı olmadığı bir neçə sığorta sahəsi var. Bunlardan biri də ictimai nəqliyyatda istifadə edilən avtobuslardır.

Klublarımızın baş tutmayan super transferləri
17:2216 aprel

Klublarımızın baş tutmayan super transferləri